A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın.
B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur.
C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən gözəldir. O cür ki, onun Allah bütün yaradanların ən gözəlidir.
D: İnsanın yaranmasından məqsəd, hər bir şey olsa nəticə ehtiyacsız olan Allaha yox insana qayıdır.
E: İnsanın əsl yaradılışından ən son məqsəd və nəticə, insanın həqiqi səadətə, kəmala və insaniyyətə yol tapmasıdır. Bütün bunlar o haqq olan Allahı tanımağa yol tapmaq və ona ibadət etməyə imkan yaradır.
Bu məsələ sabit olmuşdur ki, Allahın hər bir sifət və adları istər Allahın zatına bağlı olsun, bu surətdə Allahı zatının özü olması deməkdir. Misal üçün bu cür sifətlər: elm, qüdrət, malik və halimiyyət kimi sifətləri. İstərsədə felə nisbət verilmiş olsun və buna yermində fel sifətləri deyilir: misal üçün, mürəbbi raziq, xaliq iradə və Allahın rəhməti kimiləri Allahın (sübuti) sabit sifətlərindəndir. Allah taala bunların vasitəsilə davamlı olaraq öz feyzini bəndələrinə çatdırır və bu xəlq etməyin özü bunu tələb edir ki, arası kəsilmədən xəlq etsin (Allah taala hər gün bu şən və işdədir.[1]
Burada diqqətə çarpan mətləb budur ki, bəs Allah taala həkimdir və həkim şəxs mənasız iş görməz. yaradılışın qanunu hədəf və məqsəd üzərində Allah taalanın o uca məqsədinə uyğun bərpa olmuşdur. Bunda heç bir ümidsizlik və peşimançılıq görünməmiş və bu dünyanın hər bir zərrəsi və onun nizamı dillərdə gəzir.
Yoxdur heç bir nöqtəsində adi çatışmamazlıq, mən bu cür söz- söhbətsiz bir məsələ görürəm.
Quran ayələrinin əsasında, yaradılışın xaliqi, bütün yaradılışları oyuncaq və üstündə yaratmışdır. Bu gözəl yaradılmışın ən kiçik hissəsini də qiymətli hədəf və məqsədə uyğun yaratmış və onlardan heç biri işsiz və mənasız deyil.
Bu dünyada heç bir şey işsiz deyil.
Onun əsl mənbəsi bizlərə aşkar deyil.
Bu nöqtəni də diqqətdən qaçırmaq lazım deyildir ki, dünyanın və kainatın tanınmasından son nəticə və məqsəd insan olmuşdur. Daha açıq desək, Allah taala dünyanı yaratdı ki Adəmi xəlq etsin; çünki o bütün yaradılmışların ən yaxşısıdır. O cür ki, onun rəbbi xaliqlərin ən yaxşısıdır. Hədis Qüdsidə buyurur: (Ey Adəm övladı hər şeyi sənin üçün yaratdım, səni isə özüm üçün)[2]
İndi isə bu mövzunu açıqlayaraq əsl bəhsə başlayıb deyirik: İnsanın yaradılmasından məqdəs və nəticə hər nə olarsa insanın özünə qayıdır. Allah taalaya heç bir xeyri yoxdur çünki o hər bir imkanlardan ehtiyacsızdır və beləliklə insana heç bir ehtiyacı yoxdur.
(Ey insanlar! Siz Allaha möhtacsınız, yalnız Allahdır ki, ehtiyacsız, ibadət və sitayişə layiqdir).[3]
(Musa, İsrail peyğəmbərinə dedi: Əgər siz və yer üzündəki bütün insanlar kafir olsa belə Allaha heç bir zərəri yoxdur; çünki o ehtiyacsız və bundan ucadır).[4]
İmam Əli (ə) məruf həmmam xütbəsində buyurur: (Allah taala varlığı yaratdığı zaman onların günah və itaətindən amanda olub və onlara ehtiyacsız idi; çünki günahların günahı ona heç bir ziyan verməz və ibadətlərini ona heç bir xeyri yoxdur.[5] (ibadətə əmr etmək və günah iş görməyin qadağan olmasının xeyri insanlar üçündür).
İnsanın yaranması haqda Quranda bir neçə ayə vardır ki, onlardan hər biri bunun bir növünə işarə edir. Misal üçün? (Mən cin və insan yaratdım ki, yalnız mənə sitayiş etsinlər)[6] başqa bir yerdə isə oxuyuruq: (Ölüm və həyatı yaratdı ki, sizi imtahan etsin, sizin hansı biriniz daha çox yaxşı əmələ sahib olacaq)[7] (Yəni imtahan və tərbiyə nəticəsində kamil insan olmaq).
Başqa bir yerdə isə gəlmişdir: (Amma insanlar hər an müxtəlifdirlər, və rəbbinin rəhm etməsi (rəhməti kamil olmaqları üçün) üçün onları yaratmışdır)[8].açıqlandığı kimi, bütün bu yazılmışlar bir nöqtədə sona çatır və o da insanın kamilləşib hidayət olmasıdır. Bundan məlum olur ki, insanın yaradılışının son nəticə və məqsədi, insanın yüksək dəyərə, səadətə, kamala və ən uca kəramətə yol tapmasıdır. Bütün bunlar Allahı tanımaq, bəndəlik və onun qarşısında ibadət etməklə həyata keçir, və bunun nəticəsindədir ki: Allaha bəndəlik etmək qiymətsiz bir gövhərdir ki, onun batini rububiyyətdir).[9] Buna yol tapan insan, biz insanların hamısının Allah yanında sultandır.
İmam Sadiq (ə)- dan bir rəvayətdə oxuyuruq:
İmam Hüseyn (ə) öz əshabının qarşısına gəlib buyurdu: (Allah taala insanları yaratmadı yalnız onu tanımaq üçün, ona ibadət və bəndəlik etdiklərində, başqalarına ibadət etməyə ehtiyacları yoxdur).[10]
[1] - Ər- rəhman surəsi, ayə 29 (کل یوم هو فی شأن)
[2] - Əlmənhəcul- qəba, cild 5, səh 516, Elmul yəqin , cild 1, səh 38,
"یابن آدم خلقت الاشیاء لأجلک و خلقتک لأجلی"
[3] - Fatir surəsi, ayə 15, ("یا ایها الناس انتم الفقراء الی الله و الله هو الغنی الحمید")
[4] - İbrahim surəsi, ayə 8, ("و قال موسی ان تکفروا انتم و من فی الارض جمیعاً فإن الله لغنی حمید")
[5] - Nəhcül- bəlağə, Feyz, səh 11, həmmam xütbəsi
"اما بعد ، فإن الله سبحانه و تعالی خلق الخلق حین خلقهم غنیاً عن طاعتهم ، آمناً من معصیتهم ،
لأنه لاتضره معصیة من عصاه ، و لاتنفعه طاعة من أطاعه"
[6] - Zariyat surəsi ayə 56 (و ما خلقت الجن و الانس الا لیعبدون)
[7] - Mülk surəsi, ayə 2 ("الذی خلق الموت و الحیاة لیبلوکم ایکم احسن عملاً")
[8] - Hud surəsi, ayə 118 və 119 ("و لایزالون مختلفین الا من رحم ربک ولذالک خلقهم")
[9] - Misbahul şəriə fi həqiqətul- ubudiyyə. ("العبودیة جوهرة کنهها الربوبیة")
[10] - İləluş- şəraye, Səduq, Əl- mizan nəql etdiyinə əsaslanaraq, cild 18, səh 423
("ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه")