Şiə və əhli sünnət, tarixçilərinin, hədisçilərinin və təfsirçilərinin əksəriyyətinin etiqadı budur ki, insan surəsinin ayələrindən bir sırası o cümlədən;
«وَ یطْعِمُونَ الطَّعامَ...»
Ayəsi Allahın Rəsulunun (s) itrəti yəni İmam Əli (ə), Fatimə, Həsən və Hüseyn (ə) şənində nazil olubdur. Onun nazil olma zamanı zihəccə ayında o nəzərin ədasından sonra idi ki, İmam Əli (ə) və həzrəti Zəhra (s) Həsəneynin şəfası üçün nəzr etmişdilər.
İbni Abbas bu barədə deyir: İmam Həsən və Hüseyn (ə) bərk xəstə olmuşdurlar, bir cürə ki, Peyğəmbərin (s) bütün səhabələri onlardan iyadət etdilər, onların arasında Əbu Bəkr və Ömər də var idi, dedilər: Ey Əbəl- Həsən Allah üçün nəzr etsəydin (yaxşı olardı) Əli (ə) buyurdu: Nəzr edirəm ki, Allah Peyğəmbəri Muhəmməd (s) iki nəvəsinə şəfa versin, üç gün oruc tutaram, Fatimə də onu eşitdi və buyurdu: Allah üçün mən də boynuma gəlsin. Həmin sən dediyin nəzr, Həsən və Hüseyndə onu eşitdilər və dedilər: Ey ata Allah üçün bizim də boynumuzda olsun həmin dediyin.
Allah onlara şəfa verdi və onlar nəzrlərini yerinə yetirmək üçün üç gün oruc tutdular. Birinci gün iftar vaxtı, bir miqdar çörək hazırlamışdılar, o çörəyi fəqirə ki, evin qapısını döydü və yemək istədi, verdilər. İkinci gün yetimə üçüncü gün əsirə verdilər və bu minvalla üç gün ancaq su ilə oruc tutdular ki, bu ayələr nazil oldu.
Şiə və əhli- sünnət[1], tarixçilərinin hədisçilərinin və təfsirçilərinin əksəriyyətinin etiqadı budur ki, İnsan surəsinin ayələrindən bir sırası o cümlədən
«وَ یطْعِمُونَ الطَّعامَ...»
ayəsi Allah Rəsulunun (s0 itrəti, yəni, Əli, Fatimə, Həsən və Hüseyn (ə) şənində nazil olubdur, onun nazil olma zamanı zihəccə ayında o nəzri yerinə yetirəndən sonra idi ki, İmam Əli (ə) və həzrəti Zəhra (s) Həsəneynin şəfasın üçün nəzr etmişdilər.
Nəzrin keyfiyyəti və əhli- beytin (ə) miskinə, yetimə və əsirə yemək verməsi haqda iki nəql var:
Bir. Məşhur nəql
İbni Abbas « وَ یطْعِمُونَ الطَّعامَ...»[2] ayəsi barədə deyir: İmam Həsən və Hüseyn (ə) bərk xəstələnmişdilər, bir cümə ki, Peyğəmərin bütün səhabələri onların görüşünə getdilər, onların arasında Əbu bəkr və Ömər də var idi, dedilər: Ey Əbəl- Həsən Allah üçün nəzr etsəydin (yaxşı olardı) Əli (ə) buyurdu: Nəzr edirəm ki, Allah Peyğəmbəri Məhəmmədin iki nəvəsinə şəfa versin, üç gün oruc tutaram, Fatimə də onu eşitdi və buyurdu: Allah üçün mənimdə boynuma gəlsin sən dediyin nəzr Həsən və Hüseyn də onu eşitdilər və buyurdular: Ey ata Allah üçün bizimdə boynumuzda olsun həmin dediyin.
Allah onlara şəfa verdi, onlar oruc tutdular.[3]
Həsəneyn (ə) şəfa tapandan sonra, həzrəti Əmir (ə) Şəmunun yanına o yəhudi idi ki, onların qonşuluğunda evi var idi, getdi. Şəmun bir miqdar yun verdi ki, əyirsinlər və əvəzində üç sa arpa əl muzdu verdi.
Həzrəti Zəhra (s0 arpanı üyürdü, beş nəfərin[4] iftarı üçün beş çörək hazırladı. Həzrəti Əmir (ə) axşam namazından sonra evə gəldi ki, iftar etsin. Hələ süfrəyə əl uzatmamışdı ki, evin qapısında bir sail səsləndi ki, mən müsəlmanların miskinlərindən biriyəm, mənə yemək verin, Allah sizə cənnət yeməklərindən versin. İmam Əli (ə) öz çörəyini fəqirə verdi. Fatimə (s) Həsən və Hüseyn (ə) Fizzədə tabeçilik edərək hamısı öz çörəklərini fəqirə verdilər və su ilə iftar etdilər.
