Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə dolu olan bir zaman baş verər və o, dünyanı düzlük və ədalətlə doldurar. Əgər dünyanın ömründən bir gündən artıq qalmasa belə, Allah həmən günü o qədər uzadar ki, o xəlifə hakimiyyətini sürsün. O, Rəsulullah (s)-in xanədan və sülaləsindəndir, cəddi Hüseyn ibn Əli ibn Əbu Talibdir”.
Bu məşhur alimin qələmə aldığı əsərlərdən biri də “Əl-viail-məxtum əlas-sirril-məktum” traktatıdır. Bu əsər Həzrət Məhdi (ə.c)-in mütləq hakimiyyətinin sonu və o Həzrətin zühuru haqqında qələmə alınmışdır.
İbn Ərəbinin Həzrət Məhdi (ə.c) ilə bağlı fikir və inancları şiələrin fikir və inancları kimidir. Belə ki, yazır: Məhdi (ə.c) İmam Həsən Əskəri (ə)-ın övladıdır. 255-ci ilin şaban ayının ortasında dünyaya gəlmişdir. O, İsa ibn Məryəm (ə) ona qoşulana kimi diri qalacaqdır.
O, həmcinin Həzərt Məhdi (ə)-ın ismət məqamına malik olması və elminin Allah tərəfindən əta edilməsi fikrindədir.
Mühyəddin ibn Ərəbinin (hicri qəməri 560-638) əsl adı Məhəmməd ibn Əli ibn Məhəmməd ibn Əhməd ibn Abdulla Hatəmi-Tayidir; Mühyəddin adı ilə tanınmışdır. Künyəsi İbn Ərəbi, ləqəbi Şeyxi-əkbərdir.
Mühyəddin Ərəbi islam dünyasının böyük ariflərindən biri, ürfan elmləri və nəzəri ürfanın təsisedicisidir. O, böyük müsəlman dünyasının geniş yaradıcılığa malik yazıcılarındandır. Ürfan alimləri arasında misilsiz və bu günə kimi rəqibsizdir. Onun əsərlərinin əsl mövzusunu ürfan, ruhun müxtəlif halətlərı, qəlbi ilhamlar və ürfanı təcrübələr təşkil etdir. Eyni zamanda, hədis, təfsir, tarix, fiqh, kimya, cüfr, astronomiya, riyaziyyat elmlərində, şer və ədəbiyyat sahəsində müxtəlif əsərlərə malikdir və bu günə kimi elm aləminə onun qələmə aldığı 500-dən çox əsər məlumdur.[1] İbn Ərəbinin çoxşaxəli şəxsiyyəti və dərin fikirləri uzun əsrlər boyu bir çox elm adamlarının diqqətini özünə cəlb etmişdir.
Ayətullah şəhid Qazi “Ünsül-müvəhhidin” kitabının haşiyəsində yazır: Şiə və sünni alimləri onun haqqında üç fikir söyləmişlər: Bir dəstəsi onu kafir elan etmişdir, məsələn: Əllamə Təftazani. Bir qurupu onu böyük övliyalardan biri saymış, kamil arif və böyük müctəhidlərdən biri hesab etmişdir. Bir sıra alimlər də onun mənəvi vilayət məqamına malik olduğunu təsdiqləmış, lakin kitablarını oxumağı haram bilmişlər.[2]
Ayətullah Cavadi Amoli yazır: İbn Ərəbinin məhşurlaşdığı zamndan bu günə kimi müxtəlif firqə və məzhəblər tərəfindən onun haqqında cürbəcür mühakimələr yüyürdülmüşdür. Hər kəs öz gümanı ilə onunla dostluq və düşmınçilik etmişdir... Bəziləri onu ən yüksək mərtəbəyə qaldırmış və məsumluq dərəcəsinə çatdırmışlar, bəziləri də onu zındıqlıq həddinə endirmişlər.[3]
