İmam Hüseyn (ə)- ın hərəkət və qiyamının əsas səbəbi, dini və yaxşılığa əmr və pislikdən çəkindirməyi İslam hakimi və xəlifəsi kim olursa olsun, hansı cinayət edirsə etsin yenə də Allah xəlifəsi və itaəti vacibdir əqidəsinin müsəlmanlar arasında yayılan bu səhv düşüncəni aradan aparmaq məqsədi ilə zalim hakimlə mübarizə etməyi yaşatmaq idi. Onun qiyamı buna görə qələbə çalıb və nəticəyə çatmışdır. Baxmayaraq ki, İslamın uca hədəflərindən çoxunun baş verməsi, cəmiyyətin yaxşılıq və xeyirlərə yetişməsi və şəriət hökmlərinin çoxunu icra etmək, İslam hökuməti təşkil etməyə bağlıdır ki, o imam Hüseyn (ə) vasitəsi ilə təşkil olunub və zalım hakimlər kənara qoyulduqda, bu nəticələr əldə olunardı. İslam cəmiyyətinin onun nemətlərindən faydalanmasından əlavə, İslamın əsil siması insanlar üçün nümayiş olunur ki, bunun özü İslamın genişlənməsi üçün ən üstün təbliğ idi ki, təəssüflər olsun ki, baş verməyibdir.
Bu sualın cavabında, diqqət olunası ilk məsələ budur ki, hər bir müsəlman xaricdə nə baş verməsinə deyil, əksinə Allah qarşısındakı öz vəzifəsini tanıyıb və ona əməl etmək barəsində düşünməlidir. Əgər vəzifəsi məlum olsa, Allahın sonsuz qüdrətinə təvəkkül edib bütün gücü vəzifəni yerinə yetirmək üçün işlətmək lazımkdır ki, belə olduqda nəticə hər nə olsa, Allahın saleh bəndəsi üçün xeyir verməsi, cəmiyyətin xeyir və yaxşılığa yetişməsi və şəriətin hökümlərinin çöxunu icra etmək, İslam hökuməti təşkiol etməyə bağlı olduğu üçün, İmamlar (ə) həmişə İslam hökuməti təşkil etmək və cəmiyyətin rəhbərliyini ələ almağı özlərinin əsas vəzifələrindən biri sayırdılar. Bir zamanlar onun ardınca olmamalarının səbəbi, cəmiyyətin xarici şəraitinin və zamaatın hazır olmasına görədir.
Əslində hökumət, hökumət olaraq, Allah övliyaları və pak İmamlar (ə)- ın yanında heç bir qiyməti yoxdur. Çünki onların dünyanın zahiri işlərinə diqqətləri yox idi. Hökumət onlar üçün ona görə mühüm idi ki, din və səmavi şəraitin hökmlərindən çoxunu icra etmək, güclü və saleh dövlətin olmasına bağlıdır. Çanki əgər hökumət sahibləri özləri, qanuna əməl etməyi bilib və ona əməl etsələr, cəmiyyət ədalətli və inkişafa doğru olacaq. Hər çənd hər zaman fasiq, mənffəttələb və əziyyət edən insanların olmasına, və ya bəzən vəzifələrini bilməyən sadəlövhlərə görə, problem və uyğunsuzluqlar olacaqdır.
Amma cəmiyyətin ümumi hərəkəti müsbət olacaq. Digər bir tərəfli, hökumət və qüdrətin ləyaqətsiz insanların əlində olduğu bir bəmiyyətdə hər cür fəsad və ayrı- seçkilik üçün şərait açıq olacaq. Belə rəhbərlərə tabe olan camaat, heç vaxt xoşbəxtliyin dadını dadmayacaqlar.
Bu İmam Hüseyn (ə)- ın etdiyi həmin iş idi ki, buyurdu: Mən bihudə, özümü düşünüb və fəsad və zülm üçün qiyam etmədim, əksinə yalnız babamın ümmətini islah etmək üçün qiyam etdim, yaxşılığa əmr və pislikdən çəkindirmək və babam və atamın rəftarına əməl etmək istəyirəm.[1] Başqa sözlə, İmam Hüseyn (ə)- ın hərəkət və qiyamının əsas səbəbi, yaxşılığa əmr və pislikdən çəkindirməyi, İslam hakimi və xəlifəsi kim olursa olsun, hansı cinayəti edirsə etsin, yenə də Allah xəlifəsi və itaəti vacibdir. əqidəsinin müsəlmanlar arasında yayılan bu yalnış düşüncəni aradan aparmaq məqsədi ilə zalım hakimlə mübarizə etməyi yaşatmaq idi. Onun qiyamı buna görə qələbə çalıb və nəticəyə çatmışdır. Çünki imam Hüseyn (ə) əbədi qiyam ilə, uzun müddətdə yolu və üslubu yalnış olan xəlifənin özbaşınalığını aradan aparmağa və xəlifənin qanun qoymaya hökumətdə bir haqqının olmamasını və qanun qoymanın Allah kitabı, Peyğəmbər sünnəsi və onların ikisi ilə əlaqəli olan şeyə məxsus olduğunu bütün müsəlmanlara anlatmağa müvəffəq oldu. Əgər imam Hüseyn (ə) qiyam etməsəydi, İslam hökmlərindən çoxu bizim əlimizə dəyişilmiş və təhrif olmuş formada yetişərdi. Necə ki, hazır ki, dövrdə bu xristianlıq və onların dindarlığı barəsində müşahidə olunur.
İmam Hüseyn (ə) yalançılar və İslamı istəməyənlər tərəfindən İslam dininin hökümləri ilə oynamağın qarşısında mane yaratmaq üçün qiyam etdi. Ona görə də onun bərəkətli qiyamı qələbə çaldı və həqiqət axtaranlar üçün İslamın siması aydın oldu.