Fiqhin bir sıra vəsilərə və alətlərə ehtiyacı var ki, onlardan biri usul elmidir. Bu cəhətdən usul elminin əhəmiyyəti və faydası fiqhin dəyərindən və qiymətindən məlum olur; necə ki, fiqhin İslam müarifində və insanın fərdi və ictimai həyatında uca yeri var, usulda onun müqəddiməsidir və onun qədər şərafətli və dəyərli olacaq. Fiqh o zamana qədər canlıdır ki, yaşayışla ayaqlaşsın və çətinlikləri həll etsin. Usulunda o vaxta qədər həyatı var ki, fəqihlik yolunda olan çətinlikləri aradan qaldırsın. "Yaşayış", "fiqh" və "usul elmi" arasında olan bərabərçiliyi və yaşayışının sahələrinin genişlənməsini və onun dolaşıq olmasını nəzərə alsaq fiqh genişlənəcək. Həmən nisbətə görə də "usul elmi" dəyişilməlidir.
Usul elminin alimlərinin açıqlamalarına görə bu elmi fiqhdə istifadə olan və istishab bəraət ehtiyat və... kimi faydalı mövzulara sahibdir. Başqa tərəfdən bu elmdə bəzi mətləblər o qədər də faydalı deyil; çünki ya heç bir yoxdur və yaxud çox az istifadəsi faydası var, başqa yollarda var ki, fəqihi bu az faydadan ehtiyacsız edir. Baxmayaraq ki, həmin mövzu keçmişdə və ya başqa biliklərdə faydalı olubdur. Vəz, səhih, əəm və... kimi başqaların yerinə şəri hökmlərin istinbatında ürfün, zamanın, və məkanın rolu kimi mühüm məsələlər usul elmində geniş və müstəqil şəkildə pərakəndə yox dərc olunmalıdır.
Sualın aydın olması üçün, məsələ neçə hissədə araşdırılır:
A). Usuli fiqh elminin tərifi
Fiqh bir sıra alətlərə və vəsilələrə ehtiyaclıdır ki, onlardan biri usul elmidir.
Usul elmində o qaydalardan söhbət olur ki, onların nəticəsi şəri hökmün istinbatı yolunda özünü göstərir.[1] Başqa sözlə desək usul elmi fiqhin məntiq yaxud istinbat elmidir;[2] yəni şəri hökmün istinbatının məntiqi və fəqahətin, ictihadın göstərişidir.
B). Usul elminin faydası və əhmiyəti
Fiqhin dəyərindən məlum olur; necə ki, fiqhin İslam maarifində və insanın fərdi və ictimai həyatında uca yeri var, usulda onun müqəddiməsidir və onun qədər şərafətli və dəyərli olacaq. Fiqhi o zamana qədər canlıdır ki, yaşayışla ayaqlaşsın və çətinlikləri həll etsin. Usulunda o vaxta qədər həyatı var ki, fəqihlik yolunda olan çətinlikləri aradan qaldırılsın. Qeyd olunmalıdır ki, usul elmi o elimlərdən biridir ki, fəqih olan biri ona diqqət etməlidir. Özünə məxsus rolu olduğu üçün əhmiyyətə sahibdir; belə deyil ki, bütün fiqh və fəqahət usula bağlıdır: Fəqih fiqhi hədis, məntiq, fəlsəfə və irfan kimi digər vacib elmlərlə birləşdirməlidir ki, fiqh təkcə fiqh elmi kimi qalmasın. Bəlkə yaşayışda tətbiq olunsun və çətinlikləri aradan qaldırsın.
