- İnsan o zaman ilahi əzaba düçar olur ki, insanın ixtiyarında olan hidayət vasitəsi olan daxili və xarici peyğəmbərlərdən istifadə etmir.
- Allahaın insanların gördüyü işlərdən agah olması, onları xəta işlərə məcbur etmir. Həqiqətdə isə Allahın elmi insanların rəftarını bəyan edir.
- Pis insan və məxluqun yaranması lazımdır. Şeytan olmalıdır ki, insan bununla üz- üzə gələrək öz kamilliyinə yol tapsın.
- baxmayaraq ki, cindən və insandan olan şeytanlar lazımdır amma kimin bu rolda oynaması insanın öz ixtiyarı və seçimiylədir. Allah bu yolda heç bir kəsi məcbur etmir.
Günah əhlinin yaranması və əzaba düçar olmalarının müəmmalı olmasının məsələsi, "cəbvə ixtiyar" məsələsinə qayıdır.
Bu cür sual olur: Əgər Allah Taala insanların alın yazısını və sonunu bilirdisə, nə üçün onları yaratdı?
Bu cür yaranmaq məcburidir və bəşərin ixtiyarından kəşfdir. Başqa bir tərəfdən əgər bu yaranmış üsyan və günah etməsədə buna səbəb olur ki, Allahın elmində bu insanın günahkar və üsyünkar olmasına müxalif çıxır. Bəs o insan məcburdur ki, həyatda ömrünü təkəbbürçülüklə sona yetirsin. Başqa cür rəftar etməyə ixtiyarı yoxdur. Bu da bir növ cəbr deməkdir.
Bunun üçün də bir neçə hissədə "Allahın elmiylə" "insanların məcbur və ixtiyar" sahibi olmasının arasında olan rabitəni açıqlayırıq:
1)- İnsanların necə əməl edəcəyinə və rəftarlarına elmi olması, buna səbəb olmur ki, onlar bu işlərdə məcbur olsunlar. Misal üçün. Əgər siz dostunuzu hündür bir binanın və yaxud hündür bir yüksəklikdə, sürətlə maşın sürməsini görürsünüz.
Bunun yüksək surətdə sürücülük etməsini müşahidə etdiyiniz zaman bilisiniz ki, bu gündürlükdən düşəcək. Onun bu rəftarının sonu xoşa gəlməz bir hadisəylə sona çatacağını bilirsiniz və bir neçə dəqiqədən sonra təbii bir halda oradan qəzaya uğrayır, burada sizin təqsiriniz varmı?
Onun qəzaya uğramasına siz səbəb oldunuzmu? Onun dərəyə düşməsi sizin tərəfinizdən olmuşdurmu?
Yaxud sizin elminiz onun doğru sürücülük etməməsinə səbəb olub, qəzaya uğramağa məcbur etmişdirmi?
Dövlət yol və maşın düzəldən mühəndislər bunu bilirlər ki, baş verən qəzaların çoxu sürücülüyə doğru riayət edilməməsi üçün baş verir. Bu qəzaların baş verməsinə səbəb yollardırmı?
Allah taala heç bir kəsin həyatına və alın yazısına günahı yazmamışdır. Bu hədisi bir çox islam alimləri peyğəmbərdən (s) rəvayət etmişlər: "O şəxslər ki, alın yazısından söz açır və gesab edirlər onların bütün günahları onların alın yazılarından qaynaqlanır və Allah onları buna məcbur edir.
Əzab olduqları isə ixtiyarsız olaraq bu alın yazısının nəticəsidir. Bunu bilsinlər ki, bu yalnış bir fikirdir və çox peyğəmbərlər də onlardan razı deyildi.
Allah onları lənət edir."[1]
2)- Yaxşı olar bu cür deyək, Allah bilir hansı insan hidayət vasitəsindən istifadə edəcək və kimlər ondan üz çevirəcək. Əzab o vaxt insana olar ki, insan öz ixtiyarıyla hidayət vasitəsindən istifadə etməsin. O müəllim kimi ki, dərs ilinin birinci gün müvəffəqiyyət amillərini şagirdlər üçün sayır və bunu da bilir hansı şagird buna qulaq asır və hansı diqqətsizlik edir. Məlum olur ki, yaxşı qiymət və hədiyyələr sahibinə qismət olur.
Mənfi qiymət və baş ağrıları o şəxslər üçündür ki, öz əxlaqıyla onu özünə istəmişdir. Bəs müəllimin elmi, şagirdlərin əxlaq və rəftarından pərdəni götürür amma onları tənbəlliyə məcbur etmir.
