Bu sualın cavabında bir neçə nöqtəni yada salmaq lazımdır:
- Bütün zalımların zülmünün kölgəsi dörd şeydə xülasələşir: 1. Cəhalət. 2: Ehtiyac. 3: Çirkin əxlaq. 4: Acizlik. Amma Allah bütün bu işlərdən pak və uzaqdır. Heç bir zülm onun zatına yol tapa bilməz. Buna əsasən nə inki adildir ki, ədalətin özüdür (eynidiy): Bu hökümə əsasən ki, Allah hikmətli və ədalətlidir, işlərini ədalətin ölşüsüylə edir.
- Allah bütün insanları bir yaradıb və hidayət yolunu onlara göstərib, hamıya ixtiyar və seçim hüququ veribdir. Amma bir dəstə öz iradəsi və ixtiyarıyla yuxarıda qeyd olunan bir ya neçə amilə (səbəbə) əsasən azqınlıq və zülm yolunu seçibdir. Başqa bir dəstə özlərində zülmün kökləriylə mübarizə edərək hidayət və ədalət yolunu seçib xoşbəxt olurlar.
Hər hansı halda sualın əsil kökü insana cəbri baxışdır. Bir haldakı cəbrilərin dəlilləri qəbul olası deyil. Biz Əhli- beytin (ə) məktəbi və sözlərinə əsasən əmr beynələmreynə etiqadlıyıq; yəni eyni halda ki, insanın bütün işləri Allahın təkvini iradəsi əsasında olur, Amma çünki insanın iradəsidə işlərinin həyata keçməsində səbəbin bir hissəsidir, insan etdiklərinə cavabdehdir.
Bu işlər təşrii iradə nəzərindən Allahı qəzəbləndirir.
Bu sualın cavabında bir neçə nöqtəni yada salmalıyıq:
- Zülm pisdir və hikmətli Allah heç vaxt pis iş görməz; çünki zülmün amilləri neçə şeydir ki, Allah onlardan pakdır. Zülmün amilləri və kökləri aşağıdakılardan ibarətdir:
1: Ehtiyac: Zülm edən kəs bir sıra işlərə yetişmək üçün ehtiyaclıdır və zülm yoluyla onlara yetişə bilər.
2: Cəhalət və nadanlıq: Zülm edən zülmün pisliyin və çirkinliyin bilmir.
3: Çirkin əxlaq: Zülm edənin varlığında kin, ədavət, həsəd, özün istəmək, istəklərinə qul olmaq var.
4: Acizlik: Zülm edən kəs özündən zərəri və xətəri uzaqlaşdırmaqda acizdir. Hədəfinə çatmaq üçün zülmdən başqa yolu yoxdur.
Dünyada baş verən hər bir zülm bu amillərin nəticəsidir. Əgər bu amillər olmasaydı heç yerdə heç bir zülm olmazdı. Bu amillərin heç biri Allahın müqəddəs zatına yol tapa bilməz;
Çünki Allah:
A: Mütləq şəkildə ehtiyacsızdır.
B: Elmi sonsuz və qeyri məhduddur.
C: Bütün kamal simalara malikdir və bütün eyiblərdən münəzzəhdir.
D: Hədsiz və sonsuz qüdrətə sahibdir. O ədalətlidir və onun barəsində zülmün mənası yoxdur.
Bu cəhətdən deyil ki, pis olduğu üçün Allah etmir bəlkə ona görədir ki, Allahın vücudunda zülmün amillərinin heç biri yoxdur.
Digər tərəfdən Allah bütün insanları bir yaradıb və hamıya nisbət mehribandır. Ona görə insanlara saysız nemət bağışlayıbdır.
O nemətlərdən biri mehriban və ürək yanan Peyğəmbərlərin göndərilməsidir ki, açıq və aşkar dəlillərlə habelə kitab və qanunla birgə gəliblər. Hidayət yolunu Allaha hamıya göstərib və hamıya ixtiyar və seçim haqqı veribdir ki, camaat öz ixtiyarıyla ədalətli olsunlar.[1] Amma bir dəstə öz iradəsi və ixtiyarıyla yuxarıda qeyd olan bir ya neçə amilə (səbəbə) əsasən azğınlıq və zülm yolun seçiblər. Başqa bir dəstə öz varlığında zülmün kökləriylə mübarizə edərək hidayət və ədalət yolun seçib xoşbəxt olurlar.
Buna görə Allah ədalətinə əsasən yaxşı insanların işlərinə savab və zalımların işlərinə cəza verir. Necə ki, Quran buyurur: Ədalət tərəzilərin Qiyamət günündə qoyarıq və heç bir kəsə heç bir zülm olmayacaq və əgər xerdel dənəsi qədər də iş görmüş olsa onu gətirərik və hesablayarıq bu bəsdir ki, biz hesablayanıq.[2]
Həqiqətdə hər cəzası və müküfatı öz əməlinin nəticəsidir və həmin şeydir ki, özü öz əməliylə qazanıbdır.
Deyilənlərə əsasən baxmayaraq ki, Allah bəndələri bütün əməllərindən amma heç vaxt istəmir (iradə etmir) ki, bəndə zülm və sitə etsin. Bəndələrin hər biri öz əməllərini öz istəyi ilə edirlər.
B: Amma başqa məsələ budur ki, hazırkı quruluş (nizam) İslam nəzərindən ən gözəl quruluşdur və bundan gözəl olması mümkün deyil.[3]
Çünki insanın həqiqi təkamülü onu tələb edir ki, insan bütün mərhələləri öz ixtiyarı və iradəsiylə seçsin. Bütün insanların ixtiyar sahibi olması bu deməkdir ki, onların hamısının seçimi bir olmasın. Əgər Allah bütün insanları yaxşı işlərə məcbur etsə artıq ən gözəl quruluşun (nizam egsənin) mənası olmayacaq.
Digər tərəfdən ən gözəl quruluşun (nizamı- əhsənin) tələblərindən biri budur ki, bir tərəfdən pisliyə və ədalətsizliyə cazibələr olmalıdır. Digər tərəfdən haqqdan, ədalətdən və təmizlikdən müdafiə etməkdə çətinliklər olmalıdır. Nəticədə haqqdan, ədalətdən və təmizlikdən həqiqi müdafiə edənlərlə yalançı müdafiəçilər açıq aşkar seçilsinlər. Buna görə həyarda yaxşı və pis insanlar olur.
Əlbəttə bu ən gözəl quruluşda (nizam ehsən) zülmlər, ədalətsizliklər və münasibətlər, zalimlərin dünya və axirətdə tənbihi və yaxşı insanların mükafatlandırılması kimi başqa yollarla ödənilir.
Hər hansı halda bu sualın əsil kökü insana cəbri baxışdır. Bir halda ki, cəbrlərin dəlilləri qəbul olunması deyil.[4] Biz Əhli- beytin (ə) məktəbi və sözlərinə əsasən əmr beynə- əmreynə etiqadlıyıq; yəni eyni halda ki, insanın bütün işləri Allahın təkvini iradəsi əsasında olur, amma çünki insanın iradəsidə işlərinin həyata keçməsində səbəbin bir hissəsidir, insan etdiklərinə cavabdehdir.
Bu işlər təşrii iradə nəzərindən Allahı qəzəbləndirir.[5]
[1] - Hədid Surəsi, ayə 25.
[2] - Ənbiya surəsi, ayə 47.
[3] - Ədl İlahi, Şəhid Mütəhhəri, səh 141- 142.
[4] - Müraciət edin: Sual 528 (sayt: 576).