İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar:
1- İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. Müaviyə o əhd və peymana ehtiram etməklə cilvələnirdi.
2- Müaviyə İmam Hüseyn (ə)la qanlı qarşıdurmadan onun vahiməli nəticələrindən qorxaraq, çəkinirdi. Peyğəmbər (s) İmam Hüseyn (ə)ın şəhadətindən sonra bəni üməyyə hakimiyyətinin məhv olmasına xəbər vermişdi. Müaviyədə o hadisənin gerçəkləşəcəyindən qorxurdu. Məhz buna görə də yezidə bu işdə vəsiyyət etmişdi. Amma cavan, məst və məğrur yezid atasının vəsiyyətinə əməl etmədi. Həmin hakimiyyətinin ilk günlərindən özünü İmam Hüseyn (ə) ın qarşısında qərar verdi. Və onun qətli ilə nəticələndi.
3- Müaviyə mahir bir siyasətçi idi. Zahiri daha çox gözləyirdi. Digər tərəfdən də hakimiyyətinin iç üzü kütləyə aşkar deyildi. Amma yezid təcrübəsiz və xam bir cavan idi. Topuğadək fəsad və şəhvətə qurşanmışdı. Bunlar isə kütləyə aydın idi. Heç kəsə inkar etməyə yer qalmazdı. İmam Hüseyn (ə)ın sükutu kütlə qarşısında onu təyid etmək mənasına idi. Bu da İslamın kökünün və əsasının məhvi demək idi.
4- Əgər İmam (ə) müaviyənin hakimiyyəti zamanında qiyam etsəydi, imkanı vardı ki, müaviyə imamın qiyamını yatıtsın. Geniş və nüfuzlu təbliğatıilə kütlə arasında özünü haqqlı və İmamı haqqsız cilvələndirərdi. Lakin yezid bi işdən aciz idi. Məhz buna görə uzun zaman çəkmədiki dudmanı bərbad oldu.
5- Müaviyə zamanında kütlənin geniş şəkildə İmamdan dəvət və himayət etməməsi də digər səbəblərdəndi. Bir halda ki, yezid zamanında minlərcə dəvətnamə küfəlilər tərəfindən imam göndərilirdi. İmamı qiyama təşviq və sövq edirdilər. Əgər İmam (ə) bu qədər çox bir kütlənin dəvətini qəbil etmək üçün çıxmasaydılar, kütlənin nəzərində, imamın süstlüyü və ya qorxusu bəni üməyyənin cinayətlərinə nisbət və cəmiyyətin cavablarını verməkdə süstlük kimi qiyməıtləndirilərdi. Bunun nəticələri əvəzedicisiz olardı.
İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin və yezidin zamanında qiyam etməsinin müxtəlif səbəbləri var. Onların ən mühümləri ibarətdir:
1- İmam Həsən(ə) öz imamlığı dövründə müaviyə ilə döyüşdə kütlənin köməyindənməyus oldu. İmamın ordusunun başçısı satıldı. İslamı və İslam məmləkətlərini qorumaq üçün, qalan şiələrin canın güvəndə olması üçün və həmiçinin imtahan və müaviyəyə höccəti tamamlamaq üçün istənilməyən sülhə razılıq verdi. Baxmayaraqki, sülhnamənin bəndləri döyüşün davam ütməsinə xatir idi:
a) Müaviyə ələviləri azar və əziyyət etməyəcək.
b) Həzrəti Əli (ə) ın ənsarından və ələvilərdən qəsb olmuş malları qaytarmaq.
v) Müaviyənin Əmirəlmöminin ləqəbini işlətməməsi.
q) Ümumi yerlərdə Əli ibn Əbutalini söyməmək.
d) Özü üçün canişin təyin etməməsi.[1]
İmam Hüseyn (ə) İmam Həsən (ə)ın şəhadətindən sonra onun bağladığı peymanın hörmətinə qzbəqz qarşıdurmadan müaviyə ilə çəkinirdi.[2] Öz İmamı və qardaşına hörmət qoyurdu. Lkin müaviyənin vəfatından sonra bu əhdə və peymana bir yer qalmadı. Çünki İmam Həsən (ə)ın şəhadəti və qarşı tərəfin ölümündən sonra əhdnamənin müddəti sona çatdı.
2- Müəviyənin özüdə İmam Hüseyn (ə)la qanlı toqquşmadan qaçırdı. Onların qanının tökülməsindən vahiməsi vardı. Başqalarını da qarşıdurmadan çəkindirirdi. Məhz buna görə özündən sonra yezid üçün canişinliyinə beyət almada güc tətbiq etməkdən pərhiz etdi. Yezidə də tapşırdı ki, İmam Hüseyn (ə)la qanlı şəkildə qarşıdurmadan çəkinsin. Amma cavan, məst və məğrur yezid atasının vəsiyyətinə əməl etmədi. Həmin hakimiyyətinin ilk günlərindən özünü İmam Hüseyn (ə) ın qarşısında qərar verdi. Və onun qətli ilə nəticələndi.
