Kəlam elmində isbat olunub ki, insan öz işlərində ixtiyar sahibidir və Qurandan öyrəndiklərimiz də bu mənanı inkar etmir, əksinə, təsdiq edir. Amma Quranın bəzi ayələrini bəziləri təfsir etdiyini nəzərə alaraq, ayələri məna etdikdə həqiqi mənanı ələ gətirməkdən ötrü bu qanunu nəzərə almaq lazımdır. Zəlalət (zillətə salmaq) kəlməsi Quranda bəzən Allaha, bəzən Şeytana və bəzən də digərlərinə nisbət verilmişdir. Diqqət etmək lazımdır ki, Allahın kimisə zəlalətə salması hansı şəraitdə, necə və kimlər üçündür? Allahın kimisə zəlalətə salması ibtidai olmayıb, əslində, o kəslərdən ötrüdür ki, onlar özləri öz ixtiyarları ilə zəlalətə düşmələrinə şərait yaradıblar. Allah-Taala Bəqərə surəsinin 26-cı ayəsində buyurur: “Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.”[i] Ayənin zahirindən belə nəzərə gələ bilər ki, hidayət və zəlalət məcburi bir məsələ olub yalnız Allah-Taalaya aiddir. Halbuki, ayənin son cümləsi belə bir həqiqəti açıqlayır ki, hidayət və zəlalətin sərçeşməsini insanın öz əməllərində axtarmaq lazımdır.
[i] إِنَّ اللَّهَ لاَ یَسْتَحْیِی أَن یَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِینَ آمَنُواْ فَیَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِینَ کَفَرُواْ فَیَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً یُضِلُّ بِهِ کَثِیراً وَیَهْدِی بِهِ کَثِیراً وَمَا یُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِینَ
Allah-Taala Quran-Məciddə bir neçə yerdə hidayət və zəlalət məsələsinə müxtəlif açıqlamalar vermişdir. Əvvəlcədən onu da qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrini təklikdə təfsir və məna etmək olmaz, bəlkə də bundan ötrü bu mövzuda olan digər ayələrə də baxmaq lazımdır və bununla da, əsl həqiqi mənanı ələ gətirmək olar. İndi də bir neçə oxşar ayəyə diqqət edək:
Nəhl surəsinin 93-cü ayəsində oxuyuruq: “Əgər Allah istəsəydi sizi (eyni dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!”[1]
Kəhf surəsinin 17-ci ayəsində yenə də oxuyuruq: “Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!”[2]
Əraf surəsinin 186-cı ayəsində oxuyuruq: “Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!”[3]
Nəhayət, yenə də Zumər surəsinin 36-37-ci ayəsində oxuyuruq: “Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz.”[4]
Məşhur təfsirçi Əllamə Təbatəbai özünün Əl-Mizan təfsir kitabında Nəhl surəsinin 93-cü ayəsində yazır: “Məqsəd budur ki, Allah-Taalanın qüdrəti var ki, bütün insanları hidayət və zəlalətdə olmaları cəhətdən bir səviyyədə yaratsın. Həmçinin, ayədə bəzilərinin zəlalət və bəzilərinin hidayət olunmasında məqsəd ibtidai zəlalət və hidayət deyildir, bəlkə də bu məcazi mənadadır. Çünki, istər zəlalətə düşənlər, istərsə də hidayət olunmuşlar hamısı bünövrədən özləri bunu seçmişlər. Allahın zəlalətə salmaq istədiyi insan o kəsdir ki, onun özü əvvəlcədən zəlalət yolunu seçmiş və artıq Allah-Taalaya tərəf qayıtmaq fikri yoxdur. Yəni, belə insan əvvəldən özü günah yoluna düşmüş və tövbə etmək fikri də yoxdur. Həmçinin, Allahın hidayət etdiyi kimsə o şəxsdir ki, özü bünövrədən fitrətini əldən verməmiş və düzgün yola hərəkət edir. Belə insan həmişə itaətdədir və əgər ondan bəzən günah də baş versə tez tövbə edir. Həmişə düzgün yolda olub, bu yolu özünə əsas qərar verir və ilahi yolda möhkəm dayanır. Ayədəki “Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız! – cümləsi isə o şübhəni aradan aparır ki, bəziləri belə düşünə bilər ki, Allah-taalanın kimisə hidayət və zəlalətə salması insanın ixtiyarını əlindən alması mənasındadır. Əgər belə olarsa insanın ixtiyarı və iradəsi əlindən alınarsa, onun ardınca peyğəmbərlik və risalət də öz mənasını itirir. Bütün bu şübhələrə ayənin son qisməti ilə cavab verilir ki, belə nəticəyə gəlmək lazım deyil, çünki, biz ixtiyar və iradəsi olan insandan sual-cavab edəcəyik və hələ sual-cavab məsələsi yerində qalır. Yəni, hidayət və zəlalətin Allah-Taalanın əlində olması sizin ixtiyar və iradənizi aradan aparmır. Çünki, Allah-Taala bünövrədən və insanın öz hərəkət və ixtiyarı olmadan heç kimi hidayət və zəlalətə salmır. Allahın kimisə zəlalətə salması əslində, o kəsin cəzalanmasıdır. Yəni, hər kəs özü öz yolunu zəlalət seçsə və o yolda addımlasa, həmçinin hər kəs öz hidayət yolunu seçsə və o yolda irəliləsə, başqa sözlə desək, kim hansı yolu seçsə Allah-Talla da ona o yolda kömək edər və hər kəs öz yolunda öz ixtiyarı ilə hərəkət edər.[5]