Sələdə ayə və rəvayətlərdə qəti şəkildə pislənib və haram edilmiş və onun haram olmasının bəzi hikmətlərinə də işarə olubdur. Cəmiyyətdə borc almağa meylin aradan getməsi, sələmənin zalım hərəkət olması və cəmiyyətin ehtiyacı olan ticarətlərə camaatın meylinin aradan getməsi kimi şeylər, sələmənin haram olması hikməti kimi açıqlanıbdır.
Amma diqqət etmək lazımdır ki, sələmənin haram olması hikməti kimi açıqlanan məsələlərin hamısı borc sələməsinə aiddir. Müamilə sələməsi üçün ayə və rəvayətlərdə bir səbəb qeyd olmayıb və bəndəçilik və Peyğəmbər və imamlardan tam itaət üzündən ona əməl etmək lazımdır. Əlbəttə bu məsələ bu hökmün arxasında heç bir hikmətin olmaması mənasında deyil və bu hökm heç bir məsləhətə əsaslanmır. Alimlərin bəzisi müamilə sələməsinin haram olması üçün belə bir güman irəli sürüb və deyiblər: Müamilə sələməsindən sui- istifadə edilməsi və borc sələməsindən qaçmaq üçün istifadə edilməsi mümkün olduğuna görə, haram edilibdir. Başqa sözlə, müamilə sələməsi, borc sələməsinin qadağan edilmiş yeridir.
Sələmə mövzusu, haram olması ayə və rəvayətlərin təkid etdiyi fiqhin geniş mövzularından biridir.
Sələmə termini iki ayrı yerdə işlənir:
1. Borc sələməsi.
2. Müamilə sələməsi.
Borc sələməsi onun üçün şərt qoyulan borca deyilir. Hansı şeylərin borcun şərti sayılması və əməlin haram olmasına səbəb olması batəsində fəqihlər arasında ixtilafdır.
Sizin sual etdiyiniz müamilə sələməsi o müamiləyə deyilir ki: Bir: Eyni cinsdən olan iki şey bir- biri ilə müamilə olunsun, İki: Müamilə olan şey adi formada çəki ya ölçü ilə alb- satılsın. (kilo çəkilmiş olsun). Üç: İki cins bir ölçüdə olmasınlar.[1]
Müamilə sələməsinin haram olması hətta müamilə olunan iki şeyin bəzi cəhətlərdən (əsl cinslərindən başqa) fərqli olduğu yerdə də, sabitdir. Məsələn əgər yaxşı keyfiyyətli bir kilo düyü, pis keyfiyyətli bir kilo yarım düyü ilə dəyişilsə, sələmə və haramdır. Bu formada digər xüsusiyyətlə; iki cinsdən birinin qədimi olması ya... kimi ki, bunların hamısında, sələmə hökmü yaranır. Qızıl və gümüş barəsində də, həmin şərtlər var. yəni iki qızıl hər hansı bir xüsusiyyətlə (köhnə ya təzə, düzəldilmiş ya külçə formasında, sınmış ya salamat) bir- biri ilə dəyişdirilən zaman, onların çəkisi eyni olmalıdır, hərçənd onların qiyməti fərqli də olsa. Qızıl və gümüşün belə bir xüsusiyyəti var ki, nəqd formasında müamilə olmalıdırlar. Onları bir- biri ilə nisiyə dəyişmək olmaz.[2]
Köhnə qızılı təzə qızıl ilə dəyişmək ağıla uyğun ehtiyac yerində baş verdiyinə görə, sadə və şərii yol təklif olubdur ki, qızılı dəyişməkdən olan həm şərii və əqli hədəfə yetişmək,həm də məsləhəti olan İlahi hökmə qarşı çıxmayaq.
Diqqət etmək lazımdır ki, rəvayətlər və şərii sübutlara istinad etməklə bu yolu qəbul edənlər üçün, bu yolları yerinə yetirmək, İlahi hökmdən qaçmaq və Allah- Taala qarşısında hiyləgərlik mənasında deyil, əksinə müamilə formasında haram halətindən onun halal halətinə dəyişməkdir.
Rəvayətlərdə gəldiyi kimi, "haramdan halala qaçmaq yaxşı bir şeydir".[3] Yəni həyat yolunu elə qurmaq lazımdır ki, dinin qadağasına tuş gəlməsin.
Müsəlmanların bazarlarının çoxunda yerinə yetirilən yol budur ki, möminlər iki eyni cinsi dəyişmək formasından xaric edir və onu ayrı bir müamiləyə çevirirlər. Belə ki, əvvəlcə köhnə qızıl müəyyən bir məbləğə satılır və sonra təzə qızıl alınır. Məsələn 10 qram köhnə qızılı əvvəlcə 200 min tümənə satırlar, sonra 8 qram təzə qızılı həmin məbləğə alırlar.[4]
Amma sələmənin haram olmasının səbəbi nədir?
