Buxari, Müslim, Zəhəbi, İmam Əbu Cəfər İskafi, Müttəqi Hindi və digərləri nəql ediblər ki, ikinci xəlifə Əbu- Hüreyrəni Peyğəmbər (s)- ə nisbət verdiyi çoxlu əsassız rəvayətlərə görə şallaqladı və ona öz hökumətinin sonuna kimi rəvayət nəql etməyi qadağan etdi.
Ömərin Əbu- Hüreyrəni pis gümanda olmasının səbəbləri aşağıdakılardan biri ola bilər:
Bir: Onun yəhudi Kəbul- əhbarlarla oturub- durması və ondan rəvayət nəql etməsi.
İki: Əsassız rəvayətləri nəql etməsi ki çox vaxt israiliyyatla uyğun və hətta israiliyyatdandır.
Üç: Səhabədən nəql olunan rəvayətə müxalif rəvayəti nəql etməsi.
Dörd: Onunla Əli (ə) və Əbu Bəkr kimi səhabələrin müxalifət etməsi.
Əbu- Züreyrənin İslamdan qabaqkı həyatı barəsində məlumat onun özünün danışdığından başqa bir şey əldə yoxdur. O uşaqlıqdan balaca bir pişiklə oynayarmış və yetim və kasıb bir adam olub ki, aclıqdan uzaq olmaq üçün camaata xidmət edərmiş. Deynəvəri "Əl- maarif" kitabında deyib: O Yəməndə Dus qəbiləsindən olub, yetim yaşayıb və yoxsulluqla hicrət edib. Otuz yaşında Mədinəyə gəldi və yoxsul olduğuna görə, yoxsul mühacirlərin yığışdığı fəffəyə doğru getdi.[1]
Əbu- Hüreyrənin özü İslam və Peyğəmbər (s)- ə iman gətirməsinin səbəbini qarnını doyurmaq və yoxsulluqdan uzaq olmaqdan başqa bir şey deməmişdir.[2]
Onun özü deyərmiş: Mən həmişə qarnımın dalınca olmuşam, o həddə ki. səhabələrin bəzisi hər gün yeməyə görə onların evinə getdiyimə görə məndən qaçıb- gizlənirdilər. O Cəfər bin Əbu- Talibi ona etdiyi qonaqpərvərliyə görə, Peyğəmbərdən sonra bütün səhabələrdən üstün bilirdi və onun barəsində gözəl cümlələr demişdir.[3]
Səalibi səmarul- qulub kitabında deyir: Əbu- Hüreyrə Müaviyə ilə yemək yeyirdi və Əli (ə)- ın arxasında namaz qılardı. Onun özü bu işinin səbəbi barəsində deyərdi: Müaviyənin aşı daha yağlı və dadlıdır, amma Əlinin arxasında qılınan namaz daha fəzilətlidir.[4]
Amma ikinci xəlifənin Əbu- Hüreyrəni hədis düzəltməsinə görə şallaqlaması və ona hədis nəql etməyi qadağan etməsi barəsində deməliyik ki, bu məsələni hamı qəbul edir ki, Əbu- Hüreyrə yalnız bir il doqquz ay Peyğəmbər (s)- lə birlikdə olmasına baxmayaraq, amma digər səhabələrdən daha çox o həzrətdən hədis nəql edibdir.[5]
İbn Həzm, onun hədislərinin statistikasını tutub və yazmışdır: "Buqəy ibn Muxəllədin müsnədi təkcə Əbu Hüreyrədən 5374 hədis nəql edib və Buxari 446 hədis ondan gətirmişdir".[6]
Əbu- Hüreyrənin özü Buxarinin ondan rəvayət etməsinə əsasən deyibdir: "Peyğəmbər (s)- in səhabələrindən Abdullah ibn Ömərdən başqa heç biri mənim qədər həzrətdən hədis nəql etməyibdir. O hədisləri yazırdı, amma mən yazmırdım".[7]