Bəzi nəzər sahibləri deyir: Allah bəndələrin itaət və günahlarına elmi var,[2] və bu elm insanların etdiyi əməlləridir.[3]
3)- Bütün bu etirazlar, o zaman ola bilər ki, Allah insanların hidayəti üçün heç bir vasitə göndərməsin; və bununla belə insanlardan itaət gözləsin. Daxili peyğəmbər (fitrət və sağlam ağıl) xaricdə olan peyğəmbər (peyğəmbər, imam, kitab və ilahi alimlər) insanların hidayəti üçün hazırlanmışdı, bəs təqsir kimdədir?
O şəxs ki, yüz çıraqla əyri yol seçir? Və yaxud o şəxs ki, çıraqları sındırıb müxalifətlik edəni tənbeh edib cəzalandıran?
4)- Bu günkü dövrdə yaşamaq, iradə məktəbidir. Hər kəsin xoşbəxt və yaxud ləyaqətsiz bir insan olması onun öz əlindədir. Onun öz hərəkəti lazımdır ki, Allahdan hidayət olmasını daha çox istəsin.
5)- Allah insanı yaradıb iradə etdi ki, o kəmala çatsın. İnsanı kəmala çatması üçün şeytanın yaranması lazımdır. Çünki bununla insan kamilliyə doğru yol açır. Şeytanın olması, iman əhli olan insanlar və o şəxslər ki, haqq yolu tanımaq istəyənlər üçün ziyanı yoxdur. Bir növ kamilliyə çatmaq üçün vasitədir; çünki kamil olmaq həmişə iki müxalif şeyin nəticəsində baş verir.[4]
6)- Baxmayaraq ki, cinlərdən və insandan olan şeytanların olması zəriridir. Amma kim bu işi öz öhdəsinə götürməlidir ixtiyar və seçimlə baş tutur. Allah tərəfindən heç kəs məcbur olunmur.
Allah taala şeytanı şeytan olaraq yaratmadı. O illərlə (6 min il)[5] mələklərlə bir yerdə ibadət əhli olmuşdur. Sonralar isə öz istəyiylə təkəbbürlüyün üzündən üsyan edib əyri yolu qarşısına qoyub Allah rəhmətindən uzaq oldu.
Bu cür Yezid də bir iş görmüşdür: Yəni Yezid öz istəyiylə bu cür olmasını seçmişdir. Bəs yezidin ixtiyarı yoxdur ki, desin ilahi nə üçün məni yaratdın, çünki Allah taala buyuracaq sənin olmağın zəruri və lazım idi. Əgər o desə ki, nə üçün mən bu işi görməliydim? Allah cavabında deyəcək ki, bu rolu sən özün öz ixtiyarınla seçmisən və bunu seçməyə bilərdin. Yezid olmaya bilərdin və buna görə də sən məhkum olursan.
Başqa cür desək, bu dünyada pis insanların olması lazımdır; çünki digər insanlar onlarla yaşayaraq kamilliyə çatırlar. Yezidin olması lazımdır ki, imam Hüseyn (ə) və o həzrətin gördüyü iş məna daşısın. Buna görədir ki, imam Hüseyn (ə) şəhadətə yol tapıb o uca məqamı əldə edir. Allah taala heç bir kəsi məcbur etmir ki, Yezid olsun, insan özüdür ki, öz istəyiylə özünü o kürsüdə qərar verir. Buna görə də ixtiyarı yoxdur Allaha desin ilahi nə üçün Yezid rolunda olaraq yaratdın və mən də bu rolu oynadım. İnsan özü edə bilərdi bu rolu seçməyib bu rolda oynamasın.
7)- İnsanın yaranması, Allah tərəfindən ona nəsib olan bir mərhəmətdir.
Bu misalın oxşarı kimi ki, bir şəxs süfrə aşır və bir dəstəni o süfrədə hazır olan yeməklərdən meyl etmək üçün dəvət edir. Əgər bu bax bir şəxs öz istəyiylə o ruzidən yemirsə və bunun nəticəsində həll olunmaz bir məsələylə üzləşirsə, ev sahibinə heç bir söz demək olmaz və onu məhkum etmək olmaz nə üçün dəvət etdin. Əgər dəvət etməsəydi də bilirdi (ki, filan qonaq yeməkdən yeməyəcək).
Mümkündür ki, o qonaq ona desin nə üçün məni qonaqlığa dəvət etmədin. Məni də dəvət etsəydin mən o yeməklərdən meyl edərdim.
[1] - Biharul- ənvar, cild 5 səh 47
انه (ص) قال: لعنت القدریه علی لسان سبعین نبیاً. قیل: و من القدریة یا رسول الله؟
فقال: قوم یزعمون ان الله قدر علیهم المعاصی و عذبهم علیها