Müqəddəs İslam dini ilahi-asimani dinlərin axırıncısıdır. Bu din Allah tərəfindən bütün bəşəriyyət üçün seçilmiş bir din ünvanı ilə göndərilmişdir. İslam şəriətinin bütün keçmiş şəriətlər arasında ən kamil şəriət ünvanı ilə gəlişi ilə Allahın istəyi bu əsasda olmuşdur ki, ondan sonra bütün keçmiş din və şəriət ardıcılları bu dini qəbul etsinlər və bundan sonra yeni dinin göstərişlərinə itaət edərək tabe olsunlar. Mütəal Allah bu göstərişi hamı üçün ümumi bir qanun ünvanı ilə bəyan edərək buyurur: “Hər kəs İslamdan başqa bir dini seçərsə, heç vaxt ondan qəbul olunmayacaq və qiyamət günü ziyana uğrayanlardan olacaqdır.”
Bundan sonra öz nifaqlarını aşkar edən müşrik və münafiqlərə möhlət verildi ki, ya İslamı qəbul etsinlər, ya da müharibəyə hazırlaşsınlar. Amma kitab əhlinə belə bir fürsət verdilər ki, əgər İslamı qəbul etməsələr, öz əlləri ilə və tam zillətlə cizyə verməlidirlər. Bu şərtlə ki, müsəlmanların əleyhinə heç bir tədbir görməsinlər və cizyənin sair şərtlərinə də əməl etsinlər.
Müqəddəs İslam dini ilahi-asimani dinlər arasında sonuncu dindir. Bu din Allah-taala tərəfindən seçilmiş bir din ünvanı ilə bütün bəşəriyyət üçün göndərilmişdir. Bu məsələ Quranın bir çox ayələrindən məlum olur. Misal üçün, Allah-taala buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və İslamı sizin üçün bir din olaraq seçdim.”[1]
İslam şəriətinin keçmişdəki bütün şəriət qanunları arasında ən kamil din və şəriət ünvanı ilə gəlişindən sonra Allahın istəyi bu əsasda olmuşdur ki, bundan sonra, hətta keçmiş şəriət ardıcılları belə, bu dinə üz gətirib müsəlman olsunlar və öz dinlərini İslama dəyişsinlər, daha sonra yeni dinin göstərişlərinə tabe olsunlar. Allah-taala bu göstərişi bütün insanlar üçün ümumi bir qanun ünvanı ilə bəyan edərək buyurur: “Hər kəs İslamdan başqa bir din axtarsa (seçsə) heç vaxt ondan qəbul olunmaz və axirətdə ziyana uğrayanlardan olar.”[2]
İslam dəvətinin başlandığı mühitdə müxtəlif qruplar mövcud idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onların hər biri ilə tutduqları mövqe əsasında rəftar edirdi. Bir bölgüdə bu qrupları üç dəstəyə bölmək olar:
1. Müşriklər və bütpərəstlər;
2. Münafiqlər;
3. Əhli-kitab.
Birinci dəstə də iki qrupa bölünür:
a) Bir qrup Peyğəmbərlə heç vaxt əhd-peyman bağlamamışdı, Peyğəmbər də onların qarşısında heç bir iltizam verməmişdi;
b) Başqa bir qrup da Hüdeybiyyə və sair kimi şeylərdə Peyğəmbərlə müharibə və düşmənçiliyin tərk olunmasına dair əhd-peyman (müqavilə) bağlamışdı. Bu peymanların bəzilərinin müəyyən müddəti var idi, bəziləri isə müddətsiz idi. Bu zaman bəziləri Peyğəmbərlə bağladıqları əhd-peymana iltizamlı idilər və onun bütün şərtlərinə əməl edirdilər. Amma bəziləri birtərəfli olaraq peymanı pozmuş və Peyğəmbərin düşmənləri ilə əlbir olmuşdular.