Əbu- Hüreyrənin rəvayətlərinin çox olması Ömər ibn Xəttabı qorxuya saldı və nəhayət onu buna görə şallaqladı və ona dedi: Ey Əbu- Hüreyrə rəvayət çox nəql edirsən. Qorxuram Allah Peyğəmbərinə yalan və töhmət vurasan. Sonra onu hədələdi ki, əgər Peyğəmbərdən (s) rəvayət etməyi dayandırmasa, onu vətəninə sürgün edəcək.[8] Ona görə də onun rəvayətlərindən çoxu Ömərin vəfatından sonraya aiddir, çünki ondan sonra daha heç kəsdən qorxmurdu.[9] Onun özü deyərmiş: Mən sizin üçün elə hədislər nəql edirəm ki, əgər Ömərin zamanında nəql etsəydim, o məni şallaqlayardı.[10]
Zöhri İbn Sələmdən nəql edib ki, eşitdim Əbu- Hüreyrə deyərdi: Ömər dünyadan gedənə kimi Peyğəmbər belə etdi deyə bilmirdik. Ömər diri olan zaman bu hədisləri sizə deyə bilərdikmi? Allaha and olsun, indi də Ömərin mənim belimə vurduğu şallaqların vədəsindən qorxuram.[11]
Əbu- Hüreyrənin Peyğəmbər (s)- dən nəql etdiyi bu qədər rəvayəti yazmaq üçün, xüsusi qaydaları olub və deyərdi: "Halalı haram və haramı halal etməyənə qədər, bir rəvayəti Peyğəmbər (s)- ə nisbət verməkdə heç bir problem yoxdur". Özünün bu düzəltdiyi qaydasını Peyğəmbər (s)- ə nisbət verdiyi hədislərlə şərii cilvələndirmişdir. O cümlədən Təbəraninin Əbu- Hüreyrədən, o da Peyğəmbərdən nəql etdiyi bir hədisdir: "Halalı haram və haramı halal etməyib və haqqa yetişibsizsə, onu mənə nisbət verməkdə heç bir problem yoxdur. Həmçinin gətiribdir ki, Peyğəmbərdən belə dediyini eşidibdir: "Hər kəs Allahın onda razılığı olan bir hədisi rəvayət etsə, deməli mən onu demişəm, hər çənd ki, onu deməsəm də".[12]
Halbuki, Peyğəmbərdən olması sabit olan budur ki, buyurub: "Hər kəs mənim demədiyim bir hədisi məndən nəql etsə, onun yeri yandırıcı oddadır".[13]
Ömər elə ki, Əbu- Hüreyrənin hədis nəql etməkdəki həddini aşmasını gördü, təkid edərdi ki, bu hədisi həmişə ona xatırlatsınlar.[14]
Əbu- Hüreyrə və tədlis
Tədlis budur ki, rastlaşdığın insandan ondan eşitdiyin şeyi rəvayət edəsən və ya öz əsrində yaşayandan onun demədiyi şeyi edəsən və nəql edərkən elə göstərə ki, ondan eşidib və o da belə bir şey deyibdir.[15] Tədlisin bütün növlərinin pislənməsi və haram olması məlumdur və ona yalanın qardaşı deyirlər.[16]
Hədis alimləri deyirlər: Əgər bir şəxsin bir rəvayəti tədlislə deməsi sabit olsa, daha o şəxsdən heç bir rəvayəti qəbul etmək olmaz. Hətta onun bir dəfə tədlis etməsini bilsək də.[17] Deynəvəri və İbn Kəsir İbn Səidin oölundan nəql ediblər ki, deyərdi:
"Allahdan qorxun və hədis nəql etməyin. Allaha and olsun Əbu- Hüreyrənin yanında idim ki, bir rəvayət Peyğəmbər (s)- dən nəql etdi və digər bir hədisi də Kəb Əhbardan. Sonra bizimlə olanların bəzisinə dedi: Peyğəmbərin hədisini Kəbə nisbət verirəm və Kəbin hədisini də Peyğəmbərə (s)".[18] Hədis alimlərinin hamısı deyiblər: Əbu- Hüreyrə, Ubadilə, Müaviyə, və Ənəs yəhudi Kəbul- əhbardan rəvayət nəql ediblər. Kəbul- əhbar müsəlmanları aldatmaq üçün zahirdə müsəlman olub, amma batində yəhudi idi. Onların içindən Əbu- Hüreyrə hər kəsdən daha çox ondan rəvayət nəql edib və ona inanmışdır.[19]
