Bu firqə haqqında tarixdə çoxlu məlumat öz əksin tapmayıbdır. O ki, tarixi mənbələrdə gəlib, budur ki:
- "Yəfuriyyə" firqəsi Muhəmməd ibni Bəşirintabeçiləri olubdurlar ki, Musa ibni Cəfərin (ə) İmamətinə dayanıbdır və sonralar onun İmamətinidə inkar edirlər. Bu dəstənin etiqadı olub ki, o kəslər ki, Musa ibni Cəfərdən (ə) sonrakı İmamların İmamətinə etiqadları var, kafirdirlər. Bunlar vacibatlardan ancaq namazı, orucu və xumsu qəbul edirdilər. Qalan göstərişləri qəbul etmirdilər. Məhrəmlərlə evlənməyi və qullarla cinsi rabitələri cayiz bilirdilər.
- Yəhufiyyə Süleyman ələqtə adlı bir nəfərin ardıcılları olublar.
- Onlar İmam Cəfəri Sadiqin (ə) dostlarıdırlar ki, Musa ibni Cəfərin (ə) İmamətinə inanırdılar və o həzrətin ən yaxşı dostlarıdırlar. O cümlədən onlardan biri Əbdullah ibni Yəfur olubdur ki, çünki o bu cəmiyyətin böyüyü olubdur, bu dəstəni onun adıyla adlandırırlar.
- Yəhufiyyə İmamiyyə şiəsindən bir dəstə idilər ki, hər cürə cəhaləti İmamlardan (ə) uzaq bilirdilər.
Bu dəstə haqqında çox pərakəndə və cəmləşməyən sözlər var.
"Yəfuriyyə" firqəsi haqqında tarixdə çox məlumat yoxdur. Təkcə bəzi tarixi mənbələr ki, Uslam və şiə məzhəbləri haqqında söhbət edirlər "Yəhufiyyə" ünvanı altında bu firqə haqqında çox az məlumat yazıblar.
Bu məlumatlar pərakəndədir. Məzmun cəhətdən o qədər bir- biriylə fərq edirlər ki, onlara istinad edərək bu firqənin varlığın və əqidəsini bəyan etmək olmur.
Bu firqə haqqında əldə olan mətləbləri aşağıdakılarda xülasələşdirmək olur:
- Yəfuriyyə dəstəsi şiələrdən bir firqədir ki, Muhəmməd ibni Bəşirin ardıcıllarıdır ki, həzrəti Musa ibni Cəfərin (ə) İmaməti dövründə aşkara çıxıb və İmam Musa ibni Cəfərin (ə) İmamətində dəyanıbdır. Həzrəti Əli ibni Musanın (ə) habelə o həzrətdən sonrakı İmamların İmamətini inkar ediblər. Onlar həzrəti Musa ibni Cəfərdən (ə) sonrakı İmamların imamətini (günahsızlığını) qəbul etmirdilər.
Onların İmamətini qəbul edənləri kafir və qanlarını halal bilirdilər.
Əlbəttə bu firqə sonralar həzrəti Musa ibni Cəfərin (ə) İmamətinidə inkar etdilər.
Muhəmməd ibni Bəşirin ondan sonra onun övladının İmamətini qəbul etdilər.
Bu cəmiyyətin etiqadı bu idi ki, Allah ancaq namazə, xumsu və ramazan ayında orucu vacib edibdir. Həcc, zəkat və dinin digər göstərişləri və hökmləri yoxdur və yalandır.
Onlar məhrəmlərlə elənməyi cayiz bilirdilər.
Qullarla cinsi əlaqəni cayiz bilirdilər.[1] Bəzi mənbələr bu firqəni "Əlbuşriyyə" yəni Muhəmməd ibni Bəşirin ardıcılları kimi adlandırıblar.[2]
- Başqa bəziləri onları İmamiyyədən bir dəstə və "Süleyman ibni Ələqtənin" dostarı biliblər.[3]
- Tarixçilərdən başqa bəzilərinin etiqadı budur ki: Yəfuriyyə dəstəsi İmam Cəfəri Sadiqin (ə) dostlarından ibarət olubdur ki, o həzrətdən sonra Musa ibni Cəfərin (ə) İmamətinə inanıbdır.[4] Onların arasında onun ən yaxşı səhabələrindən bir dəstəsi olub o cümlədən: Əbdullah ibni Əbu Yəfur, Əban ibni Təğləb, Hişam ibni Salem, Cəmil ibni Dərrac, və Hişam ibni Həkəm.[5] Bəlkə bu cəmiyyətin böyükü Əbdullah ibni Əbu Yəfur olduğu üçün bu dəstəni "Yəfuriyyə" adlandırıblar.
- İmamiyyə şiəsindən bir firqədir ki, etiqadlıdır ki, İmamların vücuduna cəhalət yol tapa bilməz.[6]
Mülahizə olunduğu kimi bu firqə haqqında deyilən mətləblər çox pərakəndə və dağınıqdır. Əgər mənbələrdə deyilənlərə diqqət etsək belə bir firqə deyilən xüsusiyyətlərlə olub. Onlar hicrinin üçüncü əsrinin əvvəlində İslam və şiəçiliyi tarixinin qısa bir dövründə olub, amma bu gün bu firqədən və onların əqidələrindən heç bir əsər qalmayıb.
[1] - Əbu Cəfər Muhəmməd ibni Həsən ibni Əli Tusi, Rical keşi, səh 479, Təshihi həsən Müstəfəvi, Məşhəd universitetinin nəşri, 1347 şəmsi.
[2] - İbni Muhəmməd həsən ibni Musa nobəxti, ferəquş- şiə, səh 92- 93 Nəcəf Əşrəf Heydəriyyə nəşri, 1388 hicri qəməri.
[3] - Məşkuk, Muhəmməd Cavad, Şiə tarixi, dördüncü əsrə qədər İslam firqələri, səh 151, İşraqi nəşri, Rical kəşidən və məqalatul- İslamidən nəql olunub.
[4] - "Əlbuşriyyə" firqəsinə nisbət verilən şeylər onların etiqadlarının bir hissəsi olmayıb.
[5] - İbni Muhəmməd ibni Musa no bəxti, ferəquş- şiə, səh 89.
[6] - Əli ibni İsmail Əşəri, Məqalatul- İslamin, cild 1, sə 116, Tahirə çapı, 1269, hicri qəməri.