Ən mühüm məsələlərdən biri Peyğəmbər (s) və İmamlar (ə) dəfələrlə camaatı xəbərdar etmişdilər ki, zülm və sitəm quruluşun məhv edilməsi xilasedici Mehdinin (ə.c) əlindədir. Elə bu səbəbdən İmam Zamanın (ə.c) varlığı iki qrup insanların diqqətində olmuşdur. Birinci qrup məzlum və zülmə məruz qalanlardır ki, zülmə qarşı və ümid niyyəti ilə o həzrətin varlığı ətrafında cəm olmuş, yardım və mütafiyə istəyirlər.
İkinci qrup güclülər və zülmkar qan içənlərdir ki, çarəsiz millətlərə hakim olmuşlar və öz məqsəd və mənafelərinə çatmaqdan ötrü heç bir çirkinlikdən əl çəkmirlər. Öz məqamları üçün bütün milləti fəda etməyə hazırdırlar. Bu qrup Həzrətin varlığını öz hədəf və mənafelərinin qarşısında gördüklərindən və hakimiyyət və rəhbərliklərinin xətərdə olduğunu hiss etdiklərindən həzrətin məhv edilməsi üçün düşünürlər ki, özlərini bu təhlükədən sığortalasınlar. Lakin bununla belə Allahın qüdrəti məhdud deyil. Amma işləri səbəblər və adi qanunlar əsasında görür. Peyğəmbər (s), İmamların müqəddəs vücudlarını qorumaq və dini yaymaq üçün ümumi yoldan və səbəb və nəticə qanunundan əl çəkməsi və adi proseslərin əksinə iş görməsi düzgün deyil. Belə olan halda bu dünyada təklif, imtahan və ixtiyardan söhbət gedə bilməz.
İmam Zamanın (ə.c) qeybətinin hikmətlərindən biri də bütün insanların adil və zülmə qarşı hökumətin yaradılmasına hazırlıqdır. Bu mühüm məsələyə çatana qədər xilaskar İmamın zühuru gecikəcəkdir. Bütün insanlar İlahi hökuməti ürək bağlamağlarından, bütün məktəb və idealogiyalardan məyus olmaqlarından və bunların heç birinin lazımı işlər görə bilməyəcəklərini anlamaqlarından, bütün bu məktəb və hökumətlər hər işi gördükləri və sınağdan keçdiklərindən və bəşəriyyət İlahi hökuməti qəbul edənə qədər bu proseslərdən Allah təala agah idi. Elə bu səbəbdən lütf və rəhimlikdən on ikinci İmamı ehtiyatda saxladı. Burada belə bir sual yaranır ki, məgər Allah təala keçmiş zamanda elə bir şəxsi yarada bilmirdi ki, İlahi hökumət yaratsın və ya İslamın zühurundan sonra öz köməklərini xilaskar İmam üçün hazırlasın?
Cavab budur ki, Allah təala belə işi görə bilərdi. Lakin İlahinin sünnəti cəmiyyətin bütün adi və təbii cərəyanlarını bir- birinə vurmaq və onun əksinə əməl etmək deyildir. [1]
Əlbəttə, İmam Zamanın qeybətinin bir çox hikmətləri vardır ki, Məsum İmamlar bunu bəyan etmişlər: Bunlardan biri saleh insanlarla qeyri- saleh insanların sınaq və ayrılmasıdır. Belə ki, İmam Hüseyn (ə) buyurur: İmam Mehdi (ə.c) üçün qeybət vardır ki, bu qeybəttə bəziləri dindən dönəcəklər, bəziləri sabit qalacaqlar. Hər kəs bu qeybəttə səbr etsə və düşmənlər tərəfdən yaradılan problemlərə dözsə və möhkəm olsa, Allah təalanın mükafatından o qədər faydalanacaq ki, elə bil Peyğəmbərlə (s) çiyin- çiyinə düşmənlərə qarşı vuruşmuşdur. [2] İmam Sadiq (ə) buyurmuşdur: İmam Mehdinin (ə.c) qeybəti şiələrin imtahanıdır. [3]
İmam Mehdinin (ə.c) qeybətinin hikmətlərindən biri də insanların sitəmkar olmalarıdır. Bu barədə İmam Əli (ə) buyurur: Yer höccətsiz olmayacaq, lakin Allah təala insanların zülmkar və həddlərin aşmaları ücbatından onları Allahın höccətinnin vücudundan məhrum edəcək. [4]
Beləliklə İmam Zamanın qeybətinin hikmətlərindən biri də insanların həvaye nəfsləridir. Deməli bəşəriyyətin hazırlıqsız və onun kecikməsinə ehtiyac hissi dünyanın məsləhəti olmuşdur. O həzrətin zühurunu gözləmək olmaz. Çünki Allah təalanın əsas hədəfi insanların ədalət və haqqı qurmalarıdır. [5] İmam Zaman (ə.c) bacarıqlı haqq əlləri insanları çatdırmaq üçün kömək edir. Əgər Allah təala öz qeybi köməkləri ilə bu mühüm məsələni yerinə yetirərsə, nəqz və ziddiyyətdir və bəşəriyyətin adi və təbii qanunlara ziddir ki, son məqsədə çatmağa xələl gətirir.[6]
Əlavə məluma almaq üçün İndeks: İmam zamanın (ə.c) uzun ömrlülüyünün fəlsəfəsi, sual 1405- 209. baxa bilərsiniz.
[1] - Aftabe vilayət, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi, səh 204- 206.
[2] - Bəharul ənvar, Əllamə Məclisi, cild 51, səh 133.
[3] - Üsule Kafi, Şeyx Kuleyni, cild 1, səh 337.
[4] - Əl ğeybe, Nemani, səh 141.
[5] - Nisa surəsi, ayə 135, “ Ey iman gətirənlər! sizin özünüzün, ata- ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun!İstər dövlətli olun, istər kasıb hər halda Allah onların hər ikisinə daha yaxındır Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin. Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır.
«یا أَیُّهَا الَّذینَ آمَنُوا کُونُوا قَوَّامینَ بِالْقِسْطِ شُهَداءَ لِلَّهِ وَ لَوْ عَلى أَنْفُسِکُمْ أَوِ الْوالِدَیْنِ وَ الْأَقْرَبینَ إِنْ یَکُنْ غَنِیًّا أَوْ فَقیراً فَاللَّهُ أَوْلى بِهِما فَلا تَتَّبِعُوا الْهَوى أَنْ تَعْدِلُوا وَ إِنْ تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللَّهَ کانَ بِما تَعْمَلُونَ خَبیراً»
[6] - Əmini, İbrahim, Dadigostəre cahan, səh 148, 149.