1. İnsanın azmasında və inhirafındakı şeytanın rolu, yalnız dəvət etmək həddindədir?
2. Təkamul həmişə zidiyyətlər arasında baş verir. Ona görə də, ən üstün varlıq sistemində belə bir varlığın yaranması, bihudə və yersiz sayılmır, əksinə ilahinin xalis xeyir və rəhmaniyyətinin bir cilvəsidir.
1. Allah şeytanı, şşeytan yaratmadı. Sübut budur ki, o neçə ilər (altı min il)[1] mələklərlə yoldaş və ibadət əhli idi. Amma sonradan, öz istəyilə və təkəbbür nəticəsində, tüğyan və səhv yolu seçdi və ilahi rəhmətdən uzaqlaşdı.
2. İmanlı və haq yolu getmək istəyən insanlar üçün, şeytanın vücudu, zərərli deyil, əksinə inkişaf və təkamül vasitəsidir. Çünki, inkişaf və təkamül həmişə, təzadlar içində baş verir.[2]
3. Bu dünyada şeytanın rolu, dəvət etmək həddindədir. Yəni, şeytan insanları inhiraf və yolundan azmağa yalnız dəvət edir. Allah ona insanların ruh və nəfslərinə hakim olmaq qüdrətini verməyibdir.
«ان لیس له سلطان علی الذین آمنوا و علی ربهم یتوکلون» [3]
"Şübhəsiz, iman gətirib və Allahlarına təvəkkül edənlərə onun nüfuz qüdrəti yoxudur: Ona görə də, qiyamət günü, şeytan azdırdığı bir dəstə ilə görüşən zaman, şeytan onlara deyər:
«... و ما کان لی علیکم من سلطان الاّ ان دعوتکم...»[4]
"Mənim sizə nüfuz qüdrətim yox idi, mən yalnız sizi dəvət etmişəm..."
Quran təlimləri, bunu çatdırır ki, insanın azmasında şeytanın rolu, yalnız dəvət həddindədir. O heç vaxt məcbur etməklə insanları yolundan çıxarmır, çünki insan iki dəvətin xitabındadır. Biri Allah dəvəti və o biri şeytan dəvəti, İnsan öz ixtiyarı ilə bu iki dəvətdən birini qəbul edir.
Amma öz meyl və iradələri ilə şeytanın dəvətini qəbul edən, onları özlərinə örnək və onun əməllərindən itaət edən insanlara, nüfuz edir və onları məhvə doğru çəkir.
«انما سلطانه علی الذین یتولونه...»[5]
"Onun nüfuz qüdrəti yalnız onu sevənlərədir..."
Bu barədə daha çox məlumat əldə etmək üçün, aşağıdakı göstəricilərə müraciət edin:
Şeytan və ölüm, sual 398 (sayt 849); Şeytanın nalə və şivəni, sual 763 (sayt 805).