Hər bir şəxs xumsu hesab etdiyi hər bir ilin daxilində bütün gəlirindən əgər israf etmədən öz yaşayışı və ailəsinin yemək- içməyi üçün istifadə edərsə xumsi yoxdur amma əgər bu ruzidən xums ilinin sonunda artıq qalarsa onun xumsunu verməlidir, baxmayaraq ki, xumsun verilməsindən bir neçə gün belə əvvəl almış olsa; çünki hər halda əlində olan sərmayəylə bu ruzini almışdır ki, əgər almasaydı, xums ilinin əvvəlinə kimi o pul qalacaqdı ki, onun da xumsunu verməliydi.
Bəs xumsun şamil oması fərq etmir xums ilindən bir neçə gün əvvəl ruzisini alsın və yaxud o pul onun ixtiyarında olsun, ona xums şamil olur.
İlin xumsu o deməkdir ki: Hər vaxt insan, əkin, sənaye, ticarət və yaxud dövlət işi və ya fəhləlik vasitəsiylə glir əldə edir, onun xumsunu (beşdə birini) İmam (ə) və seyyidlərə ixtisas verir. Əlbəttə İmamın qeybəti dövründə came şərait Müctəhdə verməlidir. Bunu qeyd etmək lazımdır ki, şəxsə bir il müddətində fürsət verilir əgər bu bu müddətdə özünün və ailəsinin ehtiyacının həlli üçün istifafə etməzsə və yaxud ondan bir hissəsi ilin sonunadək artıq qalarsa, onun xumsunu verməlidir. Bu iş əslində insan həyatının hər növ insan və xoşbəxtliyi kimi sayılır. Bu bir il fürsəti, "Xums ili" və ya əmvalın xums ili" adlandırırlar.[1]
Bunun üçün də əgər şəxs xums ili daxilində gəlirdən normal və israf etmədən, öz yaşayışı və ailəsi üçün xərcləyərsə xumsu yoxdur. Amma əgər bu ruzidə ilin sonunda artıq gələrsə onun xumsunu verməlidir, baxmayaraq ki, xums ilindən bir gün belə vvəl alver etsə; çünki hər halda ixtiyarında olan məbləğlə ki, bu yemək- içməyi almışdır, əgər almasaydı xums ilinin əvvəlində o pul qalacaqdı və ona da xums şamil olurdu. Bəs xumsun şamil olması fərq etmir bir neçə gün xums ilindən əvvəl alver edib evə ruzi gətirsin və ya o pul onun ixtiyarında olsun, şamil olur.
Bəli! Bir surətdə, bəzi müctəhidlərin nəzərinə əsasən ilin xumsunu əvvəlki ilin gəlirindən hesab etmək olar.
Bu bəhsin məlum olması üçün, sual- cavabın özünü oduğu kimi burada qeyd edirik:
Sual:
Bir şəxs xums ilinin əvəlində, bir miqdar yemək- içmək (misal üçün 20 kilo düyü, 3 qutu yağ və bir qutu çay) artıq çıxır ki, onun xumsunu vermişdir. Sonra isə onu il uzunu istifadə edir sonra isə bir miqdar yemək- içmək (misal üçün 50 kilo düyü, 5 qutu yağ, və 3 qutu çay) alır və ondan da az bir hissəsini işlədir. Bəs əgər xums ilinin sonunda 30 kilo düyü 4 qutu yağ və 2 qutu çay qalarsa ondan nə qədər xums verməlidir.
Aya o pradukdan qalanının hamısına xums şamil olurmu? Yoxsa keçən ildən qalan pradukt ki, (xumsu verilmişdir) onu hesab etmədən yalnız on kilo düyü, bir qutu yağ, və bir qutu çayın xumsunu verməlidir?
Cavab:
Ayətullah İmam Xumeyni, Məkarim Təbrizi, Safi və Xamneyi:
Yeni ildə işlədilən praduktun xumsunu (ki, ilin sonunda artıq gəlmişdir) verməlidir və xumsu verilmiş praduktun xumsunu verə bilməz.
Bunun üçün də qeyd olunmuş məsələdə 30 kilo düyü, 4 qutu yağ və 2 qutu çayın xumsunu verməlidir.
Ayətullah Sistani, Behcət, Fazil və Nuri Həmədani: Xumsu verilmiş praduktu ondan azalda bilər və nəticədə edə bilər yalnız on kilo düyü, bir qutu yağ və bir qutu çayın xumsunu versin.[2]
[1] - Hüseyni, Seyyid Müctəba, porseşha və pasoxha, Əhkame xums, 36. Nehade nümayəndegiye məqame müəzzəme Rəhbəri dər daneşqahha.Qum. 1383 hicri şəmsi.
[2] - Hüseyni, eyyid Müctəba, porseşha və pasoxha, əhkame xums, səh 115.