İslam insanlardan istəyir ki, kifayət qədər dəlil və məlumatla bu İlahi dini qəbul etsinlər və onun sayəsində hidayət tapmasınlar, amma qəbul edəndən sonra, dini buraxıb kafir olan şəxslər üçün ağır cəzalar nəzərdə tutubdur; çünki bu İslam ziddinə təbliğ üçün vəsilə olub və başqa müsəlmanları mənfi təsir altına sala bilər.
Amma qadın və kişinin fərqli xüsusiyyatlarını nəzərə alaraq ki, bu iki cins özünə məxsus ruhi və cismi xüsusiyyatlara sahibdirlər ki, bunların vasitəsiylə biri digərindən seçilir: Məsələn qadın kişiyə nisbət ruhi cəhətdən şiddətli məhəbbət hisslərinə sahibdir, buna əsasən bu iki cins haqqındakı hökm bir ola bilməz.
Qanun o zaman hikmətlidir ki, fərdlərin xüsusiyyatını və şəraitin nəzərə alaraq qoyulsun (yaradılsın). Bu uca Allahdır ki, bəndələrinin bütün xüsusiyyatlarını tanıyır və onun əsasında əmr və nəhy edir.
İnsan öz elminə diqqət edərək hökmlər arasında olan fərqin hikmətini kamil dəqiq şəkildə dərk edə bilməz. Məgər bu fərq ayələrdə və rəvayətlərdə gəlmiş ola.
Çünki qadın və kişini (xüsusiyyatları nəzərə almadan) müqayisə etmək düzgün deyil. Bu bir şeydir ki, insan ondan nəhy olub.
İrtidad "rədd" kəlməsindən lüğətdə qayıdış mənasınadır, din lüğətində küfrə qayıdış, irtidad və rəddə adlanır.[1]
Mühəqqiqlərin bəzilərinin fikri budur ki, baxmayaraq ki, irtidad müraciə və qayıdış mənasınadır, amma onun istilahı mənasında inkar qeydi nəzərdə tutulubdur.
Cahid o kəsdir ki, bir şeyin həqiqətinə elmi ən azından şəkki var, dəlillərin tam olmasına baxmayaraq yenə də inkar edir.[2]
Bu cəhətdən İslam dəlilsiz və kor- koranə tabeçilik istəmir. Bəlkə deyir məntiqi və hər cür qaranlıqdan və dolaşıqdan uzaq dəlillərlə ki, hamının onlara əli çatır, məzhəbi əsaslara söykənmək lazımdır.[3]
Quranı kərim bununla əlaqədə buyurur: "Əgər müşriklərdən biri sənə pənah gətirdi, ona pənah ver ki, Allahın sözlərini eşitsin.
O vaxt onu əmin amanlıq yerinə yetir..."[4]
Bu fərmanın ardınca idi ki, "Səfvan" adlı bir nəfər İslam Peyğəmbərinin xidmətinə gəlib və həzrətdən istədi ki, ona icazə versin ki, iki ay Məkkədə qalıb İslam barəsində axtarış aparsın. Bəlkə islam dininin düzlüyünə və həqiqət olmasına yetişdi və ona iman gətirdi. Peyğəmbər (s) ona buyurdu: Mən sənə iki ay əvəzinə 4 ay möhlət və aman verirəm.[5]
Digər tərəfdən İslam hökmləri həqiqi məsləhətləri və fəsadları nəzərə alaraq yaranıbdır ki, mürtədliklə əlaqədar hökmlərdə bu qaydadan istisna olunmayıb. Ayələrdən bəzilıri o cümlədən Bəqərə surəsinin 217- ayəsi və Ali- imran surəsinin 72- ci ayəsi göstərir ki, mürtədlik bir fitnə yaradan cərəyan adıyla müsəlmanların dini inanclarını zəiflətmək üçün xarici və daxili düşmənlər tərəfindən bəyan olub".[6]
