“Zallə” (zəlalət yaradan) kəlməsi “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin antonimidir. Termində isə “qəti və danılmaz olan haqqın əksi” mənasınadır, istər islam dininin etiqad prinsiplərinin, istər şiə məzhəbinin, istərsə də şiənin qəti əqidələrindəki məsələlərin əksinə olsun. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun. Buna əsasən, zəlalət yaradan kitablar – məzmunu haqq dinin, haqq məzhəbin prinsiplərində və ya onun əqidələrindəki məsələlərdə azğınlıq yaradan kitablardır. Bu kitabları tədqiq və tənqid edib cavablandırmaq məqsədi ilə onları öz ixtiyarında saxlayan şəxslər iki qisimdir və hər birinin də özünə məxsus hökmü vardır:
a) Etiqadı möhkəm olan, elmi baxımdan çox yüksək bir həddə çataraq, islami mətnləri tanıyan, təhlil və tənqid qüdrətinə malik olan, habelə tədqiq, araşdırma, istinad və tənqid cəhətindən o kitablara ehtiyac duyan şəxslər; Belə şəxslər o kitabları qoruyub saxlamaq və oxumaq baxımından üç hökmə malikdirlər: Bəzən onların qorunub saxlanması və oxunması caiz, bəzən “kifai vacib”, bəzən də “təyini vacib” olur.
b) Çox da elmi bünövrəsi olmayan və bu azdırıcı kitabların təsirindən yoldan azması ehtimal verilən şəxslər; həmin kitabların qorunub saxlanması belə şəxslərə haram, onların məhv edilib aradan aparılması vacibdir, bu şərtlə ki, onların saxlanmasında ağlabatan bir fayda olmasın.
“Zallə” (zəlalətə salan) kəlməsi lüğətdə “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin müxalifi deməkdir.[1]
Amma termində isə “haqdan azdıran” mənasınadır.[2] Başqa sözlə desək, zallə yəqin üzərindən olan haqqın xilafıdır – istər islam dininin və ya haqq şiə məzhəbinin üsuli-dinində və əqidə prinsiplərində haqqın xilafı olsun, istərsə də onun qəti fürui-dinində. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun.[3]
Buna əsasən, zəlalət yaradan kitablar məzmunu haqq dinin və məzhəbin prinsipləri və ya onun fürui-dini ilə müxalif olan kitablardır. Onun da iki şərti vardır:
1. Əsas mehvər təşkil edən o haqq istər üsuli-dindən, istər şiə məzhəbinin əsaslarından, istərsə də onun fürui-dinindən olsun, mütləq qəti və danılmaz prinsiplərdən olmalıdır. Amma əgər ixtilaflı məsələlərdən birinin müəyyən hissəsi ilə müxalif olarsa, azğınlıq yaradan hesab olunmaz.
2. Ondan azğınlıq tam aydın şəkildə və birbaşa hiss olunsun, yəni onda müəyyən izahlar, təfsirlər, yozumlar və çıxarışlarla haqq ilə müxalif olması qələmə verilməsin.
Bu kitabların qorunub saxlanmasına gəldikdə isə, onları tədqiqat məqsədi ilə öz ixtiyarında saxlayan şəxslər üçün iki hökmə malikdir:
1. Elmi cəhətdən çox yüksək məqama çatan, islami mətnləri dərk edən və güclü etiqada malik olan, eləcə də təhlil və tənqid qüdrətinə malik olan alimlər və mütəfəkkirlər; tənqid, tədqiq, istinad və s. kimi məqsədlər şərti ilə o kitablara ehtiyac duymuş olsunlar. Belə insanlar o kitabları qoruyub saxlamaq və oxumaqla əlaqədar üç hökmə malikdirlər: bəzən onları qoruyub saxlamaq və oxumaq caiz, bəzən “kifai vacib”, bəzən isə “təyini vacib” olur.
Əgər onun qorunub saxlanması və üstündə tədqiqat aparılması onun özü və tərəfdarları üçün qorxu törətməzsə, habelə onun tənqid edilib cavablandırılması üçün hazırda heç bir zərurət olmazsa, bu halda onun məzmunundan agah olan şəxslər üçün qorunub saxlanması caizdir.
Amma əgər haqq din və məzhəbin müdafiə olunması belə kitablara vacib şəkildə sahib olub tədqiqat aparmalı olan şəxslərə bağlı olsa, etimadlı şəxslərin onları öz ixtiyarında saxlamaları təyini vacibdir. Bundan qeyri surətlərdə qərarlaşan alimlər üçün isə kifai vacibdir.[4] Başqa sözlə desək, o kitabların tənqid edilib cavablandırılması vacibdirsə, amma bu iş hansısa müəyyən bir şəxsə həsr olunmursa və o, sadəcə olaraq cavab verənlərdən biri ola bilərsə, bu halda kifai vacibdir. Yox, əgər ona cavab verilməsi və tənqid edilməsi həmin bir nəfərə həsr olunarsa, onun üçün təyini vacib sayılır.
2. Şəxsin çox da elmi sərmayəsi yoxdur və bu kitabların ona təsir etməsinə ehtimal verilir.
Bu halda belə kitabları qoruyub saxlamaq həmin şəxsə haram, onun məhv edilməsi və aradan aparılması da vacibdir. Deməli, onların qorunub saxlanmasında icazə verilən (ağlabatan) bir fayda olmazsa, onların qorunub saxlanması və mütaliə edilməsi caiz deyildir, çünki şəxsin yoldan azmasına səbəb ola bilər.
Həmin kitabların qorunub saxlanması səbəbi ilə insanın azğınlığa düşüb-düşməməsi şəkli olan (dəqiq məlum olmayan) hallarda onların qorunub saxlanmasının caiz olmaması əzhər nəzərdir; üstəlik məhv etmək vacibdir və gərək etimadlı alimlərin ixtiyarına verilsin.[5]
Buna görə də şiə fəqihləri belə kitabların alveri barəsində buyurmuşlar: “Azdırıcı kitabların qorunub saxlanması və alveri caiz deyildir. Yalnız o zaman caizdir ki, ona cavab verilməsi və mətləblərinin tənqid və rədd olunması üçün insanda kifayət qədər elmi qüdrəti olsun.”[6]
Həmçinin, vəsiyyət bölməsində deymişlər: “Haram vəsiyyətlərdən biri də fəsad mərkəzlərinin icad edilməsinə, zallə (azdırıcı) kitabların yayılmasına dair edilən vəsiyyətdir.”[7]
[1] İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 11-ci cild, səh. 390, “Darus-sadir”, 3-cü çap, Beyrut, 1414-cü h.q
[2] Rağib İsfahani, Hüseyn ibni Məhəmməd, “Əl-müfrədat fi ğəribil-Quran”, Səfvan Ədnan Davudinin tədqiqi, səh. 509, “Darul-elm”, “Əddaruş-Şamiyyə”, 1-ci çap, Dəməşq-Beyrut, 1412-ci qəmər il
[3] Behcət, Məhəmməd Təqi, “Camiul-məsail”, 2-ci cild, səh. 399 və 400, Qum
[4] Yenə orada
[5] Yenə orada
[6] “Tovzihul-məsail” (imam Xomeyninin risaləsinin haşiyəsi), 2-ci cild, səh. 1005, sual 1325; “Şəri suallara cavab” (farscası), səh. 294
[7] Qiraəti, Möhsün, “Nur təfsiri”, 1-ci cild, səh. 280, “Quran dərsləri” mədəni-maarif mərkəzi, 11-ci çap, Tehran, 1383-cü şəmsi il