Bu məsələyə aydınlıq gətirməmişdən qabaq, bir məsələni qeyd etmək zəruridir:
Hökmlərin belə qoyulma səbəbini bilmək, bir tərəfdən insana ona uyğun əməl etməsinə həvəsləndirir, amma digər bir tərəfdən, ümumi camaatla Allah qarşısında xalis itaət və bəndəlik ruhiyyəsini aradan aparması mümkündür. Yəni əgər bir şəxs mövlanın əmrinin səbəbini və o əmrin özü üçün olan faydasını bilsə, pnu öz mövlasına və ona olan iman və etiqadına görə etməməsi, əksinə onu yalnız öz mənfəətinə görə etməsi və İlahinin xalis bəndəlik dəyərindən məhrum olması mümkündür.[5] Bəlkə, dini kitablarda hökmlərin müəyyən edilməsinin tam səbəbinin geniş şəkildə açıqlanmaması, yalnız bəzi yerlərdə camaatı hökmlərə həvəsləndirmək üçün onların hikmətlərinin bir hissəsinin açıqlanmasının səbəbi budur. Çünki, bütün hökmlərin xüsusi səbəblə və onlarda olan məsləhət və zərərlərə uyğun müəyyənləşdiyini bilirik. Amma həmişə hökmlərin xırdalıqları barəsində zehnimizdə çoxlu suallar var. məsələn namazın faydalarının çoxunu bilirik. Amma sübh namazını niyə iki rükət qılmalıyıq. Əgər mənəvi halımız olan zaman ona bir rükət əlavə edəndə, niyə namazın hamısının batil olmasını bilmirik. İnsanın ağılı hökmlərin hikmətini ümumi formada müəyyən həddəcən dərk edir. Amma onun xırdalıqlarının çoxunu bilmir. bəndələrin Allaha və onun Peyğəmbərinə olan iman və etiqadları, onların səbəbini bilmədikləri işi yerinə yetirib ya tərk etmələrinə səbəb olur. Bu çox gözəl mömincəsinə olan bağlılıq, ləzzətli və təsirlidir.
Bunun belə, bizə yetişən bəzi ayə və rəvayətlərdə, borc sələməsinin haram olma səbəblərindən bəzisi açıqlanıbdır ki, bunlardan ibarətdir:
1. Sələm əqli və məntiqi sübutumuz mal əldə etmək vasitəsi ya başqa sözlə şərii yozumsuzdur.[6]
2. İmam Sadiq (ə)- dan olan rəvayətdə deyilir: "Əgər sələm halal olsaydı, camaat ehtiyacı olduqları ticarət və sənəti atardılar. Allah sələməni insanlara haram etdi ki, qalan şey borc formasına düşsün."[7] Yəni sələm iqtisada meylin aradan getməməsi üçün haram oldu.
3. Quranda[8] sələmənin haram olma hökmünü açıqlayandan sonra buyurur:
«لا تَظلِمون و لا تُظلَمون»
Nə zülm edin, nə də zülmə məruz qalın. Bu ayədən sələmənin zülm olması istifadə olunur. Bunun özü sələmənin haram olmasının bir hikmətidir.
4. Sələmənin haram olması üçün rəvayətlərdən istifadə olunan digər bir sübut, xeyir işləri yerinə yetirmək üçün insanlıq duyğu və hisslərini aradan aparmaqdır. Rəvayətlərin birində deyilir: "Allah sələməni camaatın yaxşı iş görməkdən (borc vermək) boyun qaçırmamaları üçün haram etdi".[9]
Məlum olduğu kimi, sələmənin haram olmasının hikmətini izah etməkdə bizə çatan bütün ayə və rəvayətlər, borc sələməsinə aiddir. Müamilə sələməsinin ya sübutu açıqlanmayıb ya da bizə gəlib çatmayıb. Bu elə bir hökmlərdəndir ki, digər hökmlər kimi, bəndəçilik və imamlara tam tabe olmaq üzündən qəbul olunmalıdır. Bununla belə, şəhid Mütəhhəri[10] və Ayətullah Məkarim[11] kimi alimlər, müamilə sələməsinin haram olması hikmətini, borc sələməsinin qarşısını almaq üçün bilirlər. başqa sözlə müamilə sələməsi, borc sələməsi üçün sərhəd rolunu oynayır. Bu borc sələməsinin əhəmiyyətinə görədir. Belə ki, sələmə ilə olan müamilələrdən, borc sələməsindən uzaq olmaq üçün istifadə etməyin mümkün olmasına görə, bu sui istifadənin qarşısını almaq üçün, sələmə ilə olan müamilələr də haram olublar.
[1] - İzahlı şəriət hökmlərinin alış- verişi hökmləri bölməsinə baxın.
[2] - İzahlı şəriət hökmlərinin qızıl və gümüşün alqı- satqı bölümünə baxın.
[3] - Kafi, cild 5, səh 246.
[4] - Bu əməlin şərtləri barəsində də fəqihlər arasında fikir ayrığılı var. daha çox məlumat əldə etmək üçün, ətraflı yazılan kitablara baxmalısınız.
[5] - Əlbəttə diqqə etmək lazımdır ki, Allahın xalis bəndələrinin hesabı ayrıdır.
[6] - Vəsailüş- şiənin rəvayətlərindən götürülüb, cild 12, əbvabur- riba, bab 1, hədis 11.
[7] - Vəsailüş- şiə, cild 12, əbvabur- riba, bab 1, hədis 8.
[8] - Bəqərə surəsi, ayə 279.
[9] - Vəsailüş- şiə, cild 12, Əbvabur- riba, bab 1, hədis 4.
[10] - Mütəhhəri, Mürtəza, Sələm və bank məsələsi, səh 46.
[11] - Məkarim Şirazi, Nasir, Ər- riba vəl- bənkul- İslami, səh 60.