İmam Xumeyninin bəyanı ilə desək "fiqh insanın beşikdən qəbirə qədər həqiqi və kamil şəkildə iradə olmasın öhdəsinə alıbdır".[3]
Necə ki, əgər fiqh öz funksiyasından kənarlaşsa yaxud funksiyasının bir hissəsinə məşğul olarsa dəyərdən düşəcək. Usul elmində əgər müstəqil şəkildə nəzərə alınsa və fiqhlə bir olmasa, fiqhin ehtiyacı olduğu məsələlərə məşğul olmasa, fəqihliyin çətinliklərin həll etmək üçün bir iş görməsə, uca yerindən düşəcək. "Yaşayış", "fiqh" və "usul elmi" arasında olan bərabərçiliyi və yaşayışın sahələrinin genişlənməsini və onun dolaşıq olmasını nəzərə alsaq fiqh genişlənəcək.
Həmin nisbətə görədə "usul elmi" dəyişdirilməlidir. Buna əsasən mümkündür fiqhin inkişafı ilə "usul elmi" üçün təzə ehtiyaclar tapılsın və yaxud onun mövzuları və məsələləri daha işlənməsin. Belə deyil ki, usulun bütün mövzuları bütün dövrlərdə sabit olsun. İnsidad[4] mətləbi kimi ki, Vəhid Bəhbəhainin şagirdlərindən bəzisinin cavabında usulda tapıldı.[5]
Habelə səbəbiyyət və onun ibtalı mövzusu İbni Tibənin cavabında.[6] Həqiqəti şəriyyə, iştirak, zidd, vacibi müqəddiməsi mövzuları geniş şəkildə on birinci əsrdən usula daxil olub.[7]
Belə mövzular kimi ki, nəzərə gəlir bir sıra ehtiyaclara görə bəyan olubdur ki, qabaqlar heç olmayıb və yaxud az olub.
Bunların hamısının sirri- usul elminin böyük alimlərindən biri mərhum Axund Xorasaninin alimanə bəyanında gizlənibdir. Fiqhin və ictihadın usula olan ehtiyacı, dəyişilən zamana və müxtəlif məsələlərə əsasən, fərqlidir. O deyir: "fəri hökümlərin istinbatında və onu dəlillərdən istixrac etməkdə usul elminə və onun mövzularına müraciə etməkdən başqa çarə yoxdur. Bu zərurət və ehtiyac, əxbari və usul üçün birdir. Bəli usul elminə olan ehtiyacın miqdarı fiqhi məsələləri, zaman şəraitin və fəqihin istedadın nəzərə alsaq bir deyil. Çünki birinci və ikinci əsrlərdə ictihada az ehtiyac var idi hətta sonrakı dövrlərdə usulun bəzi mövzularına ehtiyac yox idi".[8]
Ayətullah Burucerdinin (rəh) usulun tədrisi gedişatında belə vəsf olubdur: "O zaman ki, şiənin rəisliyi, və dini elmlər hövzələrinin rəhbərliyi böyük mərcə Ayətullah uzma Burucerdinin ixtiyarında qərar tutdu. O usul elminin tədrisi əsasında artıqları silirdi və haşiəyələrdən çəkinirdi mühüm ehtiyac olan mövzulara məşğul olurdu... xülasə bu elmin tədrisində doğru olan yolu gedirdi".[9]
Bu barədə İmam Xumeyninin bəyanı belədir:
"Həqiqət budur ki, əxbarilər usul elminə nisbət bədbinlikdə ifrat ediblər; necə ki, usul ilmiylə çox məşğul olmaq və onu kamal gətirən müstəqil elm bilmək və onun nəticəsiz mövzularında ömür sərf etmək təfritdir. Bir üzür qəbul deyil ki, bu elmdə diqqət etmək zehni gücləndirir. Buna əsasən ömrünün qədrini bilən bəhrəsiz işlərlə məşğul olmaz. Və öz çalışmalarını məaş və məadın ehtiyaclarında sərf edər. İstinbatın söykəndiyi miqdarda tələb edir və artıqları silir".[10]
Buna əsasən əgər bir kəs həyatın genişlənən və müasir dövründə habelə fiqhi məsələlərin genişlənən dövründə, usul elminin ehtiyacı olan "tənqih", "təshih" və "təzhib"dən söz açarsa nəin ki, böyük günah işlətməyib bəlkə həqiqətdə keçmiş böyük alimlərdən tabeçilik edibdir.
