Vəhhabilər Məhəmməd ibn Əbdül-Vəhhabın tərəfdarlarıdırlar. O da İbni Teymiyyə və onun şagiridi İbn Qəyyim Cuzinin məktəbinin davamçısıdır. Onlar Ərəbstan yaramadasında təzə etiqad meydana gətirmişlər. Vəhhabiyyət, islamda sonradan meydana gəlmiş firqələrdən biri olub, Ərəbistan yarmadasında və sair ölkələrdə o cümlədən, Pakistanda və Hindistanda tərəfdarları vardır. Onların etiqadlarına görə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm), İmamlardan (əleyhimussalam) hacət istəmək və ziyarətgahlarda və qəbrlərin ziyarətlərində olmaq bidət, bütpərəstlik, böyük günah sayılır və haramdır. Onlar namazdan başqa yerlərdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) salam və ehtiram etməyi izacə vermirlər və o Həzrətin ömrünün sonu ilə onun ehtiram və əzəmətinin də sonluğu kimi qələmə verirlər. Dahilərin qəbrlərinin üzərində hər növ günbəz, nişanə və sair qoymağı bidət və haram bilirlər. Bu etiqaddadırlar ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) hər bir adi insan kimi bütün üstünlük və zəiflərini nəzərə almaqla, artıq dünyadan getmiş və bu günkü dünyamzla heç bir əlaqəsi yoxdur. Buna görə də onun qəbrinin ziyarəti də haramdır. Beləliklə, vəhhabilərin etiqadına görə yuxarıda qeyd etdiklərimizi tərk etməyən hər bir insan müsəlman sayılmır. Onu da qeyd etmək lazımdır ki, belə bir etiqad həm şiə və həm də sünni İslam alimləri tərəfindən rədd olunmuşdur.
Vəhhabilər, Məhəmməd ibn Əbdül-Vəhhab ibn Süleyman Nəcdinin (1115-1206) tərəfdarlarıdırlar. O da İbni Teymiyyə və onun şagirdi İbn Qəyyim Cuzinin məktəbinin davamçısıdır. Onlar Ərəbstan yaramadasına təzə etiqad gətirmiş və bu firqənin adı isə onun özünün adı yəni, Əbdul-Vahab adından götürülmüşdür.[1]
Vəhabiyyət, İslamın sonradan yaranmış firqələrindən biri olub, Ərəbistan yarmadasında və sair ölkələrdə o cümlədən, Pakstanda və Hindistanda tərəfdarları vardır. Məhəmməd Cavad Müğniyə özünün “Budur Vəhhabiyyət” kitabında Məhəmməd ibn Əbdul-Vəhhabın əsərlərinə istinad edərək yazır: “Vəhhabilərin nəzərində sonradan qeyd edəcəyimiz əməlləri tərk etməyən hər bir insan, nə müsəlman və nə də təkallahlı sayılır.[2] Halbuki, bütün müsəlmanların etiqadı budur ki, hər kəs kəlmeyi şəhadətini (yəni, La ilahə illəllah, Məhəmmədən rəsululluh) desə müsəlman sayılır, qanı, malı və canı hamının yanında möhtərəm və hifz olunmalıdır. Amma, vəhhabilər deyirlər ki, sözün əməlsiz etibarı yoxdur. Beləliklə, hər kəs Kəlimeyi şəhadətin desə, sonradan ölülərdən kömək diləsə müşrik və kafir olar. Həmçinin onun malı, canı və qanı halaldır.