İkinci gündə oruc tutdular həmin minvalla Fatimə (s) iftar üçün beş çörək hazırladı, iftar vaxtı qapıdan səs ucaldı: "السّلام علیکم یا اهل بیت النبوة و معدن الرسالة" Mən müsəlman yetimlərindən biriyəm mənə yemək verin, o gecədə hamı öz çörəklərini verdilər və su ilə iftar etdilər. Üçüncü gündə oruc tutdular iftar vaxtı qapıdan səs ucaldı ki, mən əsirəm və acam mənə yemək verin.[5] Yenə hamısı (beş nəfər) öz çörəklərini verdilər və açlığa səbr etdilər.
Dördüncü gün İmam Əli (ə) Həsən və Hüseyn (ə)- ın əlini yutdu bir halda ki, zəiflikdən titrəyirdilər, onları Allah Rəsulunun (s) hüzuruna apardı. Allah Rəsulunun gözü ki, onlara düşdü çox həyəcanlanıb və narahat oldu. Buyurdu: Qalxın Fatimənin (s) otağına gedək, onlar gələn vaxt Fatimə (s) ibadət mehrabında idi. Aclıqdan əsirdi və içi- için keçmişdi və gözləri çökəyə düşmüşdü; çün Allah Rəsulu itrətinin bu halını gördü dua etmək üçün Allah dərgahına əl qaldırdı və Allahdan kömək istəyib dedi: Ey Allah itrətim aclıqdan lür. Cəbrail gəldi və bu ayələr « یوفُونَ بِالنَّذْرِ» dən «إِنَّ هذا کانَ لَکُمْ جَزاءً وَ کانَ سَعْیکُمْ مَشْکُوراً» [6] qədər gətirdi.[7]
İki. Qeyri məşhur nəql
Başqa nəql odur ki, həzrəti Zəhra (s) iftar üçün bir miqdar yemək hazırladı. İftar vaxtı bir miskin gəldi və yemək istədi; Əli (ə) yeməyin üçdə birini ona verdi, ondan sonra yetim gəldi yeməyin başqa hissəsin ona verdilər. Daha sonra əsir gəldi yeməyin qalanını da ona verdilər. Və hər üç hadisə bir gecədə baş verdi və yemək üç hissəyə bölündü və hər üç hissə onlara verildi. İmam Əli (ə) və ailəsi su ilə iftar etdilər. Burada bu ayələr nazil oldu: Bu sizin mükafatınızdır və sizin çalışqanlığınız təqdirə layiqdir!".
Deyilməlidir bu böyük mükafatlar çalışmağın və özünü düzəltmələrin nəticəsidir və bu bütün möminlərin haqqında ola bilər. Əgər xalis və ancaq Allaha xatir çalışa bilsələr və onların çalışmalarıda Allah yanında itirilməz olacaq.[8]
Buna əsasən şiə və əhli sünnətin əsgər alimlərinin nəzərinə uyğun olaraq, bu ayələr, Peyğəmbərlər (s) itrəti; yəni Həzrəti Əli, Fatimə, Həsən və Hüseyn (ə) şənində nazil olubdur, onun nazil olma zamanı zihəccə ayında o nəzəri yerinə yetirəndən sonra idi ki, İmam Əli (ə) və həzrəti Zəhra (s) Həsəneynin şəfası üçün nəzr etmişdirlər.
[1] - Bax: Təbərsi, Məcməul- bəyan fi təfsiril- Quran Mütərciman, cild 26, səh 147- 148, Fərəhani, Tehran, birinci çap, 1360. Hicri şəmsi.
[2] - İnsan surəsi, ayə 8.
[3] - Cəfəri, Yəqub, Quranda İmam Əlinin (ə) siması, səh 364, üsvə, Qum, birinci çap, 1381 hicri şəmsi.
[4] - Nəqlə əsasən Fizzədə o dörd nəfər kimi nəzr etmişdi.
[5] - Mümkündür sual olsun ki, şəni nuzula uyğun əsir kişi iftar vaxtı Əlinin (ə) qapısına gəldi! Məgər əsirlər zindanda deyildilər? Cavabda demək lazımdır: Tarixə əsasən Peyğəmbər (s) zamanında zindan olmayıb, həzrət əsirləri bölüb müsəlmanlara tapşırırdı və buyururdu: Onlardan muğayat olun və onlara yaxşılıq edin, bəzən onları yeməklə təmin edə bilməyəndə digər müsəlmanlardan kömək alırdı, onları özüylə birlikdə hətta təkcə müsəlmanların sorağına göndərdirdi ki, onlara kömək etsinlər; çünki o zaman müsəlmanların vəziyyəti çətin idi. Əlbəttə sonralar İslam hökuməti genişləndi əsirlərin hətta cinayətkarların sayı çoxaldı, zindan yaradıldı əsirlərin və cinayətkarların ərzaqı Beytul- maldan idi". Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 25, səh 354, Darul- kutubul- İslamiyyə, Tehran, 1374.
[6] - İnsan surəsi, ayə 7- 22.
[7] - Əmin, Seyyidə, Nüsrət, Məxzənul- irfan dər təfsiri Quran, cild 14, səh 2387- 2339, nəhzəti zənani müsəlman, Tehran, 1361 hicri şəmsi.
[8] - R. K. Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 35, səh 243, Əlvəfa müəssisəsi, Beyrut, 1409 hicri qəməri.