Müsəlmanlar (şiələr) tövhid əhlidir və yalnız yeganə Allahın müqabilində və Ona xatir səcdə edirlər. Amma İslam nəzərindən namaz kimi ibadət əməllərində əncam verilən səcdənin xüsusi şərtləri vardır və o şərtlərə riayət etmək lazımdır. O cümlədən, insan səcdə zamanı üzü qibləyə – Kəbəyə doğru dayanmalı, öz alnını yerə və ya yerdən göyərən, yaxud yerin maddəsindən olan şeylərə qoyub səcdə etməlidir. Bunun mənası daş və ya Kəbə üçün səcdə etmək deyildir. Yəni “daşın üzərinə səcdə etmək”lə “daş üçün səcdə etmək” arasında əsaslı fərq vardır. Aydındır ki, şirk və haram olan şey daşın üzərinə səcdə etmək deyil, daş üçün səcdə etməkdir. Biz müsəlmanlar daşın üzərinə və qibləyə doğru dayanıb səcdə edirik, bizim səcdəmiz daşın üzərinə və qibləyə doğru (və Allah qarşısında) edilən səcdədir. Halbuki, bütpərəstlər daşın və ya digər cansız əşyaların özü üçün səcdə edirlər! Bu da bir müsəlmanın səcdə etməsi ilə bir bütpərəstin səcdə etməsi arasında mövcud olan böyük və mühüm fərqdən ibarətdir.
İşarə etdiyiniz kimi, müsəlmanlar (və əsas etibarı ilə şiələr) tövhid əhlidir və yalnız yeganə Allah müqabilində və Ona xatir səcdə edirlər. Amma İslam nəzərindən namaz kimi ibadətlərdə edilən səcdənin müxtəlif şərtləri vardır və onlara riayət olunmalıdır. Əlbəttə, bu şərtlər və hökmlər hikmətsiz qoyulmamışdır.
O şərtlərdən biri budur ki, insan üzü qibləyə (Kəbəyə doğru) dayansın. Belə ki, “Tovzihul-məsail” kitablarında belə yazılır: “Məkkeyi-müəzzəmədə yerləşən Kəbə evi qiblədir və insan onun qarşısında (onunla üzbəüz) dayanıb namaz qılmalıdır. Lakin Kəbədən uzaqda yaşayanlar “üzü qibləyə namaz qılır” deyiləcək şəkildə dayansalar kifayətdir. Həmçinin heyvan başı kəsmək kimi bir sıra başqa işlər də üzü qibləyə yerinə yetirilməlidir.”[1]
Digər şərti budur ki, insan səcdə edərkən gərək öz alnını yerə, yaxud yerin maddəsindən olan və ya yerdən cücərən (yeyilən və geyilən olmayan) şeylərə qoysun. Belə ki, risalədə deyilir: “Gərək yerə və yerdən çıxıb yeyiləsi və geyiləsi olmayan şeylərə səcdə edilsin, o cümlədən taxta, ağacın yarpağı və s. Yeyilən və geyilən şeylərin üzərinə səcdə etmək səhih deyildir. Həmçinin mədəndən çıxarılan mineral maddələrə və faydalı qazıntılara, o cümlədən qızıl, gümüş, əqiq, firuzəyə səcdə etmək batildir. Amma mərmər, qırmızı və qara daşlar kimi yerdən çıxarılan mədən daşlarına səcdə etməyin eybi yoxdur.”[2]
Buna görə də şiələr həmişə səcdə zamanı öz alnını pak və təmiz torpaqdan hazırlamış möhürə qoyurlar. Bu şərtlərə riayət olunması əsla daş və ya Kəbə üçün səcdə etmək mənasına deyildir. Daş üçün səcdə etmək bütpərəstlərin əncam verdiyi işdir və bu iş şirk və haramdır. Biz müsəlmanların Kəbəyə doğru dayanıb daş üzərinə səcdə etməyimiz tamamilə başqa məsəlidir. Bununla buddistlərin və bütpərəstlərin əncam verdiyi işlərin arasında nə qədər fərq vardır! Bütlərin, daşdan və taxtadan düzəldirmiş şeylərin müqabilinə səcdə edənlər bu işi Allah müqabilində ibadətin şərti bilirlər, yoxsa o əşyalarını özlərini məbud hesab edilər?! Bu mühüm və əsaslı fərq bir müsəlmanın (Allah üçün daşa) səcdə etməsi ilə bir bütpərəstin daş üçün səcdə etməsi arasında mühüm bir fərqdən ibarətdir.
Əlaqədar görünüşlər: Sual 16574 (16311), Görünüş: “Həzrət Yusif (əleyhis-salam)-a təzim səcdəsi”