C). Üsul elmində artıq mövzular və mətləblər
Bu yazıda usul elmini necə təshih (düzəlmə) olmasını bəyan etmək istəmirik. Bu məsələ başqa bir fürsət istəyir. Amma ümumi olaraq deyirik ki, artıq və faydasız habelə az faydalı mətləbləri usuldan çıxartmaq lazımdır. Onların yerinə mühüm və fiqhdə yol açan mətləbləri qoymaq lazımdır.
Usul elminin alimlərinin açıqlamalarına görə bu elmdə bir sıra mətləblər artıq cə faydasızdır. Bu mətləblərin ya heç bir səmərəsi yoxdur və yaxud çox azdır. Bir halda ki, başqa dəlillər var ki, fəqihi bu az faydalarında ehtiyacsız edir. Baxmayaraq ki, bu mətləblər bir gün faydalı olub və yaxud başqa bir elmdə xeyirlidir.
Aşağıda bir sıra nümunələrə işarə olur:
- Şərti müəxxər məsələsi və habelə "elmin mövzusu", "came səhihi və əəmmi", "tələb və iradə", "müştəq bəsitdir ya mürəkkəb" və onlarla belə məsələlər ümumi olaraq usul elmindən çıxarılmalıdır. Bunların fiqhi ictihad məsələlərində və hadisələrin hökmlərini istinbatı məqamında, heç bir təsiri yoxdur; bu mətləbləri usula yol tapmasının əsil səbəbi, bir fəlsəfi qaydadır ki, deyir:
«العلة لا بد و أن تكون بجميع اجزائها متقدمة على المعلول»
Bir halda ki, bu qayda təbii və həqiqi səbəblər məhdudəsindədir. Belə bir qanunun etibari şəriət mətləblərinin məhdudəsinə daxil olması, bir səhfdir.[11]
- Habelə çıxarılması lazım olan mətləblərdən bəzisi bunlardan ibarətdir: Vəzin tərifi, vəzin qisimləri sözün məna ilə münasib yerdə istifadə olunması, bilvəzdir ya bittəbi, sözlərin mənaların müqabilində vəzi " من حیث هی"dir ya " بما هی مرادة لالفاظها". Mürəkkəblər müstəqil vəzə sahibdirlər ya yox, ləfzin və iradəsinin itqali, sinf ya onun şəxsi, həriflərin mənası və sözün beşlik halları, sözün bir mənadan çox yerdə işlənməsi və bunlar kimi ki, hökmlərin istinbatına heç bir rolları yoxdur.[12]
- Həqiqəti şəriyyə: Mərhum Naini bu barədə deyir: Bu mətləbin heçbir faydası yoxdur; çünki axtarışa əsasən şarenin sözlərində və xitablarında (müraciətlər) heç şübhəli yer yoxdur. Bu qaydanın vasitəsiylə şəkkimizi aradan qaldırıb şarenin məqsədini başa düşək.[13]
Habelə İmam Xumeyninin bəyanına əsasən bu mətləb faydasızdır: çünki fiqhi sənədlərdə daxil olan istifadələrdən məqsəd həmin təzə mənalardır.[14]
D). Usul elmində mühüm mətləblər
Fiqh və usulda bir sıra mühüm mətləblər açıqlanıbdır ki, istinbatın çətinliklərini həll etməkdə bəs qədər mühüm rolu vardır;
İstishab, bəraət, ehtiyat və bunlar kimi. Amma usul elmi ki, belə mətləbləri araşdıran bir elmdir ya yeri yoxdur ya da pərakəndə şəkildə onları bəyan edibdir. Usuli fiqhlə cəhətləndirmək üçün gərək bu sadalanan ünvanlar özünə məxsus yeri usulda tapsınlar. Burada onlardan bir neçə nümunə qeyd olunur:
- Sireyi üqəla (aqillərin yolu və həyat tərzi):
Usul alimləri onun haqqında müstəqil şəkildə işləməyiblər və ya mətləblərin əsasında ona işarələr ediblər. Az insanlar onun üzərində işləyiblər. Ona görə onun ətrafında çox qaranlıqlar var. Bir halda ki, fiqhin bir çox fəsillərində istifadə olunur.