Əllamə şəhid Mütəhhəri yazır: Mühyəddin Ərəbi Əndəlusdan (indiki İspaniya ərazisi- tərcüməçidən) idi. Əndəlusun əhalisi nəinki təkcə sünni idilər, hətta şiələrə qarşı inadkarlıq göstərir və onların arasında nasibilik meyilləri müşahidə edilirdi. Əhli-sünnət alimlərinin arasındakı nasibi alimlər Əndəlusludurlar. Bəlkə də Əndəlusda şiə yox idi, olsaydıda çox az idi. Mühyəddin Əndəlusludur, lakin malik olduğu ürfan dühası sayəsində inanırdı ki, yer üzü heç bir zaman vəli və höcətsiz qala bilməz. Şiələrin inanclarını qəbul etmiş, imamların və Həzrət Zəhranın (s)-ın adlarını zikr edib, Həzrət Höccətə kimi saymışdır. O, iddia etmişdir ki, mən altmış neçənci ildə Həzərtlə filan yerdə görüşmüşəm.[4]
Əllamə Həsənzadə Amoli yazır: İbn Ərəbi “Əd-dürrül-məknun vəs-sirrül-məktum” kitabında yazır: Quranın əsrarı Peyğəmbərdən sonra Əmirəl-mömininin sinəsində idi. Sonra o, bir-bir imamları sayır və Həzrət Bəqiyyətullah (ə.c)-ə yetişir. [5]
İbn Ərəbi “Ünəqaü məğrib fi xətmil-övliya və şəmsil-məğrib” kitabında sonuncu övliyanın sifət, xüsusiyyətət və üstünlükləri mövzusuna töxunarkən elə səciyyələrə işarə edir ki, onları Həzərt Məhdi (ə.c) və şiələrin on ikinci imamından başqa heç bir kəsdə görmək olmaz. O, həmin kitabın sonunda açıq şəkildə xatəmül-övliyanın kim oıduğunu təyin etməyə çalışır və yazır: Şəkk yoxdur ki, İmam Məhdi əziz Peyğəmbər (s)-in xanədanındandır.[6]
O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə dolu olan bir zaman baş verər və o, dünyanı düzlük və ədalətlə doldurar. Əgər dünyanın ömründən bir gündən artıq qalmasa belə, Allah həmən günü o qədər uzadar ki, o xəlifə hakimiyyətini sürsün. O, Rəsulullah (s)-in xanədan və sülaləsindən, cəddi Hüseyn ibn Əli ibn Əbu Talibdir”.
Bu məşhur alimin qələmə aldığı əsərlərdən biri də “Əl-viail-məxtum əlas-sirril-məktum” traktatıdır. Bu əsər Həzrət Məhdi (ə.c)-in mütləq hakimiyyətinin sonu və o Həzrətin zühuru haqqında qələmə alınmışdır.[7]
İbn Ərəbinin Həzrət Məhdi (ə.c) ilə bağlı fikir və inancları şiələrin fikir və inancları kimidir. Belə ki, yazır: Məhdi (ə.c) İmam Həsən Əskəri (ə)-ın övladıdır. 255-ci ilin şaban ayının ortasında dünyaya gəlmişdir. O, İsa ibn Məryəm (ə) ona qoşulana kimi diri qalacaqdır.[8]
O, həmcinin Həzərt Məhdi (ə)-ın ismət məqamına malik olması və elmin ona Allah tərəfindən əta edilməsi fikrindədir.[9]
Qeyd etmək yerinə düşərdi ki, bir çox böyük şiə alimləri öz kitab və traktatlarında Mühyəddin ibn Ərəbiyə istinad edərək bir sıra materiallar nəql etmişlər. O cümlədən, Əllamə Əmini “Əl-qədr” kitabında əhli-sünnət mənbələrində İmam Əli (ə)-ın fəzilətləri barəsində Peyğəmbər (s)-dən nəql edilmiş hədislər barəsində axtarışlar apararkən “Mən elmin şəhəri və Əli onun qapısıdır” hədisini İbn Ərəbinin “Əd-dürrül-məknun vəs-sirrül-məktum” kitabından nəql edir.[10]
[1] - Bax: Mühyəddin ibn Ərəbi, 572-576.
[2] - Əllamə Məhdi Nəraqi, “Ünsül-müvəhhidin”, haşiyə, s. 170.
[3] - Cavadi Amoli, “Avaye-tövhid”, s. 83-84.
[4] - Mürtəza Mütəhhəri, “Məcmueyi-asar”, c. 4, s. 944.
[5] - Məhəməd Bədiği, “Qoft-qu ba Əllamə Həsanzadə”, s. 202.
[6] - “Hidayətül-üməm”, s. 25.
[7] - “Təfsiru fatihətil-kitab”, Ustad Seyid Cəlaləddin Aştiyaninin ön sözü.
[8] - Mühyəddin ibn Ərəbi, “Hidayətül-üməm” (müqəddimə), s. 24.
[9] - “Fütuhati-məkkiyyə”, c. 6, s. 50-66.
[10] - Əl-qədr”, c.6, s. 93.