Ali- İmran surəsinin 72- ci ayəsində buyurur: Kitab əhlindən bir dəstə (öz tabeçilərinə) dedilər günün əvvəlində möminlərə nazil olanlara iman gətirin və günün sonunda onları inkar edin (İslam dinindən qayıdın) bəlkə onlar (möminlər) öz dinlərindən qayıdalar.[7]
Həqiqətdə mürtədlik həqiqi mənasında inadkarlıq üzündən din əleyhinə təbliğ və dini inkarı üçün bir vəsilədir nə inki, xəta və şübhədən doğan dəlili əsas, bu cəhətdən demək olar ki, mürtədliyin fəlsəfəsi ibarətdir: Din əleyhinə təbliğdən və nəticədə İslam cəmiyyətində ümumi əxlaqi və nəzm intizamı təhdid edir.[8]
İslam xoşa gəlməz hadisələrin qarşısını almaq üçün ki, məzhəb (din) dəyişmək yolu ilə İslam cəmiyyətində yayıla bilər, aşkar olaraq göstəriş verir, əgər bir müsəlman kişi ki. Müsəlman ata anadan dünyaya gəlib "Mürtəd" ola (ki ona "Mürtədi fitri" deyilir) ona edam cəzası verilsin, amma necə ki, müsəlman olmayan ata anadan dünyaya gəlmiş olsa, sonra İslamı seçə daha sonra kafir ola (ki, ona "Mürtəd milli" deyilir) bir müddət ona əmr edirlər ki, tövbə etsin necə ki, qəbul etməsə onu da edam etsinlər.[9]
Amma əgər qadın mürtəd olsa İslam onun üçün asan cəza təyin edibdir.[10] Bu izahla ki, mürtəd qadın (milli ya fitri) öldürülmür, bəlkə onu tövbə etməyə çağırırlar. Əgər tövbə etsə onu azad edirlər əks halda zindanda qalır namaz vaxtı ona şallaq vurub sıxıntıda saxlayırlar.[11]
Buna diqqət etmək lazımdır ki, İslam nəzərindən bütün insanlar (qadın və kişi) yaradılışda birdilər: «خلقکم من نفس واحدة»[12] və bir- birlərinə nisbət üstünlükləri yoxdur və təkcə üstünlük meyarı İlahi təqvadır: «ان اکرمکم عندالله اتقاکم»[13]
Amma hər halda bu iki cins qadın və kişi özünə məxsus ruhi və cinsi xüsusiyyətlərə sahibdir ki, birini digərindən ayırır; məsələn biz hamımız bilirik ki, qadın ruhi cəhətdən şiddətli və güclü hisslərə və məhəbbətə malikdir, bəlkə demək olar ki, Əmirəl- mömininin rəvayətinə "المرأة ریحانة و لیست بقهرمانة " qadın güldür qəhrəman deyil,[14] həmin həqiqət gizlənibdir.
Bu mətləb, bir həqiqətdir ki, alimlərin və mühəqqiqlərin tapdıqlarıda buna şahiddir:
Bir Amerikalı məşhur piskoloq deyir: Kişinin dünyası qadının dünyasıyla tamamıyla fərq edir... bundan əlavə bu iki varlığın hissləri heç vaxt eyni olmayacaq.
"Kilyo Delison" deyir: Bir qadın piskoloq kimi ən çox istədiyim kişilərin ruhiyyəsi haqda mütaliə etməkdir... bu nəticəyə çatmışam ki, qadınlar daha çox hisslərinə kişilər isə ağıllarına tabedirlərt. Çox müşahidə olunubdur ki, xanımlar nə inki kişilərlə huş və zehni cəhətdən bərabərdirlər bəlkə bəzən bu sahədə onlardan üstündürlər. Davamlı fikirə ehtiyacı olan işlər qadını yorur.
"Eto klayn berq": Qadınlar ümumiyyətlə kişilərdən emosional olurlar.