Vəhhabi məzhəbi hazırda Ərəbistan yarmadasında rəsmi məzhəb sayılır və bu məzhəbin alimlərinin fətvaları rəsmi Ərəbstan dövləti tərəfindən icra olunur. Onlar məzhəblərinin xırda məsələlərində Əhməd ibn Həmbəliyə tabedirlər və heç bir sünnü məzhəbinə (Hənəfi, Şafei, Hənbəli və Maliki) irad tutmurlar. Amma, digər məzhəb tərfdarlarını o cümlədən, şiə və zeydiyyələrin məzhəblərinə çox tənə vururlar.[3]
Vəhhabilərin etiqadlarının açıqlamasına başlamazdan əvvəl şirk haqqında bir neçə məsələni aydınlaşdırmaq lazımdır. Şirk, lüğətdə otraq qərar vermək və ya iki şərikin bir şeydə bağlaşmasına deyilir.[4] Quran terminində isə şirk, paklığın müqabilində qərar tutmaq mənasında olub, Allah-Taalının müqabilində kimi və ya nəyi isə qərar verməyə deyilir. Hənif yəni, zəlalət və azğınlıq yolundan düzlük və düz yola tərəf meyl etməkdir. Tövhid tərəfdarlarına şirk və azğınlıqdan pak və xalis yola yəni, Allah-Taalanın yolunda qərar tutduqlarına görə onlara hənif deyilir. Allah-Taala Qurani-Kərimdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"[5] Həmçinin, buyurur: “ (De ki:) Mənə əmr olunmuşdur ki, batildən haqqa tapınaraq üzünü o pak dinə çevir ki, hər cür şirkdən pakdır və müşriklərdən olma!”[6]
Beləliklə, Quran baxımından şirk, pak dinin müqabilində qərar tutur. Şirki tanımaqdan ötrü pak dini (hənif) tanımaq lazımdır. Başqa tərəfdən isə belə bir məsəl var deyərlər “hər bir şeyin tərifi onun ziddi ilə tanınar”. Bir sözlə demək olar ki, şirk tövhidin müqabilindədir və tövhidin mərtəbələri olduğu kimi şirkin də mərtəbələri vardır. Külli bir bölümdə şirk iki qimsə bölünür:
a) Etiqadda şirk; b) Əməldə şirk; Etiqadda şirkin özü də üç qismə bölünür:
A) Etiqadda şirk;
1.İlahiyyətdə olan şirk; elə bir varlığa etiqad bağlamaq ki, Allah-Taala kimi tam müstəqil və mütləq kamal və camal sifətlərinə malik olsun. Allah-Taalanın müqabilində qərar tutan belə bir etiqad küfrə səbəb olur.[7] Ona görə də Allah-Taala buyurur: "Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular.”[8]
2.Yaradılışda şirk; Belə şirkdə, insan kainatdan ötrü iki müstəqil yaradıcıya inanır. Belə ki, onların hər birisi bu aləmdə müstəqil şəkildə təsərrüf və malikiyyəti vardır. Necə ki, məcuslar (zərdüş dinində) həm xeyir (Yəzdan) və həm də şər (Əhrimən) tanrısına inanırlar.
3. Pərvərdigarda şirk; Belə şirkdə insan mötəqiddir ki, aləmdə çoxlu pərvərdigarlar var və onların hər biri xüsusi bir tədbirlə məşğuldur. Yəni, Allah-Taala bütün pərvərdigarların Allahıdır. Yerdə qalanlara da hər birinə müstəqil tədbir tökmək imkanı verilmişdir. Tarixdə həzrət İbrahimin (ələyhissalam) dövründə də müşriklər belə bir yanlış əqidəyə mübtəla olmuşdular. Bir dəstə ulduzları, bir dəstə ayı və bir dəstə də günəşi aləmlərin tədbirtökəni bilirdi.
b) Əməldə şirk; Əməl məqamında şirk, ibadət və itaətdə olur. Bu mənada ki, insanın qorxu və hürküsü o şəxslərdən görə olsun ki, onları ilahi məqama yaxud, xaliq kimi qələmə versin və onlara ehtiram göstərsin. Bütün bunlar, Qurandan ələ gətirdiyimiz şirk haqqında meyarlardır.
Amma, vəhhabilər bütün bunlardan əlavə, ifrət dərəcədə çoxlu şirk meyarları kəşf etmiş və onların hər biri ilə müsəlmanları şirkdə ittiham edirlər.
Bizim nəzərimizcə vəhhabilərin kəşf etdikləri şirk növlərinin heç birinin şəri və etibarlı əsası yoxdur. Çükni, onların şirkdəki meyarları Quran ayələrinin, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimusllam) qanunları və əməlləri ilə heç də uyğun gəlmir. Bu anda vəhhabilərin bir neçə etiqadlarına işarə edirik:
1.Allahdan qeyrisinə qeybi etiqadın olması şirkdir; onlar mötəqiddirlər ki, “əgər kimsə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) və övliyalardan kömək tələb etsə, belə ki, onların duasını eşidir, vəziyyətlərindən xəbərdardırlar və hacətlərini yerinə yetrə bilərlər və s..bütün bunlar müxtəlif şirk növləridir