1. Aləmdə mövcud varlıqlar azad deyil, bir-birindən asılı şəkildə yaradılmışdır. Mövcud aləmin bütün
üzvlərini araşdırsaq, onların halqalar kimi zəncirvari surətdə bir-birlərinə bağlı olduqlarını müşahidə edərik. Bütün bu üzvlər toplusu isə gözəl bir sistemi ifadə edir. Buna əsasən kainatda iki tanrının olmasını iddia etmək düzgün deyildir. Məsələn, su və yağışın bir tanrısı, sel və zəlzələnin digər tanrısı olduğunu iddia etmək olmaz. Bəli, sel və zəlzələ bir sistemdən, yağış və günəş şüalarının saçması, günəşin hərəkəti və s. başqa bir sistemdən qaynaqlanardısa belə bir versiyanı irəli sürmək olardı. Deməli, kainatda vahid həmahəng, gözəl bir sistem hakimdir. Habelə kainatdakı varlıqlar bu sistemdə kamala, hədəfə çatmaları mümkündür. Nəticə etibarı ilə demək olar ki, aləmdə vahid, mehriban Allah mövcuddur.
2. Allahın hikmətindən qaynaqlanan ilahi rəhmət, insan və digər varlıqları kamala döğru hidayətinin zəruriliyini göstərir. Lakin insanın tərəqqi və kamalı deyiləndə onun hər cəhətdən rifahda olması nəzərdə tutulmur. Bəlkə insan kələ-kötür, çətin yolları keçdikdən sonra kamala çatır. Başqa ibarətlə desək, insan istedadları belə bir şəraitdə üzə çıxır.
3. Varlıq aləmində şər mütləq (yəni hər cəhətdən çirkin, hər bir xeyirdən məhrum) deyil, nisbidir və bu nisbiyyət əksəriyyəti təşkil etmir.
Cavabın aydın olması üçün bir neçə məqama şərh vermək lazımdır:
1. Aləmdə mövcud varlıqlar azad deyil, bir-birindən asılı şəkildə yaradılmışdır. Mövcud aləmin bütün üzvlərini araşdırsaq, onların halqalar kimi zəncirvari surətdə bir-birlərinə bağlı olduqlarını müşahidə edərik. Bütün bu üzvlər toplusu isə gözəl bir sistemi ifadə edir; dibçəkdə bitən gül, bağçada yaşıllaşan ağac, beşikdə yatan körpə və ətrafımızda olan bütün şeylər görəsən necə varlıq libası geyinmişlər? Məsələn, gül butasına su verməsək yaşıllaşarmı? Deməli, gül butası yaşamını davam etdirmək üçün bizim ona verdiyimiz sudan aslıdır. Habelə gül toxumu əkilmədiyi surətdə də gül vücuda gələrdimi? Güldə öz növbəsində havadan oksigen və digər maddələr alır ki, onların olmaması yaşamın bitməsi deməkdir. Əlbəttə, güldə öz növbəsində havanın dəyişilməsində təsirlidir. Yəni, havadakı qazların nisbətini dəyişir. Belə ki, okisigenlə qidalansa oksigenin həcmi azalar, digər qazlarla qidalandıqda isə oksigenin həcmi artar. Deməli, gül hava ilə əlaqəlidir. Nə hava özü-özlüyündə azaddır nə də gül. Buna oxşar aslılıq heyvanlar arasında da müşahidə olunur. Hətta cansız aləmə nəzər salsaq hər bir yaranmışın özündən əvvəlki varlığın feli nəticəsində meydana gəldiyini görərik. O da öz növbəsində ətrafındakı varlıqlarda əsər qoyur ki, digər varlıqların yaranmasına zəmin yaradır. Günəş suya istilik verir, su buxara, buxar buluda, bulud isə yağışa çevrilir. Nəticədə xam torpaq yağış sayəsində gül və digər minlərlə nemət yetişdirir. Əlbəttə torpaq yağışdan doyarsa selin yaranmasına səbəb olur. Fəlsəfi dəlillərə ehtiyac olmayan, aləmə hökm edən sistem budur. Hər bir şəxs öz informasiyası çərçivəsində sistemdə olan gözəlliyi, bağlılığı, vəhdəti tanıya bilər. Əlbəttə, məlumatımız daha dəqiq və ətraflı olarsa sözügedən sistemin gözəlliyini, həmahəngliyini dərindən anlaya bilərik. Deyilənlərə əsasən iki tanrının olmasını söyləmək düzgün deyil. Məsələn, su və yağışın bir tanrısı, sel və zəlzələnin digər bir tanrısı olduğunu iddia etmək olmaz. Sel nədir? Bəli, sel və zəlzələ bir sistemdən, yağış və günəş şüalarının saçması, günəşin hərəkəti və s. başqa bir sistemdən qaynaqlanardısa belə bir versiyanı irəli sürmək olardı.[1]
2. Allahın hikmətindən qaynaqlanan ilahi rəhmət, insan və digər varlıqları kamala döğru hidayətinin zəruriliyini göstərir.[2] Lakin insanın tərəqqi və kamalı deyiləndə onun hər cəhətdən rifahda olması nəzərdə tutulmur. Bəlkə insan kələ-kötür, çətin yolları keçdikdən sonra kamala çatır. Başqa ibarətlə desək, insan istedadları belə bir şəraitdə üzə çıxır.
