Qold-kuist, Qold-mayn şirkətlərinin fəaliyyəti, eləcə də ümumi şəkildə piramida tipli sərmayə yığmağa məşğul olan şirkətlərin ölkə iqtisadiyyatına vurduğu zərər və xəsarətlərə nəzər yetirməklə o şirkətlərin fəaliyyəti qadağandır. O zərərlərdən bəzilərini qeyd edirik:
1. Sərmayənin və valyutanın ölkədən xaric olması və onun müqabilində həqiqi əmtəənin və onunla bərabər olan dəyərin qayıtmaması;
2. O şirkətlərdə sərmayə qoyuluşuna təminat verilməməsi;
3. Ölkə daxilində əmtəələrin, ticarət mallarının bahalaşması və qazanc faizinin (nırx) artması.
Buna görə də mərcəyi-təqlidlərin çoxu belə şirkətlərin fəaliyyətinin haramlığına dair hökm vermişlər, onlar bu yolla əldə olunan qazancı da haram sayırlar. Bu fətvanın dəlilləri yuxarıda qeyd olunandan (ölkə iqtisadiyyatına vurulan zərərdən) əlavə, bu şirkətdə fəaliyyət göstərən yuxarı səviyyəli üzvlərin aşağı səviyyəli üzvlərə vurduğu zərərləri də qeyd etmək olar. Aşağı səviyyəli üzvlər yeni-yeni üzvlər cəzb edə bilmədiyi halda özlərinin böyük miqdarda sərmayələrini əldən vermiş olurlar.
Qold-quist, Qold-main və s. piramida tipli (şəbəkəli) şirkətlərin mahiyyətinin tanınması və fəaliyyət növləri ilə əlaqədar tədqiqatçıların və iqtisadiyyatçıların apardığı tədqiqatlara əsasən[1] məlum olmuşdur ki, bu şirkətlərin işinin və onlarda iştirak etməyin çoxlu problemləri vardır və bu cəhətdən ölkə iqtisadiyyatına ağır zərbələr vurur. Ona görə də İslam respublikasının iqtisadı qurumları bu kimi şirkətlərin fəaliyyətini qanunsuz hesab etmişlər. İslam respublikasının prokuror və məhkəmə qüvvəsi də bu qanunu pozanlarla ciddi rəftar etməyə vəzifəlidir. Bu zərərlərdən bəzilərini aşağıda qeyd edirik:
1. Bu kimi şirkətlərdə hər bir üzvün qoyduğu sərmayənin məcmu halında 35 faizi şirkətin hesabına köçürülür və (aşağıdakı bütün şaxələr kamil olduğu surətdə) yalnız 65 faizi üzvlərə qayıdır. Bu məbləğ alınmış sərmayənin (və sikkələrin) həqiqi dəyəri və onların arasındakı vasitələrə verilən porsantlardan ibarətdir.
İndi məsələni külli şəkildə araşdırırıq: Aparılan son tədqiqatlara əsasən ölkə əhalisindən təqribən bir milyon nəfərdən artığı bu kimi şirkətlərdə üzv olub fəaliyyət göstərir. Hər kəs aşağısı 500 dollar sərmayəni bu şirkətin hesabına köçürsə, məcmu halında 500 milyon dollar pul bu şirkətlərdə sərmayə qoyulmuş olur ki, onun 35 faizi bu şirkətlərin özünə məxsusdur (qeyd olan məbləğ bu şirkətə sair yollarla gələn qazancdan tamamilə başqadır) və 175 milyon dollardan ibarət olacaqdır.
Bu ədəd və məbləğ o haldadır ki, bunun üzvlərin bir milyon nəfər və hər birinin də aşağısı 500 dollar sərmayə qoyduğunu hesab edək. Halbuki təəssüflər olsun ki, həm üzvlərin sayı qeyd olunandan artıqdır, həm də bu şirkətə sərmayə qoyanların pulu 500 dollardan artıqdır.
Görün, ölkənin milli sərmayələrindən necə böyük məbləği ölkədən çıxarılaraq həmin şirkətlərin cibinə gedir və bunun müqabilində ölkəyə heç bir şey qayıtmır!
Bu qədər sərmayənin ölkədən xaric olması İran İslam respublikasına böyük zərbələr vurur. Şəxsin özünə zərər vurması haram olduğu kimi, İslam ölkəsinə zərər vurmaq da haramdır (çünki bütün ölkə əhalisinə vurulan zərər sayılır) və heç bir ağıllı şəxs belə zərəri qəbul etməz.
2. Daxili birjalarda sərmayə şəkilində olan bu məbləğ pul daxili sərmayə tədavülündən xaric olsa, daxili sərmayəçilərin qazanc faizinin yüksəlməsinə və nəticədə daxili istehsalın səviyyəsinin azalmasına, yerli əmtəə və istehsal mallarının bahalaşmasına səbəb olur. Bu da həm istehsalçıları, həm də daxili məsrəfçilərin zərərə düşməsinə səbəb olur. Başqa sözlə desək, bu iş xarici malların ölkəyə axıb gəlməsinə və nəticədə daxili zavod və fabriklərinin, sair istehsal mərkəzlərinin tənəzzülə uğramasına, kasadla qarşılaşmasına səbəb olur. Daxili istehsal mərkəzləri özünün iş və fəaliyyətini dayandırmalı olur...