- Ürf:
Hüquqi və fiqhi qanunlara yetişməkdə ürfün özünə məxsus yeri var. Baxmayaraq ki, ürf haqqında müstəqil təliflər olmalıdır, şiənin usul və fiqhində çoxlu elmi istifadələri vardır. Bununla belə usuli fiqhdə müstəqil yeri yoxdur. Mətləblərin əsasında azca toxunulubdur.
- İstinbatda zaman və məkanın rolu:
Zamanın tələblərinə diqqət etsək onun təsirinin indiki və keçmiş fəqihlərin ictihadında və istinbatında görmək olar.
Şəri hökmlərin istinbatında bu məsələnin təsiri olmasın, fəqih üçün iki mərhələdə diqqətə çatdırmaq olar:
- Məsumun (ə) sözünü başa düşməkdə: çünki onlar bəzi göstərişləri zaman və məkan cəhətdən xüsusi yerlərdə bəyan ediblər. Bütün zamanlar və məkanlar üçün əbədi və sabit qanun adıyla yox. Ona görə ki, belə rəvayətləri tanımaq fəqih üçün çox yol olacaq.
Nəticədə bir çox fiqhi ziddiyyətlər və davalar bu işə görə həll olacaq.
- Başa düşüb və müasir insanın yaşayışına tətbiq etmək. İmam Xumeyni bu barədə buyurur: "Hozələrin təhsil və təhqiq dərsləri haqqında etiqadım sünnəti fiqhə və cəvahiri ictihaddır və ondan yayınmağı caiz bilmirəm. Bu yolla ictihad düzdür. Amma bu mənaya deyil ki, İslam fiqhi aktiv və canlı deyil. Məkan və zaman ictihadda iki təyin edən və aparıcı ünsürdürlər...
Müctəhid öz zəmanəsinin məsələlərin əhatəsi olmalıdır... bu bir came müctəhidin xüsusiyyətlərindən biridir. Müctəhid gərək zirək və fərasətli olsun və böyük bir İslami hətta qeyri İslami cəmiyyəti hidayət edə bilsin. Xalislikdən, təqvadan və zahidlikdən əlavə Müctəhid sözün həqiqi mənasında müdir və müdəbbir olmalıdır. Hökumət həqiqi Müctəhidin nəzərində fiqhin bütün əməli fəlsəfəsi və bəşəriyyətin həyatının bütün sahələridir. Hökumət fiqhin mədəni, hərbi, siyasi və ictimai çətinlikləriylə davranışın əməli sahəsin göstərir".[15]
İctihadda və fəqahətdə bir tərəfli nəzər salmağın ziyanlarından biri, cəmiyyətdə zaman və məkan həqiqətlərinin nəzərə almamaqdır; başqa sözlə desək ayələri və rəvayətləri cəmiyyətdə olan həqiqətlərlə tətbiq etməməkdir. Bir halda ki, bu tətbiqin icrasının özü usul elmində bir sıra qanunlar yaradır ki, uzun illər fiqhi hökümlərdən bəzisinin istinbatında fəqihlərin diqqət mərkəzində ola bilər.
