Bu sualın cavabı, iradənin tərifi və onun təkvini və təşrii iradəyə bölməklə aydın olur. İradə iki qismdir, biri təkvini iradə, o biri isə təşrii iradədir.
Təkvini iradə, varlıq sisteminə tam və kamil qgahlıqdan ibarətdir, yəni o miqdarda ki, Allah yaranış aləminin tam və kamil sisteminə alimdir, həmin elm, varlıq aləminin taranmasının səbəbidir ki, həmin elmə iradə deyilir.
Amma təşrii iradə, bəndənin işindəki məsləhətə əsaslanır ki, vəzifə və təklifə səbəb olur və biz onu təşrii iradə adlandırırıq.
İtaət və itaətsizlik, ibadət və günah, Allahın təşrii iradəsi olan, Allahın əmr və qadağaları ilə insanın ixtiyarı ilə etdiyi işlərin müqayisəsi yolundan ələ gəlir. Allahın təkvini iradəsi, insanın bütün ixtiyarı işlərinə şamil olduğu üçün, Allahın təkvini iradəsiylə müqayisə olunmur. Bəyənilmə və pislənmə cəhətdən (hansı ki, Allahın təşrii iradəsinin meyarıdır) insanın ixtiyarı və iradə etdiyi işlər iki hissəyə bölünür; 1. Bəyənilmiş işlər. 2. Bəyənilməyən işlər. Birinci qism, Allahın təşrii iradəsinə aiddir. İkinci qism isə onun təşrii iradəsinə aid deyildir. Amma hər iki dəstə, iradə olduqlarına görə, Allahın təkvini iradəsinə aiddirlər. Deməli bəyənilməyən işlər, əvvəldə və birbaşa insanın iradəsilədir. Vasitə ilə isə Allahın təkvini iradəsinə aiddir və eyni halda, onun təşrii iradəsinin əksinədir.
Yaranış sistemində olan ümumi qanuna əsasən, varlıq aləmində Allahdan başqa heç kəs müstəqil və əsl iş görən və səbəb deyil. Bəzi varlıqların iş və yaratdıqları, Allahın icazəsi və iradəsilədir.
«و ما تشاؤن الاّ ان یشاء الله»
Həm işə şərait yaradanlara Allahın iradəsi şamil olur və həm də işin özü də Allahın iradəsinin tısiri altındadır. Amma qarşıya çıxan sual budur ki, Allahın iradəsinin genişliyi və ümumiliyi, günah və pis işlərin də, onun aradəsinə aid olmasını lazım tutur. Halbu ki, pis işləri iradə etmək, onları yerinə yetirmək kimi, pis və çirkinlik və Allahın müqəddəs zatı, bütün pis çirkin sifətlərindən pakdır. Bu sualın cavabı bir müqəddiməyə ehtiyaclıdır, o da iradənin təkvini və təşçriiyə bölünməsidir.
Ümumiyətlə nəzəri elimlər sahəsində, iradənin yalnız bir qismi var, o da "təkvini iradə"dir. Ikinci qism olan"təşrii iradə" isə təşrii və qanun qoymaya aid məsələlər sahəsində bəhs olur.[1]
Təkvini iradə, varlıq sisteminə tam və kamil agahlıqdan ibarətdir. Yəni o miqdarda ki, Allah yaranış aləminin tam və kamil sisteminə alimdir, həmin elm, yaranış aləminin yaranma səbəbidir ki, elmə iradə deyilir. Başqa sözlə elm və iradə, bizim kimi varlıqlarda, iki məna və iki həqiqətə malikdir. Amma Allahın zatında, yalnız bir şeydir, dünyanı yaratmağı iradə etmək. Yəni yaranış sisteminə olan elm.
Amma təşrii iradə, bəndənin işindəki məsləhətə olan Allahın elmindən ibarətdir. Bu elm məsləhətə əsaslanır ki, vəzifə və təklifə səbəb olur və biz onu təşrii iradə adlandırırıq. Deməli məsləhətə olan agahlıq, ilahi təklif və vəzifədə olmalıdır. Yəni həmin təşrii iradə ki, vəzifələrdə olmalıdır ki var. Qeyri mümkün olan, təkvini iradənin əksinə olan, bəndənin istəməsidir. Amma təşrii iradədə, bəndənin istədiyi təşrii əmrin əksinə ola bilər. Yəni mümkündür ki, Allahın bəndənin namaz qılmasına elmi olsun, amma o bəndə namaz qılmasın, deməli vəzifələrdə lazım olan təşrii iradədir[2]
Sualın cavabını, qeyd olunan müqəddimələrə əsasən və fəlsəfi qanunlara və Quran ayələrinə uyğun olaraq, bu formada açıqlamaq olar. Mümkün olan varlıq, həmişə və bütün yerdə, Allahın məxluqu və yaratdığıdır.
«الله خالق کل شىء»[3]
Allahın məxluqu və yaratdığı hər şey bəyənilən və gözəldir
«الذى احسن کل شىء خلقه»[4]
Bəyənilən və pislənən işlər, əsas varlığı etibarilə, bir- birilə fərqlənmirlər. Digərlərinin malını sahibinin icazəsilə mənimsəmək və həmin malı icazəsiz mənimsəmək, həqiqət və varlığın əsl şərii rabitələri ilə, varlıq aləmində heç bir fərqləri yoxdur, çünki, hər iki iş, onları edənin ixtiyarı işidir və həqiqətdə və varlıq aləmində eynidirlər. Öz varlıq və həqiqətlərində, Allahın məxluqu və yaratdığı və onun təkvini iradəsinə aiddirlər. beləliklə çirkinlik və pislənmənin onda yolu yoxdur.
