Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s...
Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab etmişlər.
Namzın ilkin vaxtında qılınmasının savabı barəsində İmamlardan bir çox hədislər nəql olunur:
1. İmam Sadiqin (ə) əshabından biri ona belə dedi: Ey Əba Əbdillah! Mənim üçün sübh namzının ən yaxşı vaxtını bəyan elə: İmam (ə) buyurdu: Fəcr (dan yeri ağararkən) çıxdıqı zaman. Çünki Allah təala buyurur: “Sübh namazı müşahidə olunur.”[1]Yəni, sübh namazını həm gündüz həm də gecə mələklərimüşahidə edirlər. Deməli, əgər bir şəxs süb namazını fəcrin çıxdıqı zaman qılarsa, əməl dəftərinə iki qat savab yazılır. Həm gündüz mələkləri yazır həm də gecə mələkləri. [2]
2. Həzrət Musa Bin Cəfər (ə): İlk vaxtında, ədəblə, xüsusi həddə qılınan vacib namazlar, yeni dəymiş yarapaq və budaqlardan sevincli və təravətlidir və Asdan[3] da xoş iylidir. Deməli, siz namzı ilk vaxtında qılalısınız.”[4]
3. Zürarə İmam Baqirdən (ə) soruşmuşdur: Allah təala işinizi məqsədəuyğun etsin. Namaz ilkin vaxtda qılınması yaxşıdır yoxsa, vaxtın yarısında yaxud da sonunda? İmam (ə) buyurdu: İlk vaxtında. Allahın Rəsulu (s) buyurur: “Allah təala yaxşı işləri vaxtında sevir ki, onu təcili yerinə yetirmək lazımdır”.[5]
4. İmam Sadiq (ə): Hər kəs namzı ilk vaxtında qılar və düzgün yerinə yetirərsə, mələk onu pak və parlaq şəkildə səmaya çatdırar və o namaz Allah səni qorusun deyər. Necə ki, sən məni qorudun və səni Allaha tapşırıram, necə ki, məni kərim olan mələyə tapşırdın. Hər kəs onu üzr olmadan vaxtından sonra, vaxtsız və mənəvi məhəbbət olmadan qılar, mələk onu qara və qaranlıq şəkildə göylərə aparar və o namaz Allah səni məhv etsin deyər. Necə ki, məni məhv etdin. Riayət etməsin necə ki, mənə əməl etmədin. ...”[6]
Böyük alimlər də bu hədislərə diqqət etməklə insanları namzı ilkin vaxtında qılmağa səsləmişlər. Bunu Allaha yaxınlaşma və seyr suluk yolunda ən mühüm əsaslardan hesab etmişlər. [7]
Nəticə: İmamlardan (ə) nəql olunan rəvayətlərə əsasən məşhur alimlərə görə namaz üzr olmadan ilk vaxtında qılınmalıdır ki, ona aid savab və təsirləri əldə etmək mümkün olsun.
[1] - İsra surəsi, ayə 78, “Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləriŞ hımçinin bir çox insan tərəfindən) müşahidə olunur.
«أَقِمِ الصَّلاةَ لِدُلُوكِ الشَّمْسِ إِلى غَسَقِ اللَّيْلِ وَ قُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كانَ مَشْهُوداً»
[2] - Kuleyni, Muhəmməd bin Yaqub, Əl- kafi, cild 3, səh 283. darul kitabil islamiyyə, Tehran, 1365 h.ş.
[3] - As ya nəzərdə tutulan ağac tropik məhsula sahibdir. Deyirlər Musanın (ə) əsası da bu ağacdan olmuşdur. Həmçinin reyhan qədər xoş ətrlidir. Bax: Nəfisi lüğəti, cild 1, cəh 27, Mücahidi, Muhəmməd Əlinin nəqli ilə, Yaxşılığn hədiyyəsi və günahların cəzası, səh 112, srur nəşriyyatı, Qum, birinci çap, 1381 h.ş.
[4] - Amili, Şeyx Hürr, vəsailil şiə, cild 4, səh 119, alul beyt müəssisəsi, Qum, 1409 h.q.
[5] - Əl kafi, cild 3, səh 274.
[6] - Vəsailil şiə, cild 4, səh 123 və 124.
[7] - Bax: Musəvi (İmam Xomeyni), seyid Ruhullah, adail salat, səh 108, İmam Xomeyninin əsərlərini tənzim və nəşr edən müəssisə, Tehran, yeddinci çap, 1378 h.ş.