Allahı tanımaq üçün bənzətmə rəvayətlərdə rədd edilmişdir. Daha çox məlumat üçün ətraflı cavaba müraciət edin.
Mərifət yolu ilə Allahın təcəlli formaları ilə Allahı tanımaq mümkündür. Sonda arif Allahı özündə tapır ki, bu onun qəlbinə Allahın təcəlli yolu ilə mümkün olur.
Rəvayətlərin bəyan etdiyi mətləb Allahı tanımada bənzətmədən çəkinmə və tətildir.
Bənzətmə və tətil barəsində deyilməlidir:
Allah barəsində hər növ təsəvvür edilən sifət və bənzərlikdən pak hesab etmək lazımdır. Allahı qəlbi və şühudi cəhətdən dərk edə bilməyən əksəriyyət insanların zehnlərinə əsasən Allah barəsində bu “tətil” olacaqdır. Allahın sifəti barəsində tətil o deməkdir ki, Allaha etiqadla birlikdə əməli şəkildə Allah təalanı Öz qullarından ayıraq və xaliqlə məxluq arasında heç bir əlaqəni mümkün hesab etməyək. Amma tətilin əksi olan bənzətmə Allahı məxluqlarla bir ya oxşar hesab etməkdir. Rəvayətdə deyildiyi kimi: Allahı məxluqlarla bir hesab etmək küfrdür və onları ayrı hesab etmək də tətildir. Bunların orta məxrəci tovhiddir.[1],[2]
Buna görə tətildən çəkinmək o mənadadır ki, Allah barəsində hər növ sifəti inkar etməməli və əməli surətdə onu rədd etməməli və Onun camal və cəlalını varlıq aləmində mövcudluğunu inkar etməmliyik. Bənzətmədən çəkinmək də o mənadadır ki, zahiri Allah görünüşlü təcəssümləri Allahın özü hesab etməmli və onları Allaha şərik qoşmamalıyıq. Onların yaradanına diqqət etməliyik.
Başqa sözlə, Allah zehnlə dərk və təsəvvür olunma qabiliyyətinə malik deyil. Düzgün yol qəlbin yoludur. Eşq yolu ilə İlahi təcəllilər ilə Allaha mərifət əldə edirik.
Həqiqi eşq məqamında Allahın təcəssümlərinə və təcəllilərinə mərifət Allaha mərifət deməkdir. Çünki Allah nə təcəssümlərin özüdür, nə də onlardan ayrıdır. Bu mərifətin kamalı həmin kamil insanın tanımasıdır.
Daha çox məlumat üçün aşağıdakı suallara müraciət edə bilərsiniz:
Allahı tanıma imkanı 8448 (sayt: az8473)
Allaha eşq və Onu tanıma 1609 (sayt: 1611).
Fitrət və Allahı tanıma 1041 (sayt: 1105)
Namazda təsbih və onun həmdlə birlikdə deyilməsi 9803 (sayt: 9773).
[1] - Amili, seyid Heydər, cameil əsrar və mənil ənvar, səh 117, elmi və fərhəngi nəşriyyatı, 1368. Həsənzadə Amili, məmmədil həməm, səh 109, İslam mədəniyyət və irşad nazirliyi, 1378 h.ş.
«ان الجمع بلا تفرقه زندقه و التفرقه بدون الجمع تعطیل و الجمع بینهما توحید»
[2] Bu cavabdan götürülmüşdür: 9803 (sayt: 9773).