Please Wait
7085
“Şakir” kəlməsi “şükür” kökündən alınan ismi-fail (işi görən), “kəfur” kəlməsi isə “kəfərə” kökündən alınan mübaliğə formasıdır. Birincinin ismi-fail, digərinin isə mübaliğə formasında gəlməsi ilə əlaqədar müfəssirlər bəzi bəyanlar irəli sürmüşlər:
“Şükür edənlərin sayı nankorluq və küfr edənlərin sayı ilə müqayisədə çox az olduğuna görə, şükür edənlər üçün ismi-faildən, küfr edənlər üçün isə mübaliğə mənasını verən “kəfur” (həddindən artıq küfr və nankorluq edən) siğəsindən istifadə edilmişdir.”[1]
"Təfsiri nümunə”də bu barədə deyilir: “Heç kəsin dili Allah-taalanın nemətlərinin şükürünü yerinə yetirməyə qadir olmadığından, şükür məqamında ismi-faildən istifadə olunur, halbuki küfr və nankorluq barəsində mübaliğə siğəsi olan “kəfur” kəlməsindən istifadə olunur. Yəni onda həddindən artıq şiddət və çoxluq vardır. Çünki ən böyük ilahi neməti görməməzliyə vuranlar ən böyük nankorluğa düçar olmuşlar. Allah-taalanın hidayətin müxtəlif vasitələrini insanlarını ixtiyarına qoyduğu halda insanın onların hamısını görməməzliyə vuraraq xəta və səhv yolunu getməsi ən böyük küfr və nankorluq sayılır.”[2]
Bunu da qeyd edək ki, “kəfur” kəlməsi həm nemətlərə qarşı nankorluq, həm də etiqaddakı küfr mənasına işlənir. Bunu Rağib özünün “Müfrədat” kitabında qeyd etmişdir.[3]
[1] Dərvişi, Muhyiddin, “Erabul-Quran və bəyanuh”, 10-cu cild, səh. 318, “Darul-irşad”, Suriya, 1415-ci qəməri il
[2] Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 25-ci cild, səh. 338, “Darul-kutubil-islamiyyə”, Tehran, 1374-cü şəmsi il
[3] Rağib İsfahani, Hüseyn ibni Məhəmməd, “Əl-müfrədatu fi ğəribil-Quran”, səh. 714, “Darul-elm”, Beyrut və “Əddaruş-Şamiyyə”, Dəməşq , 1412-ci qəməri il