Kişilərin bəzək əşyalarından istifadəsinin caiz olmasında islamın ümumi və külli qanunu iki şeydən ibarətdir:
1. Qızıl növündən olmasın; Çünki qızıldan hazırlanan bəzək əşyasından istifadə etmək kişi üçün hər bir halda – istər zinət üçün olsun, istərsə də olmasın, haramdır.
2. Qadınlara məxsus olan zinət növündən olmasın.
Deməli, əgər sırğa hər hansı bir məntəqədə və ya şəhərdə qadınlara məxsus olan zinət hesab olunmasa və qızıldan hazırlanmasa, kişilərin ondan istifadə etməsinin işkalı (eybi) yoxdur.
Kişilərin zinət əşyalarından istifadə etməsinin caiz olmasında islamın külli qanunu iki şeydən ibarətdir:
1. Qızıl növündən olmasın; çünki kişilərin qızıldan hazırlanan şeydən hər növ istifadəsi (istər zinət məqsədi ilə, istərsə də başqa məqsədlə) haramdır.
İmam Xomeyni (rəhmətullah əleyh) və başqa mərcəyi-təqlidlər bu barədə buyurmuşlar: “Qızılla zinətlənmək, misal üçün, boyuna qızıl sep asmaq, ələ qızıl üzük taxmaq, qola qızıl saat bağlamaq kişi üçün haram, onlarla qılınan namaz da batildir (ehtiyat-vacib odur ki, kişi qızıl eynəkdən də istifadə etməsin).”[1]
2. Qadınlara məxsus olan zinət əşyalarından olmasın.
Mərhum Ayətullah Behcətin bu barədəki fətvasına diqqət yetirin: “Qadın və kişinin hər birinin digərinə məxsus olan şeylərlə zinətlənməsi, misal üçün, kişinin xal-xal və sair zinət əşyalarından istifadə etməsi haramdır.”[2]
Qeyd etmək lazımdır ki, hər hansı bir zinət əşyasının qadına, yaxud kişiyə məxsus olmasında əsas meyar cəmiyyətin ictimai mühitinə və onda mövcud olan adı qayda-qanunlara, el adətinə bağlıdır. Müəyyən bir zinət bir ölkədə, yaxud şəhərdə, yaxud da xüsusi bir məntəqədə qadınlara məxsus ola bilər, lakin başqa yerlərdə belə olmaya bilər və qadınla kişinin ondan müştərək şəkildə istifadə etməsi mümkündür. Buna əsasən, əgər kişilərin bu sırğadan istifadə etməsi bir məntəqə və ya şəhərdə adi bir iş olarsa və qadınlara məxsus olan zinət sayılmasa, habelə qızıldan hazırlanmasa kişilərin ondan istifadə etməyinin heç bir eybi yoxdur.