Firon Asiyənin imanından xəbərdar olduqda onu bu işdən çəkindirir və israrla deyirdi ki, Musanın dinindən qayıt, onun Allahını boşla. Lakin bu imanlı qadın Fironun istəklərinə təslim olmurdu. Axırda Fironun göstərişi ilə yandırıcı günün altında onun əllərini və ayaqlarını yerə mıxladılar və böyük bir daşı onun sinəsinə qoydular, axırda şəhid oldu.
Həzrət Asiyənin qəbri Misirdədir.[i] Mövcud tarixi mənbələrdə aparılan tədqiqatlara əsasən, onun neçə yaşında vəfat etməsi barədə bir şey tapmadıq.
Kitabi-müqəddəsdə yazılanların əksinə olaraq islami mənbələrdə həzrət Məryəm İsa (əleyhiməs-salam)-ın həyatda olduğu zaman və 51 (və ya 63) yaşında dünyadan getmiş və həzrət İsa ona qüsl vermişdir.[ii] Həzrət Məryəmin qəbri Beytul-muqəddəsdədir.
[i] Yaqut Həməvi, Şəhabuddin Əbu Əbdillah Yaqut ibni Əbdillah, “Möcəmul-buldan”, 5-ci cild, səh. 142, “Darus-sadir”, Beyrut, 2-ci çap, 1995-ci miladi il
[ii] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 1 cild, səh. 459, hədis 4, “İslamiyyə” nəşriyyatı, Tehran, 2-ci çap, 1362-ci şəmsi il; Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 43-cü cild, səh. 206, 1404-cü il, “Vəfa” müəssisəsi, Beyrut
Sual iki hissədə verildiyinə görə onun cavabını da iki hissədə təqdim edirik:
a) Həzrət Məryəm (əleyha salam)
Həzrət Məryəmin həyat tarixi dəqiq şəkildə məlum deyildir və onun həyatının incəlikləri barəsində nəzər vermək olmaz. Kitabi-müqəddəsin dediyinə görə həzrət Məryəm İsanın çarmıxa çəkilməsinin şahidi olmuş, onun ölümündən uzun müddət sonra yaşamışdır.[1] Lakin Kitabi-müqəddəsin yazılarının əksinə olaraq islami mənbələrdə həzrət Məryəm İsanın həyatda olduğu zaman 51 (və ya 63) yaşında dünyadan getmiş və həzrət İsa ona qüsl vermişdir.[2] Həzrət Məryəmin qəbri Beytul-muqəddəsdə yerləşir.[3]
Həzrət Məryəmin neçə yaşında vəfat etməsi barəsində fikir ayrılığı vardır: Bəziləri 51 yaşında,[4] bəziləri isə 63 yaşında vəfat etdiyini demişlər.[5] Amma onun necə vəfat etməsi barəsində düzgün bir rəvayət qeyd olunmamışdır.[6]
b) Həzrət Asiyə (əleyha salam)
Fironun arvadı Asiyə sehrkarlarla mübarizə günündə Musa (əleyhiməs-salam)-ın möcüzələrini gördükdə qəlbi iman nuru ilə oldu və həmin andan Musaya iman gətirdi. O həmişə öz imanını gizlədirdi, lakin Allaha eşq və iman həmişə gizlədilməsi mümkün olan bir iş deyildir. Firon onun imanından agah olduqdan sonra dəfələrlə onu bu işdən çəkindirdi və israr edirdi ki, Musanın dinindən əl çəksin və onun Allahını boşlasın. Lakin bu imanlı qadın Fironun istəklərinə heç vaxt tabe olmadı.
Axırda Fironun göstərişi ilə yandırıcı günün altında onun əllərini və ayaqlarını yerə mıxladılar və böyük bir daşı onun sinəsinə qoydular, axırda şəhid oldu. O, ömrünün axır anlarında belə dua edirdi: “Pərvərdigara! Mənim üçün behiştdə – Öz qonşuluğunda bir ev bina et, məni Firondan və onun əməllərindən xilas et və bu zalım qövmdən mənə nicat ver!”[7]
Allah da bu pak, möminə və fədakar qadının duasını qəbul etdi, onu da Məryəm kimi dünyanın ən yaxşı qadınlarının yanında qərar verdi.[8]
Həzrət Aisyənin qəbri Misirdə yerləşir.[9] Amma onun neçə yaşında vəfat etməsinə gəldikdə isə, mövcud tarixi mənbələrdə apardığımız tədqiqata əsasən bir şey tapmadıq.
Həzrət Məryəm və Asiyənin şəxsiyyəti ilə əlaqədar əlavə məlumat üçün aşağıdakı görünüşlərə baxın:
1. “Dünya qadınlarının Seyyidəsi Fatimə və Məryəm”, sual 23674 (sayt: fa13472)
2. “Həzrət Zeynəb və dünyanın fəzilətli qadınları”, sual 1318 (sayt: 4369)
3. “Həzrət Məryəmin məqamı”, sual 6591 (sayt: 8306)
[1] Yuhənna incili, 25:19
[2] “Kafi”, 1-ci cild, səh. 459; “Biharul-ənvar”, 43-cü cild, səh. 206
[3] İbnul-fəqih, Əbu Əbdillah Əhməd ibni Məhəmməd ibni İshaq, “Əl-buldan”, tədqiq: Hadi, Yusif, səh. 146, Beyrut , “Aləmul-kutub”, 1-ci çap, 1996-cı il (1416-cı qəməri il)
[4] İbni Əsir, “Əl-kamilu fit-tarix”, 1-ci cild, səh. 307, “Darus-sadir”, Beyrut, 1385-ci qəməri il
[5] “Nasixut-təvarix”, həzrət İsa (əleyhis-salam)-ın tərcümeyi-halı, səh. 113, “Porsman” CD-sindən nəqlən.
[6] Məsələn, demişlər: Həzrət Məryəm bir gün səhraya getmişdi. Bir dağın ətəyində yorulub yatdı və orada da dünyadan getdi. Allah behişt hurilərini göndərdi, ona qüsl verdilər. Sonra onun üstünə ağ bir parça saldılar. Həzrət İsa (əleyhis-salam) anasının yanına gedəndə gördü (və elə bildi) ki, yatmışdır və üstündə ağ bir parça vardır. Anasını oyatmağa ürək etmədi, nəhayət anasının namaz və iftar vaxtı keçəndə yavaş-yavaş anasını çağırdı. Cavab eşitmədikdə yaxınlaşıb ucadan çağırdı. Yenə cavab eşitmədi. Parçanı götürdükdə anasının dünyadan getdiyini gördü. Yanar ürəklə, ağlar gözlə anasını götürdü, Beytul-muqəddəsə aparıb dəfn etdi.” (“Qisəsul-ənbiya, yaxud Adəmdən Xatəmə qədər Quran qissələri”, Hüseyn İmad Zadə, “İslam” nəşriyyatı, 1388-ci şəmsi il).
[7] “Təhrim” surəsi, ayə: 11
[8] “Biharul-ənvar”, 13 cild, səh. 164-165; “Əl-kamilu fit-tarix”, 1-ci cild, səh. 183-185
[9] Yaqut Həməvi, Şəhabuddin Əbu Əbdillah Yaqut ibni Əbdullah, “Möcəmul-buldan”, 5-ci cild, səh. 142, “Darus-sadir”, Beyrut, 2-ci çap, 1995-ci miladi il