Qadın və kişi – hər ikisi həqiqi vəhdətdən bəhrələnir, bir-biri ilə əlaqədar kamala çatırlar. Bu iki varlığı bir-birindən ayrılıqda “iki varlıq” ünvanı ilə müqayisə etmək, habelə birinin digərindən üstün olmasını demək mənasızdır.
Qadın və kişi – hər ikisi bir vəhdətdən, vahid həqiqətdən yaranmışlar və bir-biri ilə əlaqədar kamala çatırlar. Fitrət baxımından bir-birindən ayrı olan varlıq deyildirlər. Bu baxımdan, bu iki varlığın biri digərindən ayrılıqda və digərini nəzərə almadan müqayisə etməyin ümumiyyətlə mənası yoxdur. Çünki onların zahiri və batini birdir, bir-biri üçün bir güzgüyə bənzəyirlər.
Qadın və kişi arasında əlaqə – eşq və vilayət əlaqəsi növündəndir. Dini təlimlərdə çox təkid olunaraq buyurulur ki, kişinin qadına zahiri vilayəti fitri bir məsələdir, eləcə də qadına məhəbbət bəsləmək kişi üçün fitri və vicudi bir məsələdir. Buna əsasən, ailə daxilindəki ər-arvadlıq vilayəti yalnız qarışıqlı və iki tərəfli əlaqələrlə həyata keçə bilər, məhəbbət olmadan heç bir vilayət də olmayacaqdır. Buna görə də onlardan birinin digərinə üstün olması heç bir məna daşımır.
Digər tərəfdən, fitrət baxımından qadın və kişinin tərifi bir-birinə oxşar bir varlıq deyil, birlikdə və müttəhid olaraq verilir. Bu barədə “bərabərlik” kəlməsinin özü də dəqiq bir məfhum olmayacaqdır. Çünki qadın-kişi arasındakı bərabərlik bu ikisinin oxşar olması mənasına olsa, bu hər ikisinin üstünlüyü və həqiqi məqamı ilə əlaqədar elmin olmaması və qəflətdən irəli gəlir və nəticə etibarı ilə qadınla kişinin hər ikisinin puçluğuna səbəb olur. Bu tərifdə mövcud olan anlaşılmazlıq nəticəsində qadın və kişi öz həqiqi mərifətlərindən, özlərinə məxsus olan xüsusi mənliyin dərkindən xəbərsiz qalarlar.
Hal-hazırda qərb ölkələrində “qadınla kişinin bərabərliyi” iddiası edilməklə qadın qızğın və hərarətli ailə mühitindən azad edilir, sırf məsrəfçi bir varlığa çevrilir, qadını istismar etməklə əlaqədar hegemon və istismarçı qüdrətlərə bir bəhanə verir.
Ümumiyyətlə, qadın və kişi malik olduqları fərdi xüsusiyyət fərqlərinə əsasən, biri digərinin güzgüsü ola bilər. Necə ki, Allah-taala qadınla kişini fitri kamal həddində qərar vermişdir. Bu məsələlin dərk olunmaması da təkamül yolunda azğınlığa səbəb olmuş, dini təlimlərin dərkini problemlə qarşılaşdırmışdır. Çünki fitrətdən uzaq düşmək dini təlimlərin inkar edilməsinin ən ümdə səbəbidir.
Əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:
Sual 12481 (sayt 12241) “Quran və kişilərin qadınlar üzərində üstünlüyü”
Sual 9831 (sayt 13079) “Kişinin qadından üstün olmaması”
Sual 4897 (sayt 5464) “İmam Əli (əleyhis-salam)-ın kəlamında qadınların əqli və imanı”