Əli (əleyhis-salam) Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alih)-i özünün dava-dərman və tibb avadanlıqları ilə ruhi və mənəvi müalicəyə ehtiyaclı olanların arxasınca ciddi səylə gedərək onları müalicə etmək istəyən bir həkimə və təbibə bənzədir. O həzrətin vəzifəsini “insanların ruhunu müalicə etmək” kimi bəyan edir və buyurur: “Təbibun dəvvarun bitibbih” – o, cəhalət xəstəliyinin həkimi, rəzalət və məzəmmət olunan əxlaqların təbibi idi, özünün dava-dərman və tibb avadanlıqları ilə daim hərəkətdə idi.” Bu da göstərir ki, o həzrət cahilləri müalicə və azğınları hidayət etmək üçün heç bir səy və fəaliyyətindən əsirgəmir, bu yolda var-qüvvəsini sərf edir və bu məqsədi həyata keçirmək üçün özünü vəzifəli bilirdi.
Diqqət yetirilməli məsələ budur ki, camaatın fiziki cisimləri və orqanizmləri ilə əlaqədar fəaliyyət göstərən, öz xüsusi klinikalarında xəstəni gözləyən təbiblərin adətinin əksinə olaraq Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) özü şəxsən xəstələrin ardınca gedirdi. Başqa sözlə, o həzrətin camaatın ruhi xəstəliklərini müalicə etməkdən ibarət olan ilahi risaləti (vəzifəsi) daha ümumi səviyyəlidir, bu ilahi vəzifə tələb edir ki, camaatın ardınca getsin, onların ruhlarını və qəlblərini müalicə etsin.
“Təbibun dəvvar” (həddindən artıq gəzən səyyar təbib) məfhumunun aydın olunması üçün Əli (əleyhis-salam)-ın Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əxlaqi səciyyələrini və mənəvi xislətlərini bəyan etdiyi xütbənin bir hissəsini araşdırırıq. Bundan sonra öz sualınızın cavabını alacaqsınız:
طَبِیبٌ دَوَّارٌ بِطِبِّهِ قَدْ أَحْکَمَ مَرَاهِمَهُ وَ أَحْمَى مَوَاسِمَهُ یَضَعُ ذَلِکَ حَیْثُ الْحَاجَةُ إِلَیْهِ مِنْ قُلُوبٍ عُمْیٍ وَ آذَانٍ صُمٍّ وَ أَلْسِنَةٍ بُکْمٍ مُتَتَبِّعٌ بِدَوَائِهِ مَوَاضِعَ الْغَفْلَةِ وَ مَوَاطِنَ الْحَیْرَةِ ...
“O (Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)) öz tibbi (avadanlıqları) ilə daim hərəkətdə olan səyyar bir həkimdir, özünün dərmanlarını və məlhəmlərini gözəl şəkildə hazırlamış, (sağalmaz yaraları yandırmaq və məhv etmək üçün) dağ basmaq vasitələrini qızdırmışdı, lazım olan yerlərdə öz dərmanları ilə kor qəlbləri, kar qulaqları, lal dilləri qəflətə düşən, sərgərdan qalan xəstələri müalicə edirdi. Həmin kəslər ki, hikmət nurundan heç bir bəhrələri yox idi, öz təfəkkürlərini, ruhlarının dərinliklərini elm nuru ilə işıqlandırmamışdılar...[1]
İmam Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-i öz tibbi avadanlıqları ilə ruhi təbabətə ciddi ehtiyacı olan şəxsin ardınca gedən bir həkimə bənzədir, o həzrətin vəzifəsinin insanların qəlbini, ruhunu müalicə etməkdən ibarət olduğunu buyurur və əlavə edir: “O, öz tibbi ilə gəzintidə olan səyyar bir təbib idi.” O həzrət cəhalət xəstəliklərini müalicə edən həkim, məzəmmət olunan alçaq və rəzalət xislətlərinin təbibi idi. Öz tibbi ilə həmişə seyrdə, səyahətdə idi. Yəni, cahil və azğın insanları müalicə etmək üçün özünü vəqf etmişdi və bu işdə özünü vəzifəli bilirdi.
