İran islam respublikasının Əsas Qanunu İran xalqının milli və dini əhd-peymanıdır. İran xalqının və hökumətinin hüquq və vəzifələrinin mahiyyəti barəsində olan bu qanun islamın nurani şəriəti əsasında tənzim olunmuşdur.
İran islam respublikası dini-demokratik bir quruluş olduğuna görə onun Əsas Qanunu əhalinin iştirakı və islamın nurani şəriətinin əsasında tənzim olunmalı idi. Buna görə də Əsas Qanun aşağıdakı mərhələlərdə tənzim olunmuşdur:
1. O, islam qanunlarından və habelə bu barədə müvəffəqiyyət qazanan başqa ölkələrin Əsas Qanunundan istifadə etməklə ölkənin alim və mütəfəkkirləri tərəfindən hazırlanmışdır.
2. Əsas Qanuna nəzarət edən Xübrəqan (ekspertlər) məclisinin təşkili; bu çox güclü bir qurumdur, bütün siyasi səliqələrdən və ixtisaslardan təşkil olunmuşdur və İran xalqının çox yüksək rəy sorğusu və birbaşa seçki yeri ilə baş verir.
3. Təsdiq olunmazdan qabaq tənzim olunmuş Əsas Qanunun hər bir maddəsi və əlavələri çox dəqiq şəkildə araşdırılıb tədqiq edilir, onun yekun mətni isə camaat tərəfindən seçilən Xübrəqan məclisinin üzvləri vasitəsi ilə təsdiq edilir. 1358-ci il aban ayının 24-də 12 fəsildə, 175 maddədə, bir müqəddimədə və bir yekun fəsildə tənzim olunmuşdur.
4. Əsas Qanuna nəzarət edən Xübrəqan məclisində yazıldıqdan sonra referendum əsasında ümumxalq rəy sorğusuna verilmişdir.
5. 12-9-1358 tarixdə əhali Əsas Qanuna çox yüksək dərəcədə müsbət rəy vermişdir.
6. İran islam respublikasının banisi vəliyyi-fəqih ünvanı ilə bu qanunu təsdiq etmişdir.
Mərhum İmam Xomeyninin fərmanı ilə bu Əsas Qanuna 1368-ci ildə yenidən baxılmış və 177 maddəyə çevrilmişdir.
İran islam respublikasının Əsas Qanunu bu ölkə əhalisinin milli-dini əhd-peymanı idi və insanın Allahla əlaqəsindən əlavə, hökumətlə əhalinin vəzifələrini də bəyan etmişdir. Bu məcmuədə mövcud olan qanunlarda islam şəriətindən kömək almaqla dövlətin və hökumətin mahiyyəti, xalqın hüquqları tənzim olunmuşdur. Bu qanun insanın Allah qarşısındakı vəzifələrini, insanların bir-biri ilə əlaqədar hüquqlarını bəyan etmişdir. Əslində dini-demokratik quruluşun bəyançısıdır ki, vilayəti-fəqih, fəqihlərin davamlı ictihadı, habelə Allahın kitabından və məsumların sünnətindən istinbat (çıxarış) əsasında ümumxalq tərəfindən qəbul edilmiş və xalq da ona arxa durmuşdur.
“Şəriətdən qaynaqlanan Əsas Qanun” adlandıra biləcəyimiz islam respublikasının Əsas Qanunu müqəddəs şəriət əsasında tənzim olunmuşdur.
İnqilabın əvvəlindən imam Xomeyninin nəzəri bu idi ki, hökumət üslubu və Əsas Qanun birbaşa camaatın nəzarəti ilə olsun, rəy sorğusuna qoyulsun ki, hər hansı bir xüsusi hakimiyyət quruluşu camaata qəbul etdirilməsin. Buna əsasən, hakimiyyət növünün təyin olunması üçün 1358-ci ilin fərvərdin ayının 12-də bütün ölkədə referendum keçirilərək çox yüksək səviyyədə – 98 faiz rəy verilməklə islam respublikası hökuməti təyin olundu.
Sonrakı mərhələdə imam Xomeyninin göstərişi ilə Əsas Qanun tənzim olundu, inqilab şurası və müvəqqəti dövlət tərəfindən araşdırıldı. Xalq kütlələrinin və mütəfəkkir alimlərin nəzərini cəlb etmək üçün 24-3-1358 tarixdə böyük tirajlı qəzetlərdə nəşr olundu. Əsas Qanunun yekun araşdırılması üçün nəzərdə tutulan Xübrəqan məclisinin təşkilinə dair İmam Xomeyninin təkidi ilə bu məclisə seçkilər barədə qanun qəbul edildi. 1358-ci ilin mordad ayının 12-də keçirilən bu seçkilərdə 75 nəfər bu məclisə üzv seçildi. Əsas Qanuna nəzarət edən Xübrəqan məclisi 1358-ci il mordad ayının 28-də İmam Xomeyninin bəyanatı ilə açıldı. Bu bəyanatda aşağıdakı məsələlərə təkid olunmuşdu:
a) İnqilabın əsas məqsədi və onun qələbə rəmzi islamdır və bizim xalqımız bütün ölkə səviyyəsində: mərkəzdən tutmuş ən ucqar yerlərə qədər qanlarını bu yolda hədiyyə edib “Allahu Əkbər” fəryadını verməklə İran islam respublikasını tələb etmiş və onu rəsmiyyətə qəbul etmişlər.
b) Buna əsasən, qanunlar yüz faiz islam meyarları əsasında olmalıdır. Əgər hətta bir maddəsi belə, islam hökmlərinin əksinə olsa, bu, xalqın əksəriyyət təşkil edən rəylərinə qarşı pozuntu sayılır və Xübrəqan nümayəndələrinin hüdudlarından xaricdir.
v) İslam hökmləri ilə müxalif və ya müvafiq olmağın ayırd edilməsi yalnız məclisdə üzv olan böyük alimlərin səlahiyyətindədir və digər nümayəndələrin ixtisaslarından, hüquqi idarəçiliyindən istifadə edilməlidir.
q) Əgər qərb və ya şərq ideologiyalarına meylli olan müəyyən insanlar tapılsa, gərək özlərini azