Fəlsəfədə texniki və təbii terminləri texniki və təbii varlıqların müqaisəində istifadə edilir. Məsələn: İnsanın bədəni təbii cismdir. Bir texniki cismin taxtıdır. Bədən təbii tərkib olan üzvlərdən ibarətdir. Lakin taxtın öz hissələri (taxta, mıx və s) texniki tərkibdir. Bədənin ruh üçün alət olması da təbii yolladır. Texniki deyil. Bu iki varlıqların fərqi barəsində daha ətraflı məlumat üçün ətraflı cavaba müraciət edə bilərsiniz.
Fəlsəfədə texniki və təbii terminləri texniki və təbii varlıqların müqaisəində istifadə edilir. Məsələn: İnsanın bədəni təbii cismdir. Bir texniki cismin taxtıdır. Bədən təbii tərkib olan üzvlərdən ibarətdir. Lakin taxtın öz hissələri (taxta, mıx və s) texniki tərkibdir.[1] Şübhəsiz ki, bir cismin təbii tərkibinin hissələri arasında olan keyfiyyət və xüsusiyyət, bir varlığın texniki tərkibinin xüsusiyyət və keyfiyyətindən fərqlənir. Bu elə həmin texniki və təbii varlığın arasında olan fərqdir.
Bədən və ruh barəsində söylənildiyi kimi bədən ruhun alətidir. Amma texniki alət deyil, təbii alətdir.[2] Texniki cismlərə misal olaraq bir kompyuterdə yazının intiqal edilməsi üçün səhifə alətdir. Lakin təbii alət yox, texniki alətdir. Yaxud da dülgərin əlində çəkic alətdir. Lakin bədənin ruh üçün alət olması təbii yolladır. Yəni, bədən bədən taxt kimi ruhun texniki aləti deyil. Ruhun bədənlə əlaqəsi və bədənin ruhun aləti olması fitrət və təbiətindən irəli gəlir ki, İlahi qanunlar əsasında əməl olunur ki, texniki qanunlarla müqaisə oluna bilməz. O cümlədən ruhla bədən arasında ümumi vəhdət mövcuddur. Belə ki, hər kəsin bədəni onun ruhunun enmiş mərtəbəsidir. Lakin texniki alətlərdə alətlə iş aparan arasında belə vəhdət mövcud deyil. Texniki varlıqlarla təbii varlıqlar arasında olan fərq çox düşündürücüdür. Nümunə üçün təbii cismlərin xüsusiyyətlərindən birinin bu cismlərlə əlaqəsi ümumi dünya qanunayğunluqu ilədir. Çünki bütün yaradılmışlar bir vahid fitrətlə yaradılmışlar və təbiətin əzəli qanununu icra edirlər. Lakin texniki cismlər, təbii cismlərdən yarandığına baxmayaraq, amma öz tərkibində məhdud, izah edilmiş və tanınmış qaydalara tabedir. Elə bu səbəbdən cismlərin, texniki tərkibatın, xüsusiyyətlərin və onların işləri asanlıqla tanınma qabiliyyətinə malikdir. Çünki insanın özü tərəfindən izah edilmişdir. İndi, təbii varlıqların, son tanımaya çatmaqla tanınması, çox çətindir. Məsələn: maddənin özünün həqiqəti hələ də elmi məchullardan hesab edilir. Baxmayaraq ki, insanın duyğu üzvlərinə görə zahiri cəhətdən şübhəsiz bir məsələdir. Texniki əşyalar da ilk maddə kimi təbii csmlərdən düzəldilməsindən əlavə təbii varlıqlardan xass tərkibdir ki, insan vasitəsilə idarə edilir.
[1] - Məcməul bəhsil islamiyyə, şərhil mustəlahatil fəlsəfiyyə, səh 423. Məcməil bəhsil islamiyyə.
[2] - Məqalat fəlsəfiyyə liməşahiril muslimin vən- nəsara, səh 91, darul ərəb.
«اعلم انّ الآلة تقال على ضربين ضرب صناعيّ و ضرب طبيعيّ. فالصناعيّ مثل آلة النجّار فانّها مباينة لذاتها و هذه تسمّى اداة. و اما الطبيعي فمثل البدن و النفس اللذين يتركّب منهما الانسان لواحد و يتمّ حدّه بهما»