Please Wait
5355
Mərcəyi-təqlidlərin dəftərxanalarından soruşulan suallardan aşağıdakı cavablar alınmışdır:
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
“Sualın fərz olunduğu halda əgər həmin məbləği “müzaribənin yerinə yetirilməsi” ünvanı ilə onun ixtiyarına versələr, onun şərti budur ki, sərmayə sahiblərinin və işləyənlərin hər birinin payı təyin olunsun: qazancın üçdə biri, dörddə biri, yarısı və s. Buna əsasən, sərmayə sahibi üçün müəyyən bir məbləğin aylıq qazanc kimi təyin olunduğu halda müzaribə səhih deyildir. Amma onlar şərt edə bilərlər ki, qazanc hasil olduqdan sonra sərmayənin sahibi qazancın müəyyən miqdarını hər ay ələl-hesab (nağd) şəkildə alsın, müzaribə əqdinin qurtarmasından sonra onu mühasibə etsinlər.”
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası :
“Əgər ödənilən qazanc sərmayə vasitəsi ilə yerinə yetirilən işin qazancından əldə olunmuş olsa, eybi yoxdur. Bundan qeyri hallarda caiz deyildir.”
Ayətullah əl-uzma Safi Gülpayqaninin dəftərxanası (müddə zilluhul-ali) :
“Düzgün yol budur ki, qeyd olunan əməl müzaribə şəklində və onun şərtlərinə riayət etməklə baş versin. Yəni ticarət üçün pul verən şəxs o pulla işləyən şəxslə müqavilə bağlasın və bildirsin ki, bu puldan nə qədər qazanc hasil olsa, müşa şəkilində (yarı, üçdə bir, dörddə bir və s.) ona veriləcək, başqa sözlə, faiz hesabı ilə onların arasında bölüşdürüləcək. Gərək onun faizini də təyin etsinlər. Məsələn, desinlər ki, nə qədər qazanc hasil olsa, onun 40 faizi pulun sahibinin, 60 faizi (razılaşdıqları başqa bir faizi) isə onunla kəsb-ticarət edən şəxsin olsun. Əgər pul sahibi “ayda filan məbləğ, yaxud ondan az və ya çox mənə verməlisən” desə, müzaribə batildir. Amma əgər əvvəldə müzaribə müqaviləsi qeyd olunan şəkildə baş verərsə və bundan sonra pul ilə işləyən şəxs ələl-hesab (nağd) olaraq müəyyən bir məbləği hər ay pul sahibinə versə, işin axırında da (mühasibə olunan zaman) pul sahibi qarşı tərəfə desə ki, “müqaviləyə uyğun olaraq mənim payıma düşən məbləği indiyə qədər mənə verdiyin pul müqabilində müsalihə etdim”, işkalı yoxdur.”