3. Bu kimi şirkətlərdə qoyulan sərmayəyə heç bir təminat yoxdur
Çünki məhkəmə qüvvəsi bu kimi şirkətlərdə sərmayə qoyulmasından sui-istifadə edilməsi və qanun pozuntuları qarşısında heç bir məsuliyyət daşımır. Amma əgər üzvlərdən hər biri yuxarıdakı şaxələrdən şikayət edərək öz müddəasını isbat edə bilsə, bu müddəa məhkəmə sistemində araşdırıla bilər. Lakin şəxsin özü pulunu bu şirkətlərdən hər birinin hesabına köçürsə və pulu hər bir səbəbdən aradan getsə, (məsələn, şirkət öz zəmanətlərinə əməl etməsə) İslam respublikasının məhkəmə qüvvəsi mallarını əldən verən şəxslərin hüquqlarının bərpa edilməsi qarşısında heç bir iltizam və məsuliyyət daşımır. Eləcə də digər ölkə və hüquqi mərkəzlərdə də bu kimi hallarda heç bir təminat vermirlər. Əgər müəyyən hallarda zəmanət versələr də, haqqın bərpa edilməsi üçün onların vasitəsilə iş görülməsi böyük zərərlərlə yanaşı olur. (Məhkəmə prosesində xərclənən pullar, vəkil tutmaq, gediş-gəliş xərcləri və sair.)
Sikkə və ya bahalı əmtəə ünvanı ilə bu şirkətlərin müştərilərə satdığı şeyləri müştərinin özü də birbaşa Almaniyada istehsal olunan şirkətdən və çox ucuz qiymətə (misal üçün, doxsan min tümənə = doxsan dollara) ala bilər. Bu sikkələrin həmin şirkətlərinin özü tərəfindən istehsal olunması və bu haqqın inhisarçı və kalksyuni dəyərinə malik olması iddiasına gəldikdə isə, bu, tamamilə əsasız bir iddiadır. Çünki əvvəla, onun istehsalı inhisar deyildir. Misal üçün, üzərində İmam Xomeyninin (r) şəkli olan sikkə barəsində demək lazımdır ki, İmam Xomeyninin (r) əsərlərinin nəşri müəssisəsi bu sikkələrin məhdud sayda imtiyazını Almaniya şirkətinə satmışdır və o şirkət də həmin sikkələri razılaşılan məhdud miqdarda istehsal edərək tədavülə buraxmışdır. Onların bir qismini Qold-kuist şirkəti alaraq öz müştərilərinin ixtiyarına qoymuşdur. İmam Xomeyninin (r) əsərlərinin nəşri müəssisəsi bu imtiyazı başqa şəxsə də sata bilər, hər kəs birbaşa olaraq bu sikkələri istehsal edən şəxslərdən ala bilər.
İkincisi: O mallar kalksyuni dəyərinə malik olur ki, heç olmazsa on illik keçmişə malik olsun və bir daha istehsal olunmasın. Piramida tipli şirkətlərin malları belə deyildir.
Mərcəyi-təqlidlər də yuxarıda qeyd olunanlara, eləcə də digər fiqhi dəlillərə nəzər yetirməklə belə şirkətlərdən əldə olunan qazançıları haram hesab edirlər. Aşağıda həmin dəlillərdən bəziləri qeyd olunur:
1. Bu şirkətlərdə verilən porsantlar aşağıdakı üzvlərdən alınır. Əgər bu əməliyyat müəyyən bir yerdə dayandırılsa (belə ki, qəti olaraq məhdud olur), aşağı səviyyələrdə olan şəxslər öz sərmayələrinin böyük bir qismini əldən verir və heç bir şey əldə etmirlər (yalnız cüzi miqdarda sikkə və porsantdan başqa).
2. Bu şirkətlərin başında dayanan və ya vasitə rolunu ifa edənlər o hallarda porsant alırlar ki, yeni-yeni üzvləri bu şəbəkəyə gətirə bilsinlər. O nə qədər çox üzv yığa bilsə, daha artıq pul alır. Lakin həqiqətdə onlar bu pulu özlərindən aşağı səviyyədə olanları aldatmaq müqabilində alırlar. Yəni özlərindən aşağıdakıları və yeni üzvləri aldadırlar ki, onlar şirkətə etimad edərək öz sərmayələrini həqiqətdə onların mal-dövlətinin qarət olunmasından ibarət olan bu müamilədə şirkətin ixtiyarına versinlər. Əvəzində şirkət bu pulun cüzi bir miqdarını bu vasitələrə verir və yerdə qalan sərmayəni heç bir zəhmət olmadan özünə götürür. Bu iş şəri cəhətdən “başqalarının malını haram yolla yemək”dən ibarətdir.
Bunlar həmin şirkətlərin qeyri-qanunu və qeyri-şəri olma dəlillərindən yalnız bir qismidir. Bu şirkətlərin zərərləri və fəsadları qeyd olunanlardan daha artıqdır.
[1] “İqtisadi qrupun məsuliyyətli şəxsiyyətli ilə əyani məruzə”, İslami əndişə və mədəniyyət tədqiqat” mərkəzi, höccətul-İslam ustad Seyid Abbas Musəvian