Əslində Kəbin Əbu- Hüreyrəyə hiyləsi qələbə çalmış və beləliklə istədiyi xurafat və yalanları İslam dininə daxil etmişdir. Kəb barəsində deyilən zöslərdən aydın olur ki, Kəbin özünəməxsus üslubu olubdur. Zəhəbi Təbəqatul- hifazda Əbu- Hüreyrə barəsində yazıbdır: "Kəb Əbu- Hüreyrə barəsində deyərmiş: Tövrat oxumayıb ona Əbu- Hüreyrədən daha alim kimsəni görmədim".[20] Baxın, bu kahin Əbu- Hüreyrəni necə aldadıb. Əbu- Hüreyrənin tövratla tanışlığı olmaya- olmaya onda nəyin olmasını necə anlaya bilər. Əgər onunla tanışlığı olsaydı onu oxuya bilməzdi. Çünki tövrat ibrani dilində idi. Əbu- Hüreyrə isə savadsız olduğuna hətta ərəb dilini də bilmirdi.[21]
Buxari Əbu- Hüreyrədən nəql edib ki, kitab əhli tövratı ibri dilində oxuyur və onu müsəlmanlar üçün ərəb dilində təfsir edirlər. Əgər mən ibri dilini bilsəydim, mən də onun təfsirçilərindən olardım.[22] Deynəvəri Əbu- Hüreyrə barəsində yazıbdır: "Əbu- Hüreyrə onunla müasirlərin və böyük səhabələrin heç birinin nəql etmədiyi rəvayətləri nəql etdiyinə görə, onu müttəhim edib, onun rəvayətlərini inkar edib və deyiblər: Bu hədisləri Peyğəmbər (s)- dən necə sən yalnız eşidibsən, halbuki, heç vaxt təkcə Peyğəmbərin hüzurunda olmayıbsan".[23]
Deynəvəri deyir: Ayişə şiddətlə onu inkar edirdi.[24] Əbu- Hüreyrəni yalana ittiham edənlər sırasında, Ömər, Osman, Əli və onlardan qeyriləri idi.
Əbu- Hüreyrə Peyğəmbər (s)- dən nəql edib ki: "Teyrə (pis fal vurmaq) qadın, heyvan, və evdə doğrudur". Bu hədisi Ayişə üçün nəql edən zaman deyir: "Quranı Əbul- Qasimə nazil edən şəxsə and olsun, bu hədisi Peyğəmbər (s)- ə nisbət verən hər şəxs yalan deyibdir. Əksinə Peyğəmbər (s) buyurdu: "Cahiliyyət əhli teyrənin heyvan, qadın və evdə olduğunu deyirdilər".
Əli (ə) buyururdu: "Əbu- Hüreyrə camaatın ən yalançısıdır". Başqa yerdə buyurur: "Peyğəmbərə (s) ən çox yalan nisbət verən Əbu- Hüreyrədir". Deyirlər bir gün Əbu- Hüreyrə dedi: "Həddəsəni xəlili. Dostum mənə danışdı". Həzrət Əli (ə) onun cavabında buyurdu:
«متی کان النبی خلیلک»
"Məta kanənnəbiy xəliləkə. Peyğəmbər (s) nə vaxt sənin dostun olub"?[25]
Əbu Cəfər İskafi nəql edir: Müaviyə Əli (ə)- ın əleyhinə pis hədislər düzəltmələri üçün səhabə və tabeindən bir dəstəni həvəsləndirdi. Səhabədən Əbu- Hüreyrə, Əmr ibn As, Müğeyrə ibn Şöbə. Tabeindən Orvə ibn Zübeyr idilər.[26]
Bu barədə müstəqil şəkildə Əbu- Hüreyrə barəsində iki kitab yazılıbdır:
Bir: "Əbu Hüreyrə" seyid Şərəfüddin Amuli yazıb ki, yuxarıdakı sual barəsində 136, 160, 186- cı səhifələrə müraciət etmək olar.
