Please Wait
6419
Dini mənbələrdə mövcud olan bir çox rəvayətlər göstərir ki, haqq yalnız insanlara aid deyil, Allahın sair məxluqları da müəyyən hüquqlara malikdir və onlara riayət etmək lazımdır. Misal üçün, “Mən la yəhzuruhul-fəqih” kitabında “həqqud-dabbəti əla sahibiha” (heyvanın öz sahibi üzərində olan haqqı) adlı bir bölmədə qeyd olunan bəzi rəvayətlər heyvanların öz sahibləri üzərində hüquqlara malik olduğunu göstərir. Misal üçün, bir nümunəni qeyd edirik:
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Heyvanlar üçün sahibləri üzərində hüquqlar vardır. O da bundan ibarətdir ki, hər vaxt ondan yerə ensə, ona ot versin, əgər sudan keçirsə, ona su versin, taqətindən artıq miqdarda ona yük vurmasın, qüdrətindən kənarda onu sürməsin, heç vaxt onun üzünə qamçı vurmasın. Çünki o, Allaha zikr deyir.”[1]
"Biharul-ənvar"ın “həqqud-dabbəti əla sahibiha” adlı bölməsində bu mövzu ilə əlaqədar bir neçə rəvayət gəlmişdir. O cümlədən, İmam Sadiq (əleyhis-salam) buyurur: “Heyvanlar üçün öz sahibləri üzərində yeddi haqq vardır: 1. Onu, taqətindən artıq yükləməsin; 2. Hər vaxt ondan endisə, ona ot versin; 3. Əgər su yanından keçirsə, ona su versin...”[2]
İnsandan başqa digər məxluqların hüququ barəsində gələn rəvayətlərə diqqət yetirməklə aydın olur ki, haqq təkcə insanın üçün deyil; Allahın sair məxluqlarının da hüquqları vardır.
Əlavə məlumat üçün bax: “Cansızların və bitkilərin necə təsbeh (zikr) deməsi”, 7585-ci sualın cavabı (sayt 8341)