Rəvayətlərdən ələ gələn mütləq mənalardan belə başa düşülür ki, ölüm mələyi (Əzrail) ilahi vasitələrin başında olmaqla, ruhu alanların başında durur və bütün canlıların canını alır.
Amma, bir mühüm məsələni dərk etmək lazımdır ki, bütün canlıların canlarını alan əslində, Allah-Taala Özüdür. Amma, Onun qanunu belə təyin olunmuşdur ki, bütün bu işləri vasitə ilə yerinə yetirsin. İstər bu vasitə Ölüm mələyi olsun, yaxud başqası fərq etməz.
Quranda belə oxuyuruq: “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman alar.”[1] Allah-Taala bu şərafətli ayədə canların alınmasını birbaşa Özünə nisbət verir və əgər hansısa bir cümlədə istinad verilmişi istinad olunana (canların alınması) müqəddəm qərar versələr, bu o deməkdir ki, bu mövzuda münhəsirlik var və nəticə etibarı ilə demək olar ki, can almaq kiməsə qeyrisinə yox, yalnız Allah-Taalaya məxsusdur.[2]
Hər halda Quranın digər ayələrinin vasitəsi ilə ələ gəlir ki, Allah-Taala bu dünyanın işlərini mələklərdən ibarət bir dəstənin vasitəsi ilə idarə edir. Belə ki, Naziat surəsinin 5-ci ayəsində oxuyuruq: “And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, Qiyamət haqdır və siz Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!” İlahi qanun belə təqdir olunmuşdur ki, O, bütün işlərini müəyyən səbəblər qanunu ilə icra və tətbiq etsin.
Bu cəhətdən, mələklərdən bir dəstəsi canların (ruhların) alınmasına məmur olurlar və onların başında[3] Ölüm mələyi qərar tutur.[4] Quran bu haqda buyurur: ” (Ya Rəsulum!) De: "Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır.”[5] Digər bir surədə oxuyuruq: ”Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”[6] Əgər bu iki ayəni əvvəlki ayənin yanında qərar versək, belə məna ələ gəlir ki, can almaq yalnız, Allah-Taalaya məxsusdur. Ancaq Onun icazəsi ilə və Ona tabe olmaqla Ölüm mələyi öz işini görür. Allahın icazəsi ilə ölüm mələyi və onun mələklərdən ibarət dəstələri öz vəzifələrinə əməl edirlər.[7] Kainatın bütün işləri Allah-Taalanın əlindədir və mələklər Onun fərmanında qərar tutublar.
Rəvayətdə var ki, bir nəfər İmam Sadiqdən window.print();