Ata-ananın hüququna riayət etmək zəruridir və insan onun sayəsində mənəvi təkamülə çata bilər. Ata-ananın sərvətindən istifadə xüsusunda iki nöqtə mühümdür:
A) Ata-ananızın mal və sərvətinin haram olduğunu yəqin bildiyiniz halda ondan istifadə etmək və ya başqalarına bağışlamaq olmaz.
B) Ata-ananın sərvəti halal olduğu təqdirdə onların icazə və razılığı çərçivəsində zaman, məkan, ictimai və əxlaqi şəraitləri nəzərdə tutmaqla ondan faydalanmaq olar.
İslam dininin əhəmiyyət verdiyi əxlaqi məsələlərdən biri ata-ananın hüququna riayət məsələsidir. İnsan onun sayəsində mənəvi təkamülə yetişə bilər. Allah-Taala valideynlərə ehtiramı, onunlara itaət etməyi (şəri çərçivədən çıxmamaq şərtilə) Quranını bir çox ayələrində əmr etmişdir.[1],[2]
Ata-ananın sərvətindən istifadə xüsusunda iki nöqtə mühüm əhəmiyyət kəsb edir:
A) Ata-ananızın mal və sərvətinin haram olduğunu yəqin bildiyiniz halda ondan istifadə etmək və ya başqalarına bağışlamaq olmaz.
B) Ata-ananın sərvəti halal olduğu təqdirdə vəzifəniz fərqlidir. Valideynlərinizin sərvətindən onların icazə və razılığı olmaq şərti ilə aşağıdakı nöqtələrə riayət etməklə istifadə edə bilərsiniz:
Birincisi: hər bir insan üçün, xüsusil ilə tələbə üçün ən mühüm sərmayə onun izzəti və başqalarından hətta ata-ananın sərvətindən asılı olmamasıdır. Nəfsin izzət və böyüklüyü insan ruhunun elə bir nöqtəsidir ki, İslam dini insan əxlaqının təkamülü və dirçəlişi üçün ona əl qoymuşdur. Allah-Taala buyurur: “İzzət yalnız Allaha, rəsuluna və möminlərə məxsusdur.”[3] Həmçinin İslam peyğəmbəri (s) buyurub: “Ehtiyaclarınızı istəyin lakin izzətinizi əldən verməyin.”[4]
İzzətdən bəhrələnməyin keyfiyyəti və onda ifrat və təfrit etmək xüsusunda şəhid Mürtəza Mütəhhəri “Əxlaq fəlsəfəsi” kitabında deyir: “Bəziləri də mümkündür həddi aşaraq hətta ehtiyaclı olduqları təqdirdə bir kəsə ehtiyaclarını söyləməsinlər. (Halbuki) Peyğəmbər (s) buyurmuşdur:
«اطلبوا الحوائج»
“Ehtiyaclarınızı istəyin” lakin “izzət”inizi əldən verməyin. Ehtiyaclarınızı dost-aşnaya (və ya ata-anaya) dediyiniz zaman şərəf və izzətiniz tapdalanmayanadək irəli gedin. İzzət və böyüklüyünüzə xələl gələn hallarda durun. Belə olmaqdansa ehtiyaclı və yoxsul olmaq daha yaxşıdır.”[5]
İkincisi: Diqqət etməlisiniz ki, ata-ananız öz sərvətlərindən istifadə üçün sizə hansı həddə; yalnız sizin istifadənizə yoxsa Allah yolunda başqalarına da bağışlamağa icazə verirlər.
Başqalarına bağışlamağa icazəniz varsa və ya valideynləriniz digərlərinə kömək etməkdə sizin dəstəyinizi umurlarsa, onlara dəstək olmaq, onlarla məsləhətləşmək mövzusunda səhlənkarlığa yol verməyin. Eyni halda ki, özünüz ailə büdcəsindən bəhrələnirsiniz, ata-ananıza da Allah verən sərvətdən düzgün və dini qanunları çərçivəsində istifadə etmələrində və büdcələrini ən səmərəli işlərə yatırmalarında dəstək olun.
Əgər ata kapitalından yalnız sizə istifadə etmək izni verilibsə, tələbə şəninə uyğun, zaman və məkanı, yaşayış mühitini, fərdlərin (elmi və ailədən aslılıq baxımından) şəraitlərini və digər fərqli şəraitləri nəzərə alaraq ailə büdcəsindən yararlana bilərsiniz.
Üçüncüsü: Hər bir şəxs halal sərvətdə də ehtiyatlı olmalıdır. Məhz halal sərvət olduğuna görə onu meyl və istəklərə uyğun istənilən keyfiyyətdə istifadə etmək düzgün deyil. Hədislərdən haram sərvətdə əzab, halal malda isə hesab-kitab olduğu istifadə olunur.[6] Bu üzdən insan ixtiyarında olan halal sərvəti düzgün və şəriət qanunlarına uyğun şəkildə məsrəf etməlidir. Bu hamının xüsusilə dini alimlərin, dini maarif axtarışında, elm tələbində olanların çiynində ağır bir məsuliyyətdir.
[1] - “İsra”, 33-34;
«وَ قَضى رَبُّکَ اَلاّ تَعْبُدُوا اِلاّ اِیّاهُ وَ بِالْوالِدَیْنِ اِحْساناً ...، فـَلا تـَقـُلْ لَهـُما اُفٍّ وَ لا تَنْهَرْهُما وَ قُلْ لَهُما قَوْلاً کَریماً * وَاخْفِضْ لَهُما جَناحَ الذُّلِّ مِنَالرَّحْمَةِ وَ قُلْ رَبِّ ارْحَمْهُما کَما رَبَّیانى صَغیراً»
“Ənkəbut”, 8
«وَ وَصَّیْنَا الاِْنْسانَ بِو الِدَیْهِ حُسْناً»
[2] - Oxşar göstərici: Valideyn əmrləri və övladların vəzifələri, sual: 522 (sayt:584)
[3] - “Münafiqun”, 8
«ولله العزة و لرسوله والمؤمنین...»
[4] - “Nəhc əl-fəsahə”, hədis 325, səh. 64
«اطلبوا الحوائج بعزة الانفس».
[5] - Şəhid Mürtəza Mütəhhəri, “Əxlaq fəlsəfəsi”, səh. 124
[6] - “Bihar əl-Ənvar”, cild. 44, səh. 138