Please Wait
7868
Namazın İmam Hüseynin (ə) hərəmində tam yaxud qəsr qılınması barəsində aşağıdakıları qeyd etmək olar:
Səfərdə olan şəxs məscidul həram və Peyğəmbər (s) məscidində və Kufə nməscidində namazını tam qıla bilər. Lakin əvvəllər bu məscidlərin bir hissəsi olmayan, amma sonradan bunlara əlavə olunan yerlərdə namaz qılmaq istəyən şəxs ehtiyate müstəhəbə görə namazı qəsr qılmalıdır. Həmçinin səfərdə olan şəxs Seyyidil Şühədanın (ə) hərəm və qübbəsində həmçinin ona birləşik məsciddə namazı tam şəkildə qıla bilər.[1]
Əlbəttə iki nöqtəni xatırlatmaq lazımdır:
1. Bu dörd məkanda namazın tam yaxud qəsr qılınması ixtiyaridir. Qonaq hər hansı birini istərsə seçə bilər.
2. Bu hökm İmam Hüseynin (ə) hərəminə məxsusdur. Kərbəlanın digər yerlərinə yox. [2]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Tozihul məsail, (Əl məhşai lil imam Xomeyni), cild 1, səh 728, m 1356. Bəzi Həzrət ayətullah Xamenei, Sistani, Safi Gülpayiqani, Məkarim Şirazi və Nuri Həmədani kimi mərc təqlidləri Məkkə və Mədinə şəhərlərində qəsrlə tam namazların seçilməini caiz hesab edirlər.
[2] - Bax: Toziul məsail, (Əl məhşai lil imam Xomeyni), cild 1, səh 728, m 1356.