İnsanın işlərinin layiqli və bəyənilən olması, şərii əmr və qadağalara uyğun olub və uyğun olmamasına görədir. Bu şərii əmr və nəhylər də, Allahın razılığını və ya narazılıq və qəzəbini göstərirlər. Razılıq və qəzəbin meyarı, heç vaxt Allahın təkvini iradəsi deyil.[5]
İtaət və itaətsizlik, ibadət və günah, insanın iradəsilə etdiyi işlərlə, Allahın əmr və qadağalarını hansı ki, onun təşrii iradəsidir, müqayisə yolundan ələ gələn, məsələlərdir.
Allahın təkvini iradəsilə müqayisə etməklə ələ gəlmir. Elm və qüdrət kimi olan, Allahın təkvini iradəsi, insanın bütün işlərinə şamildir. Amma razılıq və qəzəb cəhətdən, Allahın təşrii iradəsi əsas götürülür.
Hədisdə gəlibdir ki, Allah buyurur:
«یا بن آدم انا اولى بحسناتک منک و أنت اولى بسّئاتک منى»
Bu hədisə diqqət etdikdə görürük ki, Allah yaxşı işləri həm özünə, həm də insana nisbət verir və buyurur: Mən sənin yaxşı işlərinə səndən daha münasibəm. Amma pis işlər barəsində buyurur: Sən öz pis işlərinə məndən daha münasibsən.
Bu barədə daha çox məlumatlı olmaq üçün, tədqiqatçıların bəzisinin məqalələrində gördüyüm bir misalı qeyd etmək istəyirəm:
Günəş divara saçan zaman, divar həm günəşin saçmasıyla işıqlanır, həm də günəçin saçması vasitəsilə kölgə salır. Divara baxıb və günəşdən xəbərsiz olan şəxs, elə bilir ki, divarın işıqlı olması divarın özündədir. Amma günəşə diqqət edən şəxs, divarın işığının günəşdən olmasını bilir. Baxmayaraq ki, işıqlıq divara nisbət verilir ki, həqiqətən divar işıqlıdır və bu nisbət verməkdə şəkk də yoxdur və bu aydın və məlumdur, amma onun işığı günəşdəndir. Dediyimiz kimi, qalxıb və oturmaq bizə nisbət verilir, amma güc və qüvvə Allahdandır. Habelə qğlamaq və gülməyi yaratmaq yalnız Allahdandır ki,
«انه هو اضحک و ابکى»
amma gülən və ağlayan Zeyd və Əmrdir.
Yenə görürük ki, divarın kölgəsi var, hamı bilir ki, bu kölgə divarın olmasına bağlıdır. Kölgənin var olması özündən deyil,əgər günəş işıq saçmasa kölgə olmaz, necə ki, divarın işıqlı olması da günışdəndir. Amma əgər divara işıq salmasaydı, kölgə də mövcud olmazdı. Deməli günəş, baxmayaraq ki, birbaşa və zatən divara kölgə verməyib və zatən və birbaşa ona işıq vermişdir, amma kölgənin vücudu, günəşin nur saçmasına bağlıdır. Deməli divar zatən işıqlı deyil, onun işıqlı olması qıraqdandır ki, günəşdən almışdır, baxmayaraq ki, kölgə onun tərəfindəndir. Deməli divarın işıqlı olmasında və divarın kölgəsinin olmasında, günəş mütləq hakimdir. Günəşin təsirini, divarın kölgəsinin olmasından götürmək olmaz, baxmayaraq ki, kölgə divarın olmasındandır.
Nəticə budur ki, günəşin işığı, yaxşı əməllərə misaldır və divarın kölgəsi günah və pis işə misaldır.
Günəş divara deyir: Sənin işıqlı olmağına baxmayaraq, amma «أنا اولى بنورک منک»
həmçinin yenə divara deyir: Baxayaraq ki, sənin kölgənin olması da məndəndir, amma «أنت اولى بظلک منى» Yenə divara deyir: «ما اصابک من نور فمن الشمس، و ما أصابک من ظلّ فمن نفسک»
Daha çox mütaliə etmək üçün olan mənbələr:
1. Həsən, Həsənzadə Amili, Cəbr və qədrin inkarında, nəticənin təsiri.
2. Cəfər übhani, İlahiyyat əla hudəl- kitabi vəs- sünnəti vəl- əqli, cild 2
3. Məhəmməd Təqi Cəfəri, Cəlaləddin Məhəmməd Bəlxinin məsnəvinin əzahı kitabını tənqid və izah verməsi, cild 1
4. Əhməd vaizi, İslam nəzərindən insan, hövzə və unversitetin həmkarlıq idarəsi.
5. Ruhullah Musəvi Xumeyni, Tələb və iradə, tərcümə və şərh edən, Seyyid əhməd Fəhri.
6. Sədrəddin, Molla Sədra Şirazi, Məcburiyyət və ixtiyar, əməllərin yaranması məqalələri
[1] - Əli Rəbbani. Gülpayqani, Məcburiyyət və ixtiyar, Qumun şəhidlər ağası adına araşdırma idarəsi, çao birinci, 1368, səh 84
[2] - İmam Xumeyni, Tələb və iradə, tərcümə və şərh edən, Seyid Əhməd Fəhri, elmi və mədəni çapxana, səh 52
[3] - Zümər, surəsi, ayə 62
[4] - Səcdə surəsi, ayə 7
[5] - Əllamə Təbatəbayi, Əl- mizan təfsiri, elmi mətbuat idarəsi, Beyrut, Livan, 1393, çap üçüncü, cild 1, səh 101