اَللّهُمَّ اغْفِرْ لِىَ الذُّنُوبَ الَّتى تَهْتِکُ الْعِصَمَ؛ اَللّهُمَّ اغْفِرْ لِىَ الذُّنُوبَ الَّتى تُنْزِلُ النِّقَمَ؛ اَللّهُمَّ اغْفِرْ لِىَ الذُّنُوبَ الَّتى تُغَیِّرُ النِّعَمَ؛ اَللّهُمَّ اغْفِرْ لىَ الذُّنُوبَ الَّتى تَحْبِسُ الدُّعاَّءَ؛ اَللّهُمَّ اغْفِرْ لىَ الذُّنُوبَ الَّتى تَقطَعُ الرَّجاءَ؛ اَللّهُمَّ اغْفِرْ لِىَ الذُّنُوبَ الَّتى تُنْزِلُ الْبَلاَّءَ
(İlahi, mənim, ismət pərdələrini yırtan günahlarımı bağışla! İlahi, mənim danlaq və məzəmmət gətirən günahlarımı bağışla! İlahi, mənim, nemətləri dəyişdirən günahlarımı bağışla! İlahi, mənim duanın qəbuluna mane olan günahlarımı bağışla! İlahi, mənim bəla nazil edən günahlarımı bağışla! İlahi, mənim ümidimi kəsən günahlarımı bağışla!)?
Ümumi şəkildə desək, hər bir günah insanın ismət pərdələrinin yırtılmasına, bəlanın nazil olmasına, duanın qəbul olunmamasına, ruzinin kəsilməsinə, xeyir-bərəkətin insan həyatından aradan qalxmasına səbəb olur. Dini mənbələrimizdə də işarə edildiyi kimi, bu, günahın təbii xassəsi və təsiridir. Amma bəzi rəvayətlərə müəyyən günahların öz ardınca gətirdiyi xüsusi ağır və acınacaqlı təsirlərə də işarə olunur. Məsələn, camaata zülm etmək, yaxşı işləri və başqalarına ehsanı tərk etmək, Allahın nemətlərinə qarşı nankorluq etmək, şükür etməmək. Bunların hamısı insana verilmiş nemətin dəyişməsinə səbəb olur. Bəzi günahlar ilahi əzab gətirir, o cümlədən, zalım şəxsin onunla tanınmış, məşhurlaşmış olduğu zülmlər, habelə camaatın hüquqlarına, mal-dövlətinə, abır-heysiyyətinə təcavüz etmək, onları rişxənd etmək. Bəzi günahlar insanın ruzisini azaldır. Misal üçün, başqalarının yanında yoxsulluq izhar etmək, işa və sübh namazının vaxtında qəzaya gedəcək şəkildə yatmaq.
İsmət pərdələrini yırtan günahlar: şərab içmək, qumar oynamaq, camaatla yersiz zarafat etmək, əbəs və faydasız sözlər danışmaq, camaatın eyiblərini axtarmaq, günaha aludə olan insanlarla oturub-durmaq.
İlahi əzabın nazil olmasına səbəb olan günahlar: zülmə məruz qalan şəxsə kömək etməmək, məhrumlara baş çəkməmək, əmr be məruf və nəhy əz münkəri tərk etmək. Deməli, imam Əli (əleyhis-salam)-ın istiğfar etməsi xüsusi bir günahdan deyil, ümumi şəkildə bütün günahlardan istiğfar sayılır.
Bu sualın cavabında demək lazımdır ki, ümumiyyətlə, hər günah külli şəkildə insanın Allah dərgahında ismət pərdələrinin yırtılmasına, insana bəla nazil olmasına, duasının qəbul olunmamasına, xeyir-bərəkətin insan həyatından götürülməsinə, ruzinin kəlməsinə və s. səbəb olur. Dini mənbələrimizdə də işarə edildiyi kimi, bu, günahın təbii əsəri və xassəsidir. Hədisdə qeyd olunur ki, Allah-taala buyurur: “Bəzən Mənim bəndəm bir hacəti istəyir və Mən onun duasını qəbul edirəm, lakin o, günah edir, Mən də mələklərimə deyirəm ki, bu bəndəm günah vasitəsi ilə özünü Mənim qəzəbimə düçar etdi, özünü nemətdən mərhum olmağa layiq etdi. Bundan sonra öz istəyi ilə Mənim dərgahımdakı istəyinə nail olmayacaqdır. O zaman (hacətlərinin rəva olması) mümkündür ki, bəndəliyə boyun qoysun.”[1]
İmam Əli (əleyhis-salam) buyurur: “Allaha and olsun! Heç bir nemət insandan (səbəbsiz olaraq) alınmır; yalnız günah səbəbi ilə alınır.”[2]
“Kumeyl” duasının ilk cümlələrində müttəqilərin rəhbəri Əli ibni Əbi Talib (əleyhis-salam) bəlkə də bu məsələyə işarə edir və bu cümlələri təkrar etməklə demək istəyir ki, “Pərvərdigara, hər günah ki, ismət pərdələrinin yırtılmasına, bəlalın nazil olmasına, duanın qəbul olunmamasına səbəb olur, o günahlarımı bağışla!” Bu cümlələrin axırında isə deyir: “Mənim düçar olduğum hər bir günahı, xətanı və səhvi əfv et!”