“Mərahim” kəlməsi (dərman mənasına olan “mərhəm”in cəmidir) o həzrətdə mövcud olan elm, gözəl və bəyənilən əxlaqi səciyyələrə kinayə, istiarədir. “Məvasim” kəlməsi də yol göstərməyin, təlim-tərbiyənin heç bir faydası olmayan şəxslər barəsində ilahi-şəri cəza qanunları üçün istiarədir. Buna əsasən, o həzrət məharətli və ixtisaslı bir həkim kimi heç bir dava-dərmanın, məlhəmin faydalı olmadığı şəxslər üçün yaraya dağ basmaq və yandırmaq avadanlıqlarından istifadə edirdi. Kor qəlbləri qəflətdən ayıltmaq üçün ehtiyac duyulan yerlərdə bu dərmanlardan və vasitələrdən istifadə edirdi. Nəticədə onları haqq yolunda qərar verir, onların bəsirət gözlərini bu vasitə ilə açırdı ki, elm və hidayət nurunu qəbul etsinlər. Kar qulaqları müalicə edərək onları öyüd-nəsihəti qəbul etməyə hazırlayırdı. “Səməm” kəlməsi (karlıq) məcazi şəkildə moizəni, öyüd-nəsihəti və yol göstərməni qəbul etməyən şəxslər barəsində istifadə olunur. Bu da “məlzum”un adının “lazım”a qoyulması qəbilindəndir. Çünki karlıq moizə və öyüd-nəsihətdən bəhrələnməyin qarşısını alır. Həmçinin lal dilləri müalicə edirdi ki, onlar Allaha zikr etsinlər və hikmətli sözlər danışsınlar. “Bəkəm” (lallıq) kəlməsi məcazi şəkildə o dillərə aid edilir ki, lazım olan və xoşagələn şeyləri danışa bilmir, nəticədə lal insanlarda olduğu kimi, sanki dilsizdirlər.
Deməli, insanın ruhani təbibə ehtiyacı onun fiziki bədəni ilə əlaqədar təbibə olan ehtiyacından olduqca artıqdır. Çünki fiziki xəstəliklərin müalicəsi onun yalnız maddi və məhdud həyatının davamına səbəb olur, lakin ruhi xəstəliklərin müalicəsi əbədi həyatına zəmanət verir və bu həyatın dərkinə səbəb olur.
Burada diqqət yetirilməli məsələ budur ki, insanların fiziki orqanizmlərini müalicə edən, öz şəxsi klinikalarında oturaraq xəstənin gəlişini gözləyən və bundan sonra müalicə etmək qərarına gələn adi təbiblərinin əksinə olaraq islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özü şəxsən xəstələrin ardınca gedirdi. Başqa sözlə desək, o həzrətin insanların ruhlarının müalicəsindən ibarət olan ilahi vəzifəsini yerinə yetirməsi daha ümumi səviyyəlidir.[2] Bu ilahi vəzifə tələb edirdi ki, şəxsən xəstələrin sorağına getsin və onları müalicə etsin.
"Nəhcul-bəlağə”nin şərhçisi İbni Əbil-Hədid “təbibun dəvvar” barəsində yazır: “Peyğəmbər daim hərəkətdə olan səyyar bir təbib idi. Səyahətdə olan təbibin təcrübəsi artıq olur. “Səyahətdə olmaq” dedikdə məqsəd budur ki, özü xəstələrin ardınca getsin. Çünki saleh və yaxşı insanlar ruhları xəstə olanların ardınca gedir və onları müalicə edirlər. Demişlər ki, həzrət İsa (əleyhis-salam)-ı günahkar və əxlaqsız bir şəxsin qapısında gördükdə təəccüb etdilər. Ondan soruşdular: “Ey Allahın Peyğəmbəri! Nə üçün siz burada durmuşsunuz?!” Həzrət buyurdu: “Həkim xəstənin ardınca gedər!”[3]
[1] "Nəhcul-bəlağə", xütbə 108; İbni Meysəm Bəhrani, "Nəhcul-bəlağə"nin şərhi, tərcüməçilər: Məhəmmədi Müqəddəm, Qurban Əli, Nəvai, Yəhyazadə, Əli Əsğər, 3-cü cild, səh. 7-75, İmam Riza (əleyhis-salam)-ın hərəmində fəaliyyət göstərən islami tədqiqat qurumu; İbni Əbil-Hədid, "Nəhcul-bəlağə"nin şərhi, 7-ci cild, səh. 184, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1-ci çap, 1437-ci il
[2] Bugünkü dünyada mövcud olan sərhədsiz həkimlər kimi. Öz həkimlik vəzifələrini yerinə yetirmək üçün xəstələrin hansı ölkədən olması onlar üçün heç bir əhəmiyyət daşımır.
[3] İbni Əbil-Həddid, "Nəhcul-bəlağə”nin şərhi, 7-ci cild, səh. 184