İslam nəzərindən evlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi xüsusi şərait və qanunlar əsasında qurulması mümkündür o cümlədən bu şəraitdən biri xüsusi kəlmələrlə əqd xütbəsinin inşasıdır (ki, əməli risalələrdə qeyd olubdur). Böyük yaradan qanun və şəriət yaradan adıyla bu kəlmələri qiymətləndiribdir. Əqd xütbəsi adılyla onları inşa etmək kişiylə qadın arasında evliliyə səbəb olubdur.
Evlənmək iki tərəfin razılığı mənasına deyil bəlkə iki tərəfin razılığı evlənməyin lazımlı şəraitlərdən biridir ki, başqa şərait o cümlədən əqd xütbəsiylə birgə olmalıdır ki, şəri və doğru evlilik əmələ keçsin.
İzdivac və evlənmək əhdi peymana və məsuliyyətə ehtiyacı olan böyük işlərdən biridir və aydındır ki, ağıllı insanlar böyük işlərdə məsələn böyük ticarətlərdə əqddən istifadə edirlər və ticarət edən iki tərəfin razılığına kifayətlənmirlər və təkcə iki tərəfin razılığını bu cür mühüm işlərdə tələb olunan məsuliyyəti və əhdi peymanı təmin etmədiyini bilirlər və etiqadları budur ki, bu əhdi peymanı sübut etmək əqidədə öz əksin tapır.
Əvvəl lazımdır İslam nəzərindən evlənməyin əhəmiyyətini və əsərlərin yada salaq:
İslam nəzərindən evlənmək ailənin və təbii olaraq cəmiyyətin təşkili üçün müqəddəs bir peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən:
Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq, paklıq və iffət və insanın dininin qorunmasıdır.
Qurani məcid evlənmək barəsində buyurur: Onun nişanələrindən biri budur ki, sizin üçün öz cinsinizdən həyat yoldaşları yaratdıq ki, onların kənarənda rahatlıq tapasız və sizin aranızda məvəddət və rəhmət qərar verdi.[1]
İslam Peyğəmbəri də evlənmək haqqında buyurur: İslamda heç bir şeyin əsası qoulmayıb ki, evlənmək kimi böyük Allah yanında sevimli olsun.[2]
Evlənmək hər iki şəkildə (daimi və müvəqqəti) əqdə ehtiyaclıdır.
"Əqd" lüğətdə "düyün" və "düyün vurmaq" mənasınadır. İstilahda iki fərd ya iki dəstə arasında icad olunmuş rabitəyə deyilir və onun əsasında hər iki tərəf üçün bir- birlərinin qarşısında əhdi peyman icad olur.[3]
Qurani kərim " یـا اَیُّهـَا الَّذیـنَ امـَنـُوا اَوْفـُوا بـِالْعـُقـُودِ..."[4] yəni: "Ey iman gətirən kəslər əhdi peymanlara vəfa edin..." cümləsi ilə doğru və insani əhdi peymanlara əməl etməyi möminlərə vacib edibdir.
Hər hansı əqdi icad etməyin yolu onun siğəsini inşa etməkdir ki, xüsusi kəlmələrdən təşkil olubdur.
"Evlənmək əqdi" qadınla kişi arasında müştərək bağlılıqdan ibarətdir ki, onun sayəsində iki tərəfin hüquq, əhdi peyman, və məsuliyyətləri qarşıya gəlir.
Amma bu iki əqdə nə ehtiyac var demək lazımdı: Ağıllı insanlar böyük işlərdə ki, əhdi peymana və məsuliyyətə ehtiyaclıdır məsələn böyük ticarət edəndə əqddən istifadə edirlər və ticarətin iki tərəfli razılığına kifayətlənmirlər. Təkcə iki tərəfin razılığını bu cür işlərdə ehtiyac duyulan əhdi peymanı və məsuliyyəti təmin etmədiyini bilirlər və inanırlar ki, bu əhdi peyman əqddə öz əksini tapır.
Bu cəhətdən çünki evlənmək mühüm bir işdir ki, əhdi peymanlıdır. Xüsusi şərait və qanunlar əsasında olmalıdır. O cümlədən bu şəraitdən biri əqd xütbəsinin şəriət göndərən Allah Taala tərəfindən təyin olunmuş xüsusi kəlmələrlə olmalıdır (ki əməli risalələrdə qeyd olunubdur)[5] iki tərəfin razılığı düzdür lazımlı şərtlərdəndir amma təklikdə kifayət etmər bəlkə başqa şərtlərlə birgə olmalıdır.
Əqd xütbəsinin kəlmələrinin əhəmiyətində deməliyik: Allah Taala əqd xütbəsini xüsusi kəlmələrlə (icab və qəbul) icra olmasını evlənməyin şərtlərindən biri qərar veribdir, həqiqətdə bu işlə bu kəlmələri quru və cansız kəlmələr sırasından çıxarıb onlara dəyər və qiymət verib və onları iki əcnəbi və naməhrəm insan (qadın və kişi) arasında zövciyət (ər arvadlıq) yaratmaq üçün müqəddəs vəsiləyə çevribdir.
Xüsusi şərtlərlə (evlənmək iradəsi və qəsdi) olmaq, və ciddi olmaq və..) əqd xütbəsin oxumaq və onun bərəkətli əsərləri və nəticələri adi dörd kəlmə deməklə deyil ki, desinlər bu cür dörd kəlmənin nə təsiri vardır. Bəlkə xütbəni inşası nikah əqdinin səbəblərindən bir hissəsinin icad etməkdir. İki tərəfin qəlbən razılığı sizə siğə olmadan ya siğəsiz evlənmək və yaxud yazıyla ya işarəylə siğə kifayət deyil. Kar və lal insanlardan başqa ki, əqd xütbəsinin inşası üçün vəkil tuta bilmirlər belə bir halda kəlmələrlə inşanın yerinə siğənin inşası yazmaqla və ya işarə ilə olur.[6]
[1] - Rum surəsi, ayə 21.
«وَ مـِنْ آیـاتـِهِ اَنْ خـَلَقَ لَکـُمْ مـِنْ اَنـْفـُسـِکـُمْ اَزْواجـاً لِتـَسـْکـُنـُوا اِلَیـْهـا وَ جـَعـَلَ بـَیْنَکُمْ مَوَدَّةًوَ رَحْمَةً»
[2] - Vəsailüş- şiə, cild 20, səh 14.
«ما بُنِىَ بِناءٌ فِى الاِْسْلامِ اَحَبَّ اِلَى اللّهِ عَزَّوَجَلَّ مِنَ التَّزْویجِ»
[3] - Bax: Fərgəng Məarifi İslam: Müfrədat əlfaz Quran, kəlmə (əqd).
[4] - Maidə surəsi, ayə 1.
[5] - Müraciət edin 1238 suala (sayt: 1225) (müvəqqəti evlənməyin şəraiti).
[6] - Təhrirul- vəsilə, səh 246, (lal olan kəslər işarə ilə siğəni icra edirlər).