3. Varlıq aləmində mütləq şər (yəni hər cəhətdən çirkin, xeyirsiz bir şey) yoxdur. Bəlkə şər saydığımız şeylər bir cəhətdən şər olsada digər bir aspektdən xeyirdir. Bəs belə bir varlığı şər, xoşagəlməz fərz etmək olmaz. Cərrahi əməliyyat narahatedici olsada hər bir şüurlu insan onu xeyir və düz bir iş hesab edir.
4. Aləmdə xöşagəlməyən məqamların, zahirdə çirkin görünən şeylərin yaranmasının digər fəlsəfələri də vardır ki, icmali surətdə onlardan bəzilərinə işarə edirik:[3]
A. Əgər bəxşişlər daimi, eyni şəkildə olarsa, öz dəyərlərini əldən vermiş olarlar. Ömür boyu xəstəlik olmasaydı təbii ki, heç vaxt sağlamlığın dəyəri bilinməzdi. Həyatın eyni axar üzrə davam etməsi yorucu, bəzən isə ölücüdür. Niyə görə təbiət bu qədər gözəldir? Niyə dağların ətəyindəki çəmənliklər, ağacların arasından axan çaylar gözəl bir mənzərə yaradır?! Buna aydın arqument həmrəngliyin, həmahəngliyin olmamasıdır. "Nur" və "zülmət", gecə-gündüzün gəlib-getməsi sisteminin (Quran da buna söykənir) mühüm bir təsiri həmrəng yaşayan insanların ömrünün sona çatdırılmasıdır. Bəzi problemlər, xoşagəlməz hadisələrin səmərəsi ömrün digər məqamlarına ruh verərək onu şirin, dözümlü etməsidir. Həmçinin bu proses nemətlərin dəyərlərinin aşkar olmasına zəmindir.
Deməli, zahirdə bu aləm çirkin və həmahəngsiz görunməsinə baxmayaraq, daxildə gözəllikdən, ilahi rəhmətdən başqa bir şey deyildir.
B. Əgər zahiri şər və çirkinliklər olmasaydı insan təbiətşünaslıqla maraqlanmaz, ətraf mühitin tədqiqatı üçün səy göstərməzdi. Nəticəsi insanşünaslıq və allahşünaslıq olan təbiətşünaslıq o qədər mühüm və dəyərlidir ki, bütün aləm onun müqabilində puçdur. Bir ədəd brilyant qaşı tapmaq üçün hesabsız qum dənələri, xırda daşlar kənara atılır. Aləmdə olan bütün varlıqlar insanın yaranması üçün bir müqəddimədir. O insan ki, seçməyi bacarır və kamala çatması da bu seçimlərlə olmalıdır. İnsanın inkişafı üçün bütün bu çirkinliklər və naqisliklər olmalıdır.
Deməli, aləmdə vahid, mehriban Allah mövcuddur və hər bir varlıq öz həddində gözəl və xeyirdir.
[1] - "Şenaxti-İslam", Şəhid Behişti və başqaları, Tehran, "Nəşri-fərhəngi-İslami" nəşri, yeddinci çap, 1991, səh. 55-86; "Məarifi-Quran", Məhəmməd Təqi Misbah, Qum, "Camiə-Müdərrisin", ikinci çap, 1995, səh. 84-85 və səh. 92-93-217; "Mühazirat fi əl-ilahiyyat", Cəfər Sübhani, (Əli Rəbbani Gülpayaqaninin təlxisi), Qum, "Camiə-Müdərrisin", altıncı çap, 1418 h.q., səh. 21; "Bidayə əl-məarif əl-ilahiyyə fi şərh əqaid əl-imamiyyə", Seyid Möhsin Xərazi, Qum, "Camiə-Müdərrisin", birinci çap, Tarix, səh. 37
[2] - "Kəşf əl-murad fi şərh təcrid əl-İtiqad", Əllamə Hilli, (Əllamə Həsən Həsənzadə Amulinin tədqiqatı üzrə), Qum, "Camiə-Müdərrisin", səkkizinci çap, 1419 h.q., səh. 444-449; "Təqrib əl-məarif fi əl-Kəlam", Şeyx Təqi əd-Din Əbi əl-Salah Hələbi, Rza Ustadinin təhqiqi, Qum, "Camiə-Müdərrisin", 1984, səh. 42-65-82; "Əz-zəxirə fi əl-Kəlam", Şərif əl-Mürtəza Ələm əl-Huda, Seyid Əhməd Hüseyninin araşdırması, Qum, "Camiə-Müdərrisin", naməlum çap, çap tarixi: 1411 h.q., səh. 186
[3] - "Üsuli-əqaid"dən gənclər üçün əlli dərs", Nasir Məkarim Şirazi, Qum, "Hədəf" mətbuatı, dördüncü çap, 1991, səh. 93-107; "Məbani-təfəkküri-Şiə", Məhəmməd Rza Müzəffər (Doktor Camal Musəvinin tərcüməsi), Tehran, böyük İslam kitabxanası, çap və tarixi naməlum, səh. 43-49