İslam, insanlığın pak fitrət və sevgi- məhəbbət dinidir və bütün bəşəriyyətin hidayəti və səadəti üçün gəlmişdir. Dini seçmək ixtiyari bir iş olduğu üçün həmişə İslam cəmniyətində az- çox qeyri müsəlman şəxslər tapılmış olur. İslam dininin bütün insanlar, məxsusən başqa dinlərin ardıcılları ilə göstərişi hüquqların riayət olunması, xoş rəftarlıq və dinc yanaşı yaşamadır. İstər İslam cəmiyyətində və İslam hökumətinin nəzarəti altında yaşasınlar. (əhli zimmə), istərsə də qeyri İslami cəmiyyətdə olsunlar. Əhli zimmə olan kafirlər qarşılıqlı olaraq gərək "zimmə" şərtlərini riayət edələr və əgər "zimmə" şərtlərini riayət etməyələr yaxud onlardan xəyanət baş verə, İslam qanunlarına uyğun olaraq cəzalandırılarlar.
İslam, insanlığın pak fitrət və sevgi- məhəbbət dinidir və bütün bəşəriyyətin hidayəti və səadəti üçün gəlibdir. Rəvayətlərdə və hədislərdə dinə yanaşı yaşama və qeyri müsəlmanların insanlıq hüquqlarının riayət olunması israr olunubdur və İslamın rəhbərləri həmişə müsəlmanları başqa məzhəblərin ardıcıllarının hüquqlarını riayət etməyə, onlarla ədalətli olmağa və onları əziyyət etməkdən çəkinməyə tövsiyə ediblər ki, neçə nümunəyə işarə edirik:
Əziz İslam Peyğəmbəri (s) buyurur: "Hər kəs İslamla müqavilə bağlayanlardan biri ilə qəddarlıqla davrana və onun qüvvəsindən artıq ona təklif qəbul etdirsə, qiyamət günündə mən özüm onun düşməni olacağam".[1]
Həmçinin buyurur: "Hər kəs əhli zimməni (İslamın pənahında olan yəhudi və zərdüştlər) əziyət edə, məni əziyyət edibdir".[2]
İmam Əli (ə) buyurub: "Hər kəs əhli zimməni əziyyət edə, sanki mənə əziyyət edibdir".[3]
İslamın böyük rəhbərləri qeyri müsəlmanların yaşayışının necəliyi qarşısında özlərini məsul biliblər.
İbni Abbas əziz Peyğəmbərin (s) belə söylədiyini rəvayət edir: "Bütün İlahi dinlərin fəqirlərinə sədəqə verin".[4]
İmam Əli (ə) Malik Əştərə ünvanladığı məktubunun bir bölməsində buyurur: "Ey Malik, mehriban ol və camaata mehribanlıq gözü ilə və məhəbbətlə dolmuş sinə ilə bax; yırtıcı kimi onların canı və malını qarət etməyə çalışma. Ey Malik, əlinin altında olanlar iki dəstədən ibarətdir: Ya müsəlmanlardır və sənin din qardaşlarındır və yaxud başqa məzhəblərin ardıcıllarıdırlar.
Bu halda da sənin kimi insandırlar".[5]
Gərək diqqət oluna ki, həzrət Əmirəl- mömininin (ə) Malik Əştərə buyurduqları Misr ölkəsində müsəlmanların sayının az olan vaxtı baş verib və İslam qoşunun əli ilə Misrin alınmasından bir neçə il keçməmiş idi. Təbii olaraq bu neçə ildə İslamı qəbul edənlərin sayı az idi və camaatın əksəriyyəti hələ də məsihi (xristian) idilər.[6]
İmam Sadiq (ə) əhli zimmənin hüquqları barədə belə buyurub: "Müsəlmanların pənahında olan şəxslərin həqqi budur ki, Allah- Taalanın onlardan qəbul etdiklərini qəbul edəsən və nə qədər ki, Allah- Taalanın əhdinə vəfadardırlar onlara zülm etməyəsən".[7]
Həmçinin İslam Peyğəmbəri (s) və İslam rəhbərlərindən başqa məzhəblərin ardıcılları ilə dinc yanaşı yaşama barəsində təkidli sifarişlər yetişibdir ki, həqiqətdə Quranın da tövsiyə etdiyi dinc yanaşı yaşamadır.