İki: "Şeyxul- muzirə Əbu- Hüreyrə" Mahmud Əburiyə Misri yazıb.
[1] - Əş- şeyx Mahmud Əburiyə, Şeyxul- muzirə Əbu Hüreyrə, səh 103. Əş- şeyx Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Muhəmmədiyyə, səh 195, Seyid Şərəfuddin Musəvi Amuli, Əbu Hüreyrə, səh 136.
[2] - Həmin.
[3] - Fəthul- bari, cild 7, səh 63.
[4] - Səalibi, simarul- qulub fil- muzafi vəl- mənsub, səh 76- 87.
[5] - Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Muhəmmədiyyə, səh 200.
[6] - Əş- şeyx Mahmud Əburiyə, Şeyxul- murizə Əbu- Hüreyrə, səh 130.
[7] - İbn Həcər, Fəthul- bari, cild 2, səh 167 (O deyib: Əbu- Hüreyrənin həm hədis yazmaması, həm də Quran hafizi olmaması sabit olubdur.
[8] - Səhih Buxari, cild 2, Bədul- xəlq kitabı, səh 171. Müslim ibn Həccac Nişaburi, Səhihi- Müslim, cild 1, səh 34, İbn Əbil- hədidmötəzili, Nəhcül- bəlağənin şərhi, səh 360, Zəhəbi, Seyri elamin- mubəla, cild 2, səh 433 və 434, Müttəqi Hindi, Kənzul- ummal, cild 5, səh 239, h 4857, İmam Əbu Cəfər İskafi, Nəhcül- həmidinin şərhindən nəql etməklə, cild 1, səh 360.
[9] - Həmin.
[10] - Mahmud Əburiyə, Əzvanun ələs- sünnətil- Muhəmmədiyyə, səh 201.
[11] - Həmin.
[12] - Şatibi, Əl- Muvafiqatif, cild 2, səh 23.
[13] - Mahmud Əburiyə, Əzvanun ələs- sünnətil- Məhəmmədiyyə, səh 202.
[14] - Seyid Şərəfuddin Musəvi Amuli, Əbu- Hüreyrə, səh 140.
[15] - Şeyx Əhməd Şakir, şərhu əlfiyyətis- suyuti, səh 35.
[16] - Həmin.
[17] - Mahmud Əburiyə, Əzvanun Ələs- sünnətil- muhəmmədiyyə, səh 202 və 203.
[18] - İbn Kəsir, Əl- bidayə vən- nəhayə, cild 8, səh 109, İbn Qətibə Deynəvəri, Təvili muxtələfil- hədis, səh 48 və 50.
[19] - Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Muhəmmədiyyə, səh 207.
[20] - Zəhəbi, Təbəqatul- hifaz, Mahmud Əburiyədən nəql etməklə, Əzvaun ələs- sünnətil- Məhəmmədiyyə, səh 207.
[21] - Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Məhəmmədiyyə, səh 207.
[22] - Həmin.
[23] - Deynəvəri, Təvilu muxtəlifil- hədis, səh 50.
[24] - Həmin, səh 48.
[25] - Əzvaun Ələs- sünnətil- Məhəmmədiyyə, səh 204.
[26] - Məhəmməd Əbduh, Nəhcül- bəlağənin şərhi, cild 1, səh 358.