Please Wait
5331
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər kəsb qazancından – qiyməti artdıqdan sonra və ticarət məqsədi ilə alınmış olsa və xüms ilindən sonra satılsa, satışdan sonra onun xümsü verilməlidir.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Hal-hazırda (o yerin qiymətinin) xümsünü verə bilərsiniz. Amma əgər çətinliyə düşsəniz, onu satdıqdan sonra dərhal ödəyə bilərsiniz.
Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:
Əgər torpaq sahəsinə malikiyyətin vaxtından bir il keçsə, o torpağın beşdə bir hissəsinə xüms düşür və gərək onun dəyərinin beşdə biri gündəlik qiymət əsasında xüms olaraq verilsin: istər o torpaq sahəsi satılsın, istərsə də yox. Əlbəttə, əgər o tarixdən – yəni xüms verilməli olan vaxtdan sonra torpağın qiyməti artsa, bir il keçəndən sonra artmış olan qiymətinə (də) xüms düşür.