Nəticə budur ki:
Din o zaman bəşərin həyatında canlanır ki, sözün həqiqi mənasında ictihad əsasında möhkəmlənmiş olsun. Bu o zaman nəticə verə bilər ki, fiqhin usul kimi müqəddimə elmləri doğru, hər tərəfli və fiqh ilə həm cəhət köklərə sahib olsun. Müctəhid o adamdır ki, dini düzgün anlamaq üçün bütün istedadın və fikir qüvvəsin səfərbər etsin. Səbr və hövsələ ilə usulun bütün təsirli qanunlarına, dini köklərə və şəri sənədlərə kamil şəkildə əhatə tapsın.
Allahın hökmlərin əqli və məntiqi cəhətdən dəqiq şəkildə öz şəxsi səliqəsi daxil etmədən istixrac və istinbat etsin. Azad və şücaətlə onu bəyan etsin.
[1] - Müzəffər, Muhəmməd Rza, usulul- fiqh, cild 1, səh 5, İsmailiyan nəşriyyatı, Qum bita.
[2] - Xoyi, Seyyid Əbul- Qasim, derasət fi elmul- usul, cild 1, səh 6 Müəssiseyi dairətul- məarifi fiqhi İslami, Qum, 1419 hicri qəməri.
[3] - İmam Xumeyni, Səhifeyi İmam, cild 21, səh 289, Müəssiseyi nəşr və tənzimi asari İmam Xumeyni (rəh) Tehran, bita.
[4] - Yəni, Mütləq zənnin həcciyyətinə əqli höküm etməsi elmvə elmi çapının bağlanması fərzindədir; R. K. Şeyx Ənsari, fəraidul- usul, cild 1, səh 184, dəftəri intişarati İslami, Qum, bita; heydəri, Seyyid Əli nəqi, usulul- istinbat, səh 203 nəşri şurayi müdiriyyət hozeyi elmiyyeyi Qum, 1412 hicri qəməri.
[5] - Cənnati Şahrudi, Məhəmməd İbrahim, fiqhin dövürləri və onun bəyanının keyfiyyəti, səh 467, bica və bita.
[6] - R.K. Mirzayi Rəşti, Bidaul- əfkar, səh 421, Alul- beyt (ə) müəssisəsi, Qum, 1313; Naini, Muhəmməd hüseyn, Əcvədul- təqrirat, cild 1, səh 203, Müstəfəvi nəşriyyatı, Qum, 1368 hicri şəmsi; Şəhid Sədr, Seyyid Muhəmməd Baqir, buhus fi elmul- usul, cild 2, səh 163, Müəssiseyi dairətul- məarifi fiqhi İslami, Qum, 1417 hicri qəməri.
[7] - Çünki bu mətləblər geniş şəkildə "həsən ibni Zeynud- din" (təvəllüd 959 hicri qəməri vəfatı 1011 hicri qəməri) yazdığı "Məalumud- din" kitabında gəlibdir. O onbirinci əsrdə yaşayıb.
[8] - Mühəqqiq Xorasani, Kifayətul- usul, səh 468, Alul- beyt (ə) müəssisəsi, Qum, 1409 hicri qəməri.
[9] - Burucerdi, Seyyid Hüseyn, Nihayətul- usul, Müqərrir Müntəzəri, Hüseyn Əli, səh 7 və 8, təfəkür nəşri, 1415 hicri qəməri.
[10] - İmam Xumeyni, Əlrəsail, cild 2, səh 97 və 98, az təlxislə, İsmailiyan nəşriyyatı, Qum, 1385 hicri qəməri.
[11] - Ədvari fiqh və bəyanının keyfiyyəti, səh 492.
[12] - Həmin, səh 467.
[13] - Əcvədul- təqrirat, cild 1, səh 33: Habelə R.K. Xoyi, Seyyid Əbul- qsim, Müzahirat filusul, cild 1 səh 134, Ənsariyan nəşriyyatı, 1417 hicri qəməri.
[14] - İmam Xumeyni, Təhzibul usul, cild 1, səh 46, İsmailiyan nəşriyyatı, Qum, 1382 hicri qəməri.
[15] - İmamın səhifəsi cilf 21, səh 289.