Müqəddəs İslam şəriəti nəzərindən qızla oğlan arasında evləndikdən qabaq olan hər cür əlaqə, (bir- başa və bir- başa olmayan hər cür əlaqə) əgər (cinsi) ləzzət qəsdi ilə ya o əlaqədə günaha düşmək qorxusu olsa, olmaz və iradı var. Amma təhsil, elm, peşə və işlə bağlı olan əlaqə, əgər fitnə və fəsada səbəb olmasa və şəri qaydalar onda riayət olunsa, iradı yoxdur.
Müqəddəs İslam şəriəti nəzərindən qızla oğlan arasında evlilikdən qabaq olan hər cür əlaqə (birbaşa və bir- başa olmayan hər cür əlaqə), əgər (cinsi) ləzzət qəsdi ilə və ya onda günaha düşmək qorxusu olsa, cayiz deyil və iradı var. Təqlid mərcələrinin bəzi suallara verdiyi cavablara nəzər salmaqla, bu məsələ aydın olur:
Sual 1: Naməhrəm qadın və kişinin danışığında bir- başa və uzaqdan olan danışığında bir fərq varmı?
Cavab: bütün mərcələr: Xeyir, hökmdə fərq yaratmır. Hər iki halda, əgər harama düşmək qorxusu və ləzzət qəsdi ilə olsa, iradı var.[1]
Sual 2: Müxalif cinslə yazışma (internettə) və adi sözlərdən istifadə etməyin hökmü nədir?
Cavab: bütün mərcələr: Günaha düşmək və fitnə qorxusu olarsa, cayiz deyil.[2]
Sual 3: Kişinin naməhrəm qadına və qadının naməhrəm kişiyə salam verməsi cayizdirmi?
Cavab bütün mərcələr: Ləzzət qəsdi olmadan və harama düşmək qorxudu olmasa, yoxdur.[3]
Sual 4: Naməhrəmlə zarafat etməyin hökmü nədir?
Cavab: bütün mərcələr: Əgər (cinsi) ləzzət qəsdi ilə və ya günaha düşmək qorxusu olsa, cayiz deyil.[4]
Sual 5: Həmkarlıq ya qonaqlıq zamanı qızla oğlan arasında səmimi əlaqənin iradı varmı?
Cavab: bütün mərcələr: Oğlanla qız arasında dostluq cayiz deyil. Çünki günaha düşmək qorxusu var. Amma işlə bağlı əlaqə, əgər fəsada səbəb olmasa və onda şəriət qanunlarına riayət olunsa, iradı yoxdur.[5]
Sual 6: Naməhrəmlə məktublaşma və şəhvətli məsələləri imeyl vasitəsi ilə açıqlamağın hökmü nədir?
Cavab: bütün mərcələr: Fəsada şərait yaradan və fitnəyə səbəb olan məsələləri müzakirə etməyin iradı var.[6]
Yuxarıda açıqlanan məsələlərin hamısından nəticə alırıq ki: Oğlanla qız arasında evlilikdən qabaq olan hər cür əlaqə (bir- başa və bir- başa olmayan hər cür əlaqə) əgər (cinsi) ləzzət qəsdi ilə və onda günaha düşmək qorxusu olsa, cayiz deyil və iradı var. Amma təhsil, elm, peşə, və işlə bağlı əlaqə, əgər fitnə və fəsada səbəb olmasa, və onda şəriət qaydaları riayət olunsa iradı yoxdur.[7],[8]
[1] - İmam, İstiftalar, cild 3, (nəzər) səh 52, Behcət, İzahlı məsələlər,m 1936, Məkarim, istiftalar, cild 1, səh 819, Təbrizi, İstiftalar, 1622, Safi, Cameul- əhkam, cild 2, səh 1673, Nuri, İstiftalar, cild 2, səh 656, Fazil, Cameul- məsail, cild 1, 1718, Xaminei, cvibətul- istiftaat, səh 1145, Əl- ürvətül- vüsqa, cild 2, Ən- nikah m, 3, Sistani, Sistani, org (internet), səh 19-20, Dəftər: Vəhid.
[2] - Sistani, Sistani, org, internet, Təbrizi, təbrizi org, internet, Dəftər: hamı.
[3] - Əl- ürvətül- vüsqa, cild 2, ən- nikah, m 39 və 41.
[4] - Həmin,m 31 və 39, Fazil, Cameul- məsail, cild 1, səh 1720 və Xaminei, istifta, səh 782.
[5] - Xamineyi, İstifta, səh 651 və 779 və dəftər : Hamı.
[6] - İmam, İstiftalar, cild 3, Müxtəlif suallar, səh 127, Dəftər: Hamı.
[7] - Tələbələr risaləsindən götürülüb, Dəftər 16, səh 191- 195.
[8] - 1222- ci sualdan (Qızla oğlanın çət etməsi) istifadə edilib.