Əqiq, firuzə, yaqut və ... üzüklərdən istifadə etmək, o halda ki, üzük qızıl olmasın kişilər üçün eybi yoxdur bəlkə rəvayətlərdə olduğu kimi savabı vardır və namazın savab və fəziulətinin daha çox olmasına belə səbəb olur
Əqiq üzükdən istifadə etməyin savabı
İmam Rzadan (ə) nəql olunmuşdur ki, İmam Sadiq (ə) buyurdu: Hər kəs barmağına üzük taxsa və onun qaşı əqiq olsa heç vaxt fəqir olmaz, arzuları ən gözəl şəkildə həyata keçər. Başqa bir rəvayətdə İmam Saiq (ə)- dan rəvayət edir: Əqiq, səfərdə olan şəxs üçün əmniyyətdir.
İmam Sadiq (ə) atalarından Əmirəl- möminin Əli (ə)- dan nəql edir. O həzrət buyurdu: Əqiq üzük istifadə edin, Allah sizə bərəkət versin və bəlalardan amanda olasınız.
Başqa bir rəvayətdə İmam Baqir (ə) buyurur: Hər kəs əqiq üzük istifadə etsə, (əlində olduğu müddətdə) həmişə xeyir tapar və Allah tərəfindən amanda qalar.
İmam Sadiq (ə) babalarından rəvayət edir: Hər kəs üzüyünün qaşına bu sözü
" محمّد نبىّ اللَّه و علىّ ولىّ اللَّه" həkk etsə, Allah onu pis ölümdən amanda saxlayar.
İmam adiq (ə)- dan nəql olunmuşdur: Allah dərgahına uzanan əllərdən əlində əqiq qaşlı üzüyü olan əl kimi heç bir əl əziz deyildir.
İmam Rza (ə), həzrəti babalarından və İmam Hüseyn ibni Əlidən rəvayət edir: o həzrət buyurdu: Allah Musa ibni İmranı yaradıb Sina dağında onunla danışdığı zaman, yer üzünə nəzər saldı və öz nurundan əqiqi yaratdı o zaman buyurdu: And olsun öz haqqıma, özümə vacib etdim hər kəs əqiq (üzük istifadə etsə) əzab atəşi ona göstərməyəm, bu şərtlə ki, Əlini (ə) sevsin.
Firuzə qaşlı üzüyün savabı:
Əbdul- mömin Ənsari deyir: İmam Sadiq (ə)- dan eşitdim buyurdu: Firuzə olan əlin sahibi fəqir olmaz.
Cəzi Yəmani qaşlı üzüyün savabı:
Məhəmməd ibni Hüseyn atasından və o həzrət babalarından nəql etmişdir, İmam Əli (ə) buyurmuşdur:
Cəzi Yəmani üzüyü istifadə edinki, şeytanları sizdən uzaq tsin.
Zümrüd qaşlı üzüyün savabı:
Əhməd ibni Məhəmməd Nəsr, İmam Sadiqin (ə) bəzi işlərini görürdü, nəql edir bir gün İmam kitab oxuyurdu mənə dedi və mən yazdım: Zümrüd üzük taxmaq insanı çətinliklərdən qurtarar və heç bir çətinliklə qarşılaşmaz.
Yaqut üzüyün savabı:
Hüseyn ibni Xalid İmam Rzadan (ə) nəql edir İmam Sadiq (ə) buyurdu: Yaqut üzükdən istifadə edin, çünki fəqirliyi aradan aparır.
Büllur üzüyün savabı:
Əli ibni Məhəmməd (ibni Vəhəbə Əbdəsi) vasit kəndlərindən biri) İmam Sadiq (ə)- dan rəvayət edir, o həzrət buyurdu: Billur, gözəllik qaşıdır.[1] [2]
Sonda iki nöqtəni qeyd etmək lazımdır:
- Qeyd etmək lazımdır zinət alətlərini o cümlədən qızıl üzük istifadə etmək kişilər üçün haramdır.[3]
- Bu cür daşlar üçün qeyd olunan xüsusiyyətlər dəqiq deyil yəni bütün deyilənlər üçün dəlil deyildir bəlkə başqa şəraitləri nəzərə aldıqda bu üstünlüyü onlara nisbət vermək mümkündür.
[1] - Səvabul- əmal və iqabul- əmal, Şeyx Səduq, Mütərcim Ənsari, Həsənzadə və Bəndər Rugi.
[2] - Əlavə məlumat üçün aşağıda işarə olunan mənbələrə müraciət edin:
1. Savabul- əmal və iqabul- əlam, Şeyx Səduq, Müetərcim Ənsari, Həsənzadə və Bəndər Rugi.
2. Padaşe nikiha və keyfəre qonahan, Məhəmməd Əli Mücahidi.
3. Kaşiful- əstar dər tərcümeye camiul- əxbar, Şərəfuddin Xudəki.
4. Əl- xisal, Şeyx Səduq.
5. İləluş- şəraye, Şeyx Səduq.
6. Ayine bəndəki və niyayeş, Hüseyn Ğəffari Sarəvi.
7. Əbəbe- huzur.
8. Qisəsul- ənbiya (Qisəse Quran) Fatimə Məşayix.
9. Məkarimul- əxlaq, tərcümə Mir Baqiri Seyyid İbrahim Mir Baqiri.
10. Nəvadire- ravəndi, Əhməd Sadiqi Ərdəstani, Mutərcim Sadiqi Ərdəstani.
11. Fəzaile pənctən (ə) dər sihahe şeşqaneye əhli- sünnət, Məhəmməd Baqir Saidi.
[3] - Bax: Tozihul- məsaile mərace, cild 1, səh 482.