"Əxlaq" kəlməsi lüğət cəhətdən xasiyyət, təbiət, səciyyə və adət mənasında olan "xulq" kəlməsinin cəmidir. Həmin adət və səciyyənin yaxşı ya pis olmasından asılı olmayaraq.
Əxlaq elminin alimləri və filosofları əxlaq üçün çoxlu təriflər bəyan ediblər. İslam alimlərinin təriflərindən ümumi verə biləcəyimiz tərif budur: "Əxlaq insan nəfsi üçün bir keyfiyyətdir ki, ona uyğun rəftarlar insandan baş verir."
Əxlaq elmi üçün də çoxlu təriflər açıqlanıbdır. O cümlədən mərhum Məraqinin buyurduğu tərifdir. O camius- səadət kitabında deyir: "Əxlaq elmi nicat və həlak xüsusiyyətləri və nicat tapmaq xüsusiyyətlərinə necə yiyələnmək və həlak edən xüsusiyyətlərdən necə azad olmaq elmidir."
Əxlaq və əxlaq elmi arasında cəm etdikdə deməliyik: Onların fərqi yalnız nəzəriyyə və əməl səhnəsidir. Buna əsasən, onların hər birinin digəri ilə müqayisədə daha hər tərəfli olması barəsində danışmaq mənasız olacaq.
Əxlaq lüğətdə
Əxlaq lüğət cəhətdən, xasiyyət, təbiət, səciyyə və adət mənasında olan "xulq" kəlməsinin cəmidir.[1] O adət və səciyyənin yaxşı ya pis olmasından asılı olmayaraq.
Əxlaq termin olaraq
Əxlaq elmi alimləri əxlaq üçün çoxlu mənalar irəli sürüblər:
a). Bəziləri onu nəfsani xüsusiyyət sayırlar ki, fikir və düşüncəyə ehtiyac olmadan insandan işlərin baş verməsinə səbəbdir.
b). Bəziləri də əxlaqı yalnız əxlaqi fəzilətlərə aid bilirlər və onu əxlaqa ziddin qarşısında işlədirlər.
c). Bəzən də həyatın əxlaqi xarakteri mənasında işlənir.[2]
Buna əsasən əxlaq üçün fərqli termin mənaları açıqlanıbdır ki, onları dəqiq cəm etmək mümkün deyil. Amma əxlaqi İslam alimlərinin terminində elə cəm etmək olar ki, nisbətən onların arasında hər təriflidir və o budur: "Əxlaq insan nəfsi üçün bir keyfiyyətdir ki, ona uyğun rəftarlar insandan baş verir: "Yəni əgər nəfsin keyfiyyəti yaxşı olsa, yaxşı işlər və əgər pis olsa pis işlər baş verir. Deməli əxlaq gözəl, yaxşı və pis və çirkin əxlaqa bölünür. Bu nəfsani keyfiyyətin zəif və ya daxili xüsusiyyət formasında olması mümkündür.
Əxlaqi elmi
Əxlaq elmi üçün də çoxlu və müxtəlif təriflər qeyd olubdur.
İslam və qərb alimləri əxlaq elminə təriflər veriblər ki, onların bəzisinə işarə edirik:
a). Bəzi alimlər əxlaq elminin yaxşı əxlaqı necə əldə etmək elmi bilirlər ki, ona əsasən insanın hah və işləri yaxşı olur.[3]
b). Bəziləri də onu necə yaşamaq elmi adlandırıblar.[4]
c). Bəziləri əxlaqın lüğətdəki mənasına əsasən, əxlaq elmini tərif ediblər. Misal olaraq, əxlaq elminin sonların adət, qayda və səciyyələrini öyrənmək elmi[5] kimi tərif olubdur.
d). Həmçinin mərhum Nəraqi camius- səadət kitabında deyir: "Əxlaq elmi nicat və həlak xüsusiyyətləri və nicat tapmaq xüsusiyyətlərinə necə yiyələnmək və həlak edən xüsusiyyətlərdən necə azad olmaq elmidir".[6]
Camius- səadət, Meracus- səadə və...[7] kimi əxlaq kitablarına diqqət etdikdə, İslam alimləri nəzərindən əxlaq elminin, yaxşı və pis xüsusiyyətlərin növündən bəhs edən, onları tanıtdıran, tərif və açıqlayan, yaxşı və gözəl xüsusiyyətləri necə aradan aparmağı bəyan edən bir elm olduğunu demək olar.
Buna əsasən, əxlaq elminin mövzusu, yaxşı xüsusiyyətlər və onları əldə etmək yolu və pis xüsusiyyətlər və onları aradan aparmaq yolundan ibarətdir. Bu yaxşı və pis xüsusiyyətlər, insanın ixtiyari əməlləri ilə əlaqəli olduğuna görə, əxlaq elmində diqqət olunur. Əxlaq elminin hədəfi, insanı əbədi xoşbəxtlik və təkamülə və ona yetişmək üçün yarandığı qəsd olunmuş mənzilə yetişməkdir. Dediyimiz kimi, əxlaq elmi fəlsəfənin ümumi mənasındakı şöbələrindən biri olubdur.
Hər tərəfli tərif
Əxlaq istər yaxşı və istərsə də pis yol və rəftarlardan ibarətdir. Əxlaq elmi isə, yəni bu yol və rəftarlara və onların hansı birinə əməl etməyə olan elmdir.
Başqa sözlə, əxlaq və əxlaq elminin fərqi yalnız nəzəriyyə və əməl səhnəsindədir. Buna əsasən, hər birinin dəyəri ilə müqayisədə hər tərəfli olmasından danışmaq mənasız olacaq.
[1] - Qerşi, Seyid Əli Əkbər, Qamusi- Quran, cild 2, səh 293 Darul- kutubul- islamiyyə, Tehran, altıncı çap, 1371 ş, Tərihi, Fəxrəddin, Məcməul- bəhreyn, cild 5, səh 156, Murtəzəvi kitab mağazası, Tehran, üçüncü çap, 1375 ş.
[2] - Daha çox izah üçün "hovze net saytına" baxın.
[3] - Baxın: Tusi, Xacə Nəsrəddin, Əxlaqi- nasiri, səh 14, İslamiyyə kitab mağazası, Bita,Tehran.
[4] - Mutəhhəri, Murtəza, İslam elmləri ilə tanışlıq, cild 2, səh 190, Sədra, Tehran, altıncı çap, 1368.
[5] - Jane, Pir, Əxlaq, səh 53, tərcümə Bədrəddin Kitabi, İsfahan, Təlim və tərbiyə nəşriyyatı, 1373.
[6] - Nəraqi, Məhəmməd Məhdi, Cameus- səadət, cild 1, səh 34, Nəcəf, Mətbəətuz- Zəhra, 1368 q.
[7] - Baxın: Nəraqi, Molla Məhdi, Cameus- səadət, Ələmi müəssisəsi, beyrut, altıncı çap, 1408 h, q, Nəraqi, Molla Əhməd, Meracus- səadə, Tehran, Rəşidi nəşriyyatı, Tehran, Bita.