Bu yezidin metodu idi ki, İmam Hüseyn (ə)la qanlı qarşıdurmaya girdi və İmam da kərbəlada ödədiyi qanlı qiymətin bahasına da belə yezidlə beyət etməyə hazır olmadı. Yezidin bu çirkin əməli səbəb oldu ki, əbu süfyan dudmanı bərbad olsun.[3]
3- Müaviyə mahir bir siyasətçi idi. Zahiri daha çox gözləyirdi. Digər tərəfdən də hakimiyyətinin iç üzü kütləyə aşkar deyildi. Amma yezid təcrübəsiz və xam bir cavan idi. Topuğadək fəsad və şəhvətə qurşanmışdı. Bunlar isə kütləyə aydın idi. Heç kəsə inkar etməyə yer qalmazdı. İmam Hüseyn (ə)ın sükutu kütlə qarşısında onu təyid etmək mənasına idi. Bu da İslamın kökünün və əsasının məhvi demək idi.
Yezidin zamanında sülh vəziyyətini qabağa aparmaq o fəsadçı vəziyyət təyid etmək demək idi. Nəticədə cəmiyyət kütlə daha çox yolunu azacaqdı.[4] Və yezidin hakimiyyətinin davamı İslamla vida etməyə və şəriətin məhv edilməsinə gətirib çıxaracaqdı.[5]
4- Əgər İmam (ə) müaviyənin hakimiyyəti zamanında qiyam etsəydi, imkanı vardı ki, müaviyə imamın qiyamını yatıtsın. Geniş və nüfuzlu təbliğatıilə kütlə arasında özünü haqqlı və İmamı haqqsız cilvələndirərdi. Lakin yezid bi işdən aciz idi. Məhz buna görə uzun zaman çəkmədiki dudmanı bərbad oldu. Yezidin fəsadı aşkar siyasi təcrübəsi az idi. İmamın şəhadətibdən sonra da edə bilmədi məmləkəti məhar etsin. Hər nə qədər çox çalışırdı əks cavab alırdı. Kütlənin məlumatları ged- gedə çoxalırdı. Ona görə daha çox rüsvay olurdu. Sonda ile üməyyə nəsli süquta uğradı. Bu iki hakimin fərq elə bir şey deyildi ki, İmam Hüseyn kimi uzaq görən bir İmamdan gizli qalsın.
5- Müaviyə zamanında kütlənin geniş şəkildə İmamdan dəvət və himayət etməməsi də digər səbəblərdən idi. Bir halda ki, yezid zamanında minlərcə dəvətnamə küfəlilər tərəfindən imam göndərilirdi. İmamı qiyama təşviq və sövq edirdilər. Əgər İmam (ə) bu qədər çox bir kütlənin dəvətini qəbil etmək üçün çıxmasaydılar, kütlənin nəzərində, imamın süstlüyü və ya qorxusu bəni üməyyənin cinayətlərinə nisbət və cəmiyyətin cavablarını verməkdə süstlük kimi qiyməıtləndirilərdi. Bunun nəticələri əvəzedicisiz olardı. İmam Həcc ayında xaric oldular. O da buna görə idi ki, aşuranın cigəryandıran və atəşli hadisələri Həmiçinin əməvilərin çirkin əməlləri və qətlləri aşkarlansın. Onların iç üzü görünsün. Höccət hamıya tamamlansın. Bu əməli ilə İmam (ə) dünya dünya olduğu qədər haqqtələblərə haqqı tamamladı. Qasib xəlifələr üçqün tarixi təhrif etməyə bir yer qoymadı. O qiyamın səmərələri o gündən qiyamətədək xalis Məhəmməd şəriətini yaşadacaq. Həqiqətən də İmam Hüseyn (ə) öz qiyamı ilə İslam ümmətinin nicat gəmisi və hidayət çırağı oldu. İndi isə bizim borcumuzdur Zeynəb kimi və Səccad misli İmamların zəhmətlərini bada verməyək və həqiqət itirən dünyada məzhəbi mərasimlərdə və digər əzadarlıqlarda onların məramını aşkar edib açıqlayaq.
İstifadə olunmuş ədəbiyyat:
Bilazəri, Ənsabul- Əşraf, cild 2
İbn Əsakir, Təhzibe tarixe dəmeşq, cild, 2
Əllamə Məclisi, Bəharul- Ənvar, cild 44
İbn Əsir, Əlkamil fit- tarix, cild 3
Əldeynəvəri, ibn qüteybə, Əl imamət vəs- siyasət,
Şeyx Mofid,Əl irşad
Yəqubi, ibn vazeh, tarixi Yəqubi,
Məsudi, Murucoz- zəhəb
İsfəhani, Əbul fərəc, Məqatilot- talibin,
Ale Yasin, Muhəmməd həsən, Əl İmam Əl Həsən ibn Əliu (ə).
[1] - Əmin Amoli, seyyid Möhsin, İmam Həsən (ə) və İmam Hüseyn (ə), səh 54 və 70
[2] - Həmin, səh 148
[3] - Mohəddisi, cavad, Aşura mədəniyyəti, səh 27, 38, 428 və 430
[4] - 103 cü sualda İslami ölkələrdə fəsad rəvacı sualına cavaba bax:
[5] - Mohəddisi, cavad, Aşura mədəniyyəti, səh 482 və 464, və həmçinin Əmin Amoli, seyyid Möhsin, İmam Həsən (ə) və İmam Hüseyn (ə), səh 276 və 282.