Bunlar göstərir ki, İslamı heç bir qeyri müsəlman ilə düşmənçiliyi yoxdur və o mövqedə deyil.
İmam Əli (ə) Malik Əştərə ünvanladığı məktubunun başqa bir yerində buyurur: "Əgər düşməninlə sənin aranda müqavilə bağlana yaxud onlara pənah verməyi öhdənə götürəsən, öz əhdinə vəfa elə, öz öhdəçilərinə hörmətlə yanaş və öz canını öz öhdəçiliklərin üçün sipər et; çünki əhdə vəfa etmək o İlahi vaciblərdəndir ki, bütün insanlar çoxlu ixtiyarlarla birgə bu məsələdə fikirləri birdir. Hətta cahiliyyət dövrünün müşrikləri də müsəlmanlardan əlavə bunu riayət edirdilər. Çünki əhdə vəfa etməyin nəticəsini təcrübə etmişdilər. Buna əsasən heç vaxt əhdini sındırma, öz əhdinə xəyanət etmə və düşmənini aldatma; çünki cahil və bədbəxtdən başqa heç kəs Allaha qarşı həyasızlığı qəbul etmir. Allah- Taala, onun adı ilə bağlanmış əhd- peymanı öz rəhməti ilə bəndələrinin rahatlıq səbəbi və əmin- amanlıq yeri qərar verib ki, ona pənah aparalar".[8]
Bu nəticəyə gəlmək olar ki, qeyri müsəlmanlarla bağlı İslam rəhbərlərinin tövsiyəsi ədalət, insaf, hüquqları riayət etmək və başqa məzhəblərin ardıcıllarını əziyyət etməkdən çəkindirməkdir. Amma əgər onlar əhd- peymanı sındıralar və xəyanət edələr, bu halda İslam kəskin şəkildə fitnələri sakitləşdirmək və qarşısını almaq üçün Quranın göstərişlərinə əməl edir ki, buyurub: "De, Ey kitab əhli! (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən şəxsləri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbu ki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir".[9]
[1] - Müraciət edin: Sədruddin Bəlaği, İslamda ədalət və qəza, səh 57; Zeynəl- Abidin, Qurbani, İslam və bəşərin hüquqları, səh 397.
«"من ظلم معاهداً و کلفه فوق طاقته فانا خصمه یوم القیامة"»
[2] - Sədruddin Bəlaği, Həmin mənbə, səh 57.
«من آذی ذمیاً فقد آذانی»
[3] - İbni əbil Hədid, Nəhcül- bəlağənin şərhi, cild 20, səh 253, hədis 578.
«من آدی ذمیاً آذانی»
[4] - Əfif əbdul- fəttah Təbarə, Ruhud- dinil- İslami, səh 276.
«تصدقوا علی اهل الادیان کلها»
[5] - Nəhcül- bəlağə, məktub 53.
«واشعر قلبک الرحمة للرعیة و المحبة لهم، و اللطف بهم، و لا تکونن علیهم سبعاً ضاریا تغتنم أکلهم، فانهم صنفان: اما اخ لک فی الدین، او نظیر لک فی الخلق ...»
[6] - İslam məktəbi jurnalı, nömrə 5, səh 49.
[7] - Vəsailüş- şiə, cild 15, səh 177, bab (bölmə) 3.
«و حق اهل الذمة ان تقبل ما قبل الله عز و جل و لا تظلمهم ما وفوا لله عزوجل بعهده»
[8] - Nəhcül- bəlağə, məktub 53.
«ان عقدت بینک و بین عدوک عقدة او البسته منک ذمة فحط عهدک بالوفاء و ارع ذمتک بالامانة، و اجعل نفسک جنة دون ما أعطیت فانه لیس من فرائض الله شیء الناس اشدّ علیه اجتماعاً ، مع تفرق اهوائهم، و تشتّت آرائهم، من تعظیم الوفاء بالعهود»
[9] - Ali- imran surəsi, ayə 99.
«قُلْ یا أَهْلَ الْکِتابِ لِمَ تَصُدُّونَ عَنْ سَبیلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَها عِوَجاً وَ أَنْتُمْ شُهَداءُ وَ مَا اللَّهُ بِغافِلٍ عَمَّا تَعْمَلُون»