Allah-taala bu qrupların hamısının vəzifəsini “Tövbə” surəsində bəyan edir. Əvvəlcə onların hamısını tövbə edərək İslam dininə qayıtmağa, şirk və bütpərəstlikdən əl çəkməyə dəvət edərək buyurur: “Əgər tövbə edərək Allaha doğru qayıtsanız və bütpərəstlikdən əl çəksəniz, sizin xeyrinizədir.”[3]
Bundan sonra inadkar və təəssübkeş müxaliflərə xəbərdarlıq edərək buyurur: “Əgər sizin səadətinizə zəmanət verən bu fərmandan imtina etsəniz, bilin ki, heç vaxt Allahı aciz edə, Onun hökumət hüdudlarından xaric ola bilməzsiniz.”[4]
Daha sonra bütün müşriklərə elan edib buyurur ki, müsəlmanlarla bağladığınız bütün əhd-peymanlar ləğv olunacaqdır: “Bu bezarlıq (və nifrət) elanı Allah və Onun Peyğəmbəri tərəfindən o müşriklər barəsindədir ki, onlarla əhd-peyman bağlamışsınız.”[5]
Axırda onlar üçün dörd ay möhlət təyin edir ki, bu müddət ərzində dərindən fikirləşərək öz vəziyyətlərini aydınlaşdırsınlar. Bu dörd ay tamam olduqdan sonra ya bütpərəstlikdən əl çəksinlər, ya da müharibəyə hazır olsunlar.[6]
Əlbəttə, bu külli hökmdəki dörd aylıq möhlətdən bir qrup istisna olunur və buyurulur: “Əhd-peyman bağladığınız müşriklərin yalnız o dəstəsi istisnadır ki, heç vaxt peymandakı şərtlərin əksinə tədbir görməyiblər və bir kəsi sizin əleyhinizə təhrik etməyiblər. Bu qrupun barəsində müddət sona çatana kimi əhd-peymanınıza vəfadar qalın.”[7]
Gördüyümüz kimi, Allah-taala birinci qrup barəsində qəti və aşkar hökm versə də, yenə də tam comərdliklə möhlət təyin etmişdir ki, hətta müşrik və bütpərəstlər də fikirləşib qəti qərara gələ bilsinlər. Bəlkə öz əməllərindən peşman olaraq Allah tərəfinə qayıdalar. Əks halda, İslamın yekun hədəfi bütpərəstliklə mübarizə aparmaq və şirkin kökünü kəsmək olduğundan, bu barədə son dərəcə ciddi və qəti tədbir görməklə, cihad hökmü verməklə irəliləyir ki, İslam dini və Allahpərəstlik yer üzündə bərqərar olsun.
İkinci dəstə olan münafiqlər barəsində isə, əgər nifaqları məlum və zahir olsa, eynilə müşriklərin hökmü kimidir. Yəni ya İslamı qəbul etməlidirlər, ya da onlarla müharibə aparılmalıdır. Allah-taala bu barədə buyurur: “Ey Peyğəmbər! Kafirlər və münafiqlərlə cihad apar və onlara qarşı ciddi ol!”[8]
Əlbəttə, nifaqlarını qəlblərində gizlədən və zahirdə İslamı qəbul edən münafiqlər barəsində hökm fərqlənir. “Tövbə” surəsinin 73-cü ayəsinin təfsirinə müraciət etməklə bu mətləb aydın olur.
Amma əhli-kitaba gəldikdə isə, İslama meyl və bu dini qəbul etmək göstərişi hamı üçün eyni səviyyədə olduğundan və heç kəs və qrup istisna olunmadığından, onların da ilahi fərmanın qarşısında təslim olaraq İslamı qəbul etmələri təvəqqe edilirdi. Amma onlardan bir qrupu belə etmədi və İslamdan üz çevirdi. Onlarla da ciddi rəftar edilməlidir. Amma onlar üçün müşriklərə müsəlmanlar arasında orta və mötədil bir mövqe nəzərə alaraq buyurulur: “Allaha və qiyamətə iman gətirməyən, Allah və Peyğəmbərinin haram etdiyini haram etməyən və haqq dinə üz gətirməyən əhli-kitablarla o vaxta qədər müharibə edin ki, öz əlləri ilə və zillətli halda təslim olub cizyə versinlər.”[9]
İslam bu qrupla mübarizəni mötədil cizyə şərtlərini qəbul etməklə şərtləndirir. Əlbəttə, ümumi bir tövsiyə də edir ki, əgər İslamı qəbul etsələr, özləri üçün daha yaxşıdır.