Şübhəsiz ki, İlahi hökmlər dəlil və fəlsəfə əsasındadırlar, amma lazım deyil İlahi əmrlərin hamısında dəlil və fəlsəfə axtaraq. Müsəlman şəxs İlahi göstərişlər qarşısında təslim olmalıdır və bu qəbul və təslim ruhiyyəsi insanın kamil olmasından xəbər verir. Bir sözlə, bəzi İlahi əmrlər ruhum təslim və bəndəlik imtahanı üçündür.
Amma bununla belə Quran özü, dəfələrlə şəri hökmləri açıqlayarkən onun kənarında, onların dəlillərinə də işarə etmişdir. Məsum İmamlarda (ə) rəvayətlərdə, bu hikmətləri açıqlamış və müsəlman alimlərdə əhkamın sirləri və fəlsəfəsi o cümlədən namaz və onun bəzi əsas hissələri; niyyətin, təşəhhüdün, rukunun, səcdənin salamların və növzularda kitablar yazmışdırlar.
Şübhəsiz ki, İlahi hökmlər dəlil və fəlsəfə əsasındadırlar, amma lazım deyil İlahi əmrlərin hamısı üçün dəlil və fəlsəfə axtaraq. Müsəlman şəxs İlahi göstərişlərin qarşısında təslim olmalı və bu qəbul və təslim olmaq ruhiyyəsi insan kamilliyindən xəbər verir.
Bir sözlə bəzi İlahi əmrlər ruhun təslim və bəndəlik imtahanı üçündür. Allahın həzrət İbrahimə (ə)oğlu İsmayılı qurban etməsi əmri bunlardan bir nümunəsidir.
Bu kiçik bəhsdə bunu demək olar: İslamda ibadət üçün olan bütün əhkamların hikmət və fəlsəfəsi vardır.
Birinci: Yüzlərlə ayə və rəvayətlərə əsasən ki, insanları təfəkkür və düşüncəyə dəvət edir.[1]
İkinci: Quranın müşriklərə və bütpərəstlərə qarşı ən şiddətli nöqsanlarından birini onların və atalarının dəlilsiz və cahillik üzündən bütlərdən pərəstiş etmələrini bildirir.[2]
Üçüncü: Quran özü, dəfələrlə hökmləri açıqlayarkən onların dəlillərinə də işarə etmişdir.[3]
Məsum İmamlarda rəvayətlərdə bu hikmətlərə işarə etmişdirlər. O cümlədən müsəlman alimləri şəri hökmlərin dəlil və fəlsəfəsi barəsində bir çox kitablar yazmışdırlar.
Bu nöqtəyə əsasən demək lazımdır:
- Bütün hökmlərin dəlilini hər bir şəxsin bilməsi lazım deyildir.
- Əhkamın fəlsəfəsində, yalnız madda fəlsəfə və dəlillərə və yaxud iqtisadi və tibbi sirlərinə nəzər salınması lazım deyil bəlkə onun ruhi, mənəvi və axirətdə olan təsirini və sirlərini də nəzərə almaq lazımdır.
3. Bir şəxs ki, Allahın hikmət sahibi və onun hökmlərini hikmət əsasında bilir, dəlil arxasınca olmasına ehtiyac yoxdur, bəlkə onun dəlilini Allaha məxsus bilsin. Amma bununla belə namazın fəlsəfəsi barəsində hətta onun bəzi hissələri və qiraətləri; o cümlədən niyyət; təşəhhüd, ruku, səcdə, salamların və... sirləri və dəlilləri qeyd olunmuşdur ki, biz burada nümunə olarsa bir neçəsinə işarə edirik:
Namaz insanı inkar olunmuş işlərdən ayırır:
Qurani- kərim namaz barəsində buyurur:
Namaz insanı çirkin və qadağan olunmuş işlərdən uzaqlaşdırır.[4]
Namaz və xəbərdarlıq:
Başqa bir yerdə buyurur: Namazı məni yad etmək və diqqət yetirmək üçün bərpa edin.[5]
Namaz rahatlığın mənşəyi:
Yenə buyurur: Allahı yad etməklə qəlbləriniz sakitlik tapar.[6]
Təkəbbürlüklə mübarizə:
Namaz bütün yüksək məqama diqqət və İlahi qüdrətdən kömək diləyinin mənşəyi olduğu üçün insanda olan təkəbbür və qürur hissini aradan aparır. Başqa cür desək, namaz təkbbür hissini sındırır; o cür ki, insan gün ərzində on yeddi rəkət və hər bir rəkətdə ii səcdə edərək Allah qarşısında alnımızı torpağa qoyur, özünü onun əzəməti qarşısında kiçik bir zərrəcik görür. Qürur və təkəbbür pərdəsini kənarlaşdırır; bunun üçün də İmam Əli (ə) imandan sonra olan ilk ibadət ki, namazdır bu hədəflə açıqlayır və buyurur:
Allah Taala imanı insanın şübhələrdən təmizləmək, namazı isə təkəbbürdən paklanması üçün vacib etmişdir.[7]
Nizam- intizam ruhiyyəsinin möhkəmlənməsi:
Namaz, nizam- intizam ruhiyyəsini insanda gücləndirir; çünki bu ibadət əməli, dəqiq və müəyyən vaxtda yerinə yetirilməli və əgər onun əvvəl və ya vaxtından sonra yetirilməsi namazın batil olmasına səbəb olur. O cümlədən başqa əhkamlar barəsində də misal üçün niyyət, qiyam, ruku, səcdələr və... ki, onlara riayət etməmək, insan həyatında qayda- qanuna riayət etməyi tamamıyla asanlaşdırır.
Məadı (qiyamət gününü) yada salmaq:
Namaz qılan şəxs Maliki yəvmuddin) deməklə qiyamət gününü və onun əzəmətini yad edib bu nöqtəyə diqqət yetirir ki, bu dünyadan başqa digər bir dünyada vardır ki, bu əməllərin nəticəsidir.
Təvəlli və təbərri
(Allah və Əhli- beytin (ə) dostlarını sevmək düşmənləriylə düşmən olmaq):
Təvəlli və təbərri Həmd surəsinin ayələrini oxumağın fəlsəfələrindən biridir. Namaz qılan şəxs "İyyakə nəbudu və iyyakə nəstəin, ihdina siratəl mustəqin. Siratəlləzinə ənəmtə ələyhim" deməklə Allah Taala, Peyğəmbər, Siddiqlər, şəhidlər və saleh insanları sevib onların vilayətini tələb edib onlara doğru hərəkət etməkdir; və "Ğəyril məğzubi ələyhim vələzzallin" deməklə isə qovulmuşların və yollarını azmışların getdiyi yoldan uzaq olmağı diləməkdir.
Sonda demək lazımdır: Namazın vacib olması Allahın rububiyyətinə təkid və diqqət yetirib, bütpərəstlik və şirklə mübarizə, son dərəcədə Allahın qarşısında təvazö, günahlarımızı etiraf edib küçmiş günahlarımızı bağışlanmasını və alnımızı Allah qarşısında təzim etmək üçün yerə qoyuruq.
O cümlədən məqsəd budur ki, insan həmişə agah olmalı və qəflət tozu qəlbini tutmamalı, məst və təkəbbür olmamalıdır. Təvazökar olub əlaqəylə din inanclarını və dünyasını tələb etməlidir.[8]
Bunlar İlahi ayələrdən və rəvayətlərdən bir neçə nümunə idi ki, İlahi əhkamların hikmət və sirlərinə işarə etmişdir.
Sonda bu nöqtəyə diqqət etmək lazımdır ki, namazın sirləri və hikmətləri barəsində şiə alimləri və yazıçılar tərəfindən çoxlu kitab və məqalələr yazılmışdır.
Mütaliə üçün mənbələr:
İləlul şəraye, Şeyx Səduq.
Sədrul səlat və adabus- salat, imam Xumeyni.
Fəlsəfeye əsrare hökm, Məhəmməd Vəhidi.
Pərtovi əz əsrare namaz. Möhsin Qəraəti.
Əlaqəli Göstəricilər:
Namazın məna və sirləri (sayt 3242).
Namazın beş vaxtının fəlsəfəsi 3837 (sayt 4101).
Salam və təşəhhüdün fəlsəfəsi 13141. (sayt 12808).
Namazın maddi və mənəvi bərəkət və sirləri, 9593 (sayt 10797).
[1] - Nəhl surəsi, ayə 44; Ali- imran surəsi, ayə 191.
[2] - Əraf surəsi, ayə 3.
[3] - Ənkəbut- surəsi, ayə 45; Bəqər əsurəsi, ayə 183.
[4] - Ənkəbut- surəsi, ayə 45.
[5] - Taha surəsi, ayə 14.
[6] - Rəd surəsi, ayə 25.
[7] - Nəhcül- bəlağə, hikmət 252.
«وَ قَالَ (ع) فَرَضَ اللَّهُ الْإِيمَانَ تَطْهِيراً مِنَ الشِّرْكِ وَ الصَّلَاةَ تَنْزِيهاً عَنِ الْكِبْر»
[8] - Mən la yəhzuruhul- fəqih, cild 1, səh 214, Cameul müdərrisin, Qum, ikinci çap, 1404, qəməri; Şeyx Səduq, İləlul şəraye, cild 2, səh 317, Davəri, Qum, birinci çap.
«إنّ علة الصلاة أنها إقرار بالرّبوبية للّه عزّ و جلّ، و خلع الأنداد و قيام بين يدي الجبّار جلّ جلاله بالذّلة و المسكنة و الخضوع و الاعتراف، و الطّلب للإقالة من سالف الذّنوب، و وضع الوجه على الأرض كلّ يوم إعظاما للّه جلّ جلاله و أن يكون ذاكرا غير ناس و لا بطر.و يكون خاشعا متذلّلا راغبا طالبا للزيادة في الدّين و الدنيا مع ما فيه من الإيجاب، و المداومة على ذكر اللّه عزّ و جل باللّيل و النهار و لئلّا ينسى العبد سيّده و مدبّره و خالقه، فيبطر و يطغى و يكون ذلك في ذكره لربّه عزّ و جلّ، و قيامه بين يدي»