Bəla və müsibətlərin günah və məsiyətlə əlaqəsi elə sıx şəkildədir ki, Qurani-kərim insan üçün baş verən hər bir ağır hadisəni günahın nəticəsi hesab edir və buyurur: “Sizə çatan hər bir bəla və müsibət əncam verdiyiniz (çirkin və günah) əməllərə görədir, Allah onların çoxunu da əfv edib bağışlayır.”[3]
Deməli, dini təlimlərin məcmusundan – istər ayə, istərsə də rəvayətlərdən məlum olur ki, günah bəlanın nazil olmasında çox təsirli rol ifa edir. İmam Sadiq (əleyhis-salam) buyurur: “Dəryada (suda) yaşayan varlıqların həyatı yağış sayəsindədir. Əgər yağış yağmazsa, həm quru yerlər, həm də dəryalar məhv olub aradan gedər. Bu da günahların çoxaldığı vaxtdır.”[4]
Bunlar küllü şəkildə günahın acınacaqlı axır-aqibətini bəyan edən rəvayətlərdən bir nümunə idi. Bir çox rəvayətlərdə bəzi günahların törətdiyi xüsusi acınacaqlı təsirlərə işarə edilir ki, burada onların bir neçəsini qeyd edirik:
Əbu Xaliq Kabuli deyir ki, İmam Səccad (əleyhis-salam)-ın belə buyurduğunu eşitdim: “Nemətin dəyişilməsinə səbəb olan günahlar: camaata zülm etmək, yaxşı işləri və camaata ehsanı tərk etmək, nemətlərə qarşı nankorluq etmək, şükürü tərk etmək. Mütəal Allah buyurur:
إِنَّ اللَّهَ لا یغَیرُ ما بِقَوْمٍ حَتَّى یغَیرُوا ما بِأَنْفُسِهِمْ
“Həqiqətən Allah bir qövmün vəziyyətini, onların özləri öz vəziyyətlərini dəyişməyincə dəyişməz.”[5]
Əzab nazil edən günahlar: zalım şəxsin məşhurlaşmasına səbəb olan zülm, camaatın haqqına təcavüz və onlara rişxənd etmək.
Ruzinin alınmasına (kəsilməsinə) səbəb olan günahlar: başqalarının yanında fəqirlik izhar etmək, işa və sübh namazlarının vaxtında yataraq onları qəzaya vermək, Allahın nemətlərini kiçik saymaq və Allahdan şikayət etmək.
İsmət pərdələrini yırtan günahlar: şərab etmək, qumar oynamaq, camaatla yersiz zarafat etmək, əbəs və faydasız sözlər danışmaq, camaatın eybini axtarmaq, günaha aludə olan insanlarla oturub durmaq.
Əzabın nazil olmasına səbəb olan günahlar: zülmə, təcavüzə məruz qalan insana kömək etməmək, məhrumlara baş çəkməmək, əmr be məruf və nəhy əz münkəri tərk etmək.
Düşmənlərin insana hakim kəsilməsinə səbəb olan günahlar: aşkarda zülm etmək, aşkarda günah etmək, haram işlərə qurşanmaq, yaxşılara itaətsizlik etmək və şər insanlara tabe olmaq.
İnsanı tez həlak edən günahlar: sileyi-rəhimi kəsmək, yalan yerə and etmək, gerçək olmayan sözlər danışmaq, zina etmək, müsəlmanların yolunu bağlamaq, ləyaqəti olmadan imamət iddiası etmək.
İnsanın Allaha ümidini kəsən günahlar: Allahın rəhmətindən ümidsizlik, Allah dərgahında məyusluq, Allahdan qeyrisinə arxalanmaq, Allahın vədələrini təkzib etmək.
Duanın qəbuluna mane olan günahlar: sui-niyyət, batinin çirkinliyi, din qardaşları ilə münafiqcəsinə (ikiüzlü) davranmaq, başqalarının istəyinə cavab verməmək, vacib namazları qəzaya gedənə qədər təxirə salmaq, Allah yolunda yaxşılıq və ehsan etməmək, sədəqə verməmək, nalayıq sözlər danışmaq, haram tikə yemək, qeybət etmək, həsəd etmək, ücb, özünü hamıdan yüksəkdə görmək, qəlbin daşlaşması, riyakarlıq və s.”[6]
Qeyd edək ki, bunların hər hansı biri üçün qeyd olunanlardan artıq hallar da baş verə bilər ki, ixtisara riayət etməklə kifayətləndik.
[1] Deyləmi, Həsən, “İrşadul-qulub iləs-səvab”, 1-ci cild, səh. 150, “Şərif Rəzi” nəşriyyatı, Qum, birinci çap, 1413-cü il
[2] Yenə orada
[3] “Şura” surəsi, ayə: 30
[4] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 70-ci cild, səh. 349, “Vəfa” müəssisəsi, Beyrut, 1409
[5] “Rəd” surəsi, ayə: 11
[6] Hürr Amili, “Vəsailuş-şiə”, 16-cı cild, səh. 282-283, “Alul-beyt” müəssisəsinin çapı, Qum, 1409