"Muhəmməd Qütb": Əgər qadınlar ana olmaq istəsələr hissiyyatlı olmalıdırlar.[15]
Əgər hökmlər ixtilafları və fərqləri nəzərə almadan yaranarsa, şəriətin məsləhətinin əksinə olub və cəmiyyətin məsləhətləri necə lazımdırsa təmin olmayacaq. Bu cəhətdən qadın və kişiylə əlaqədar hökmlərin və təkliflərin (vəzifələri) bəzisi fərqlidir.
Buna əsasən demək olar: "Qadınlar bunu nəzərə alaraq ki, müdafiə və fikri cəhətdən bir növ kişilərlə fərqlidirlər və tez təsir altına düşürlər. Mürtəd olsalar İslam onlar üçün asan cəza təyin edibdir.[16] Bunu da qeyd etmək lazımdır ki, bəşərin elmi və biliyi azdır Vilyam Ceymizin dediyinə görə insanın məlumatları məchulatlarının müqabilində damlanın dəryanın müqabilində olması kimidir.[17]
Enişteyn təbirinə görə insan indiyə qədər təbiət kitabından nə oxuyubsa hələ təzə dil ilə tanış olubdur.[18]
Buna əsasən insanın ağılı hökmlərin nə üçünlüyün və (məsləhətlərin və fəsadların) kamil şəkildə dərk etməyə qadir deyildir və o ki bəzi hökmlərin (o cümlədən mürtədlik hökümünün) fəlsəfəsi adıyla bəyan olur əgər vəhy mənbələrinə söykənməsə və Məsumlar (ə) onun hikmətini buyurmuyublarsa, bir ehtimal həddindədir; çünki İmam Zeynul- Abidin (ə)- ın buyurduğuna əsasən:
«انّ دین الله لا یصاب بالعقول الناقصة» Allahın dini camaatın ağlı ilə ələ gətirmək olmaz.[19] İmam Sadiq (ə)- ın buyurduğuna əsasən: «ان دین الله لا یصاب بالقیاس» Allahın dinin müqayisə etməklə ələ gətirmək olmaz.[20]
Əlavə məlumat əldə etmək üçün müraciət edin:
1. Sual 12401 (sayt: 12204). Göstərici: İslamda qadın.
2. Sual 12481 (sayt: 12241) Göstərici: Quran və kişilərin qadınlara sabitliyi və möhkəmliyi .
3. Sual 16573 (sayt 16310). Gpstərici: Mürtədi fitrinin edamı.
4. Sual 7674 (sayt 7745) Göstərici: Əqidə azadlığı və İslamda mürtədin edam olması.
[1] - Porseman praqramı.
[2] - Sərami, Seyfullah, İslam nəzərindən mürtədin hökmləri və bəşər hüquqları, səh 255.
[3] - Qurbani, Zeynul- Abidin, İslam və bəşər hüquqları, səh 480.
[4] - Tövbə surəsi, ayə 6.
[5] - İbnil- əsir, Əsədu- ğabəh, cild 3, səh 22, İslam və bəşər hüquqlarından, səh 481.
[6] - Perseman praqramı.
[7] - Ali- imran surəsi, ayə 72.
[8] - Sərami, Seyfullah, İslam nəzərindən mürtədin hökmləri və bəşər hüquqları, səh 281.
[9] - Qurbani, Zeynul- Abidin, İslam və bəşər hüquqları, səh 484.
[10] - Həmin, səh 484.
[11] - İmam Xomeyni, Təhrirul- vəsilə, cild 2, Hudu kitabı, səh 445.
[12] - Nisa surəsi, ayə 13.
[13] - Hucurat surəsi, ayə 13.
[14] - Kuleyni, Kafi, cild 5, səh 510.
[15] - İslam və hüquqi bəşər.
[16] - Həmin, səh 484.
[17] - İslam və hüquqi bəşər, səh 82- 92.
[18] - Həmin.
[19] - Bəharul- ənvar, cild 2, səh 303.
[20] - Həmin, cild 26, səh 33.