Bu cür savablara vədə vermək, Allahın ədalətinə heç bir zərər vurmur və əməllə savab arasında olan nisbət də onun kimi; çünki əgər ədalətin mənası bir şeyi özünə münasib olan yerdə qərar verməkdirsə; yəni əməllə savab arasında uyğunluq olmalıdır.
İşarə etdiyimiz mövzuda əməllə onun savabı arasında münasiblik vardır: Çünki
Birincisi: Bu rəvayətin məqsədi, bu ibadətlərə diqqət və əhəmiyyət verməkdir, nəin ki, həcc və cihadın əhəmiyyətini aşağı və qiymətsiz etmək; bəlkə demək olar bu rəvayətin özü cihad və həccin əhəmiyyətini bildiri ki, digər ibadətləri onlarla müqayisə edir. O cür ki, biz dünya işlərində deyirik bu şey qızıl kimidir.
İkincisi: Bu rəvayətlərin məqsədi, o yerdədir ki, həcc və cihad üçün şəriət tərəfindən heç bir hökm olmasın.
Üçüncüsü: İki şey arasında lazım deyil ki yalnız ölçü və keyfiyyət və maddi çətinliklər nəzərdə tutulsun, bəlkə niyyətin, təvazökarlığın əqidə və mərifətin təsiri nəzərdə tutulur. Çünki bir çox əməllərin çətinliyi maddiişlərdən daha da çox çətindir.
Bunun üçün də əgər bir işdə bu şəraitlər olsa mümkündür həcc və şəhadətlə bərabər olsun.
Bundan əlavə bəzi dua və ziyarətlər dini maarifləri özlərində əhatə etdikləri üçün, əqidə cəhətindən böyük təsirə malikdir elə ki, digər əməllər bu cür təsirlərə malik deyildir. Mümkündür ki, daha çox əhəmiyyət daşısın.
Əlbəttə diqqət etmək lazımdır ki, o vaxt ki, döyüş və cihad yoxdur və həccə getmək vaxtı deyil, adətən şeytanın batil və çirkin hiylələri üçün daha çox fürsət yaranır. Və insan da daxili olaraq öz məhəbbət və istəklərinə tez bir zamanda cavab verir. Bu cür bir şəraitdə əgər bir şəxs öz nəfsinin istəklərinin cavabını namaz, ziyarət və duayla versə, yüksək bir dərəcədə iman və mərifətə sahib olacaqdır. Əlbəttə o şəxslərdən də üstündür ki, həcc və cihad etmişdir.
Amma əgər ədalət, zülm və başqalarının hüquqlarını payimal etməmək mənasındadırsa, burada heç bir kəsin haqqı tapdalanmır; çünki, hesab edək Allah Taala bir işə onun həyata keçirməməsindən əvvəl savabını verirsə, bir bəndənin haqqının aradan getməsinə səbəb olmur, çünki savab Allah tərəfindən olan bir letfdür nəin ki, bəndə tərəfindən əldə olan bir nəticə.
Bir neçə nöqtəni açıqlamaqla qeyd olunmuş əməllərlə savabları arasında olan bərabərlik məlum olacaqdır:
1. İlahi savablar bəndənin əməlləri bərabərində deyil bəlkə bir lütfdür ki, Allah, insanların dünyadakı rəftar və qabiliyyətlərinə görə ki, əldə etmişdirlər bağşlayır.[1]
Bəndə (insan) "əgər Allah onlara vədə verməsəydi" heç bir zaman haqqı yox idi ki, Allahdan əməllərinin svabını alsınlar, çünki dünyada bütün həyata keçirdikləri əməllər Allahın nemətləri vasitəsiylə olmuşdur; Allah Taala isə öz rəhmət və hikməti əsasında bəndələrinə savab vədəsi vermişdir və özünə lazım bilmişdir ki, onlara savab versin. Bəs Allahın bu sonsuz rəhmət və kamil hikmətidir ki, əməllərin savabının ölçüsünü təyin edir nəin ki, əməllərin çətinliyi və ya rahatlığı və yaxud onların qısa müddətli və uzun müddətli olması. Bunun üçün də nemətlərin çoxluğu və hətta azlığı və insanların savabı ki, Allah tərəfindən onlar üçün hazırlanmışdır, Allahın ədalətinə heç bir nöqsan gətirmir çünki heç bir kəsin haqqı zay olmur bəlkə insanların öz haqlarından daha çox onlara haqq verilir.
2. Dualar, ziyarətlər və müstəhəb namazlar, o zaman o cür yüksək savabla nəticələnir ki, bütün şəraitlər onda riayət olunsun. Bir o şəraitlərdən bir neçəsinə işarə edirik:
A): Bütün İlahi vacib hökmləri yerinə yetirmək; bəs əgər bir şəxsin vəzifəsi həcc və ya cihaddırsa, baxmayaraq ki, onların yerinə dua və müstəhəb namaz qılarsa nəin ki, savab ələ gətirmir bəlkə.
İlahi əzaba düçar olacaqdır.
B): İxlas və mərifət sahibi olmaq. O cür ki, bir çox rəvayətlərdə, daha çox fəzilətə və savaba çatmağın şərtlərindən birini də mərifətin olmasını bildirmişdirlər.[2] İmam Sadiq (ə) buyurur: İnsanlar qiyamət günü öz niyyətləri əsasında məşhur olarlar.[3]
Bunu da əldə etmək olar ki, Allahın insanlara verdiyi savab əməllərin çətinliyi əsasında deyil bəlkə bəndənin niyyəti və əqidəsi əsasındadır ki, bir çox əməllərin çətinlik və maddiyyatdan daha çox çətinliklərdən ona daha çox savab veriləcəkdir.
Məlum olduğu kimi, İlahi mərifət və ixlasa çatmaq əgər döyüş və cihadda çətin olmasa da, asan da deyildir. Bunun üçün də bir çox insanlar cihad və həcdə iştirak edirlər amma çox az insanlar nail olurlar ki, mərifət cümləsinə yüksəlsinlər. Məsumlardan (ə) olan bir çox rəvayətlərdə, İmamların (ə) ziyarətinə xüsusilə də İmam Rza (ə)- ın ziyarətinə təşviq etmişdirlər.[4]
Bu rəvayətdən istifadə olur ki, məsumlar savab üçün iki növ qail olmuşdurlar ki, onun savabları onun necəliyinə bağlıdır. Bunun üçün də hər şəxsin ziyarəti üçün sabit bir savab yoxdur; bu cür savabların növü onların qabiliyyət və dərk etmələrinə bağlıdır. Nəin ki, ziyarət hər cür ziyarət etməklə ziyarət nəzərdə tutulsun.
3. Bir çox dua və ziyarətlər əqidə üsullarının təyinində və mərifətin güclənməsində böyük rolu vardır. Məsum İmamlar dua və ziyarət çərçivəsi daxilində İlahi mərifəti cəmiyyətə bağışlamışdırlar ki, başqa cür mümkün deyildir.
Bunun üçün də onlara əhəmiyyət vermək əslində cihadı, şəhadət yolunu, həcci, dini və şəriəti yaşatmaq deməkdir. Həqiqətdə bu marifdir ki, həcci və cihad və mücahid (cihad edən) yetişdirir.
4. O zaman ki, deöyüş və cihad yoxdur və həcc ziyarətinin vaxtı deyildir, adətən şeytanın fəaliyyəti və batil qüvvələr üçün fürsət daha da çox olur; insan da öz daxilində həmişə öz istəklərinin ardınca gedir. Bu cür şəraitdə əgər insan öz istəklərinin əvəzinə dua və namazla öz qəlbinə səfa versə yəqin ki, ixlas və mərifətin ən uca məqamını əldə edəcəkdir.
Bunun üçün də Allahın rəsulu (s) öz yaxınlarından bir dəstəsinə buyurur: Afərin bu dəstəyə ki, kiçik cihaddan qayıtdılar və qarşıda böyük cihad vardır. Soruşdular böyük cihaddan məqsədiniz nədir? Buyurdu nəfsinizlə cihad.[5]
Mümkündür məsum İmamların (ə) bütün savabların bu cür dua və namazlar üçün açıqlamalarının dəlili bu olmuşdur ki, istəmişdirlər bu vasitəylə cəmiyyətin ruhunu nəfsin istək təlısindən qurtarsınlar ki, dünya və axirətin bütün pisliklərinin mənbəyidir, nicat versinlər və bununla insanlar mənəviyyat və nuraniyyət səmalarında qanad açsınlar.
Bəs bu rəvayətlərin məqsədi, bu ibadətlərə əhəmiyyət və diqqət yetirməkdir. Nəin ki, cihad və həccin fəzilətini aşağı salmaq; bəlkə demək olar bu rəvayətlərin özü başqa bir yolla cihad və həccin fəzilət və məqamını açıqlar ki, başqa ibadətləri onlarla müqayisə edirlər. O cür ki, biz dünyadakı maddi işlərimizdə deyirik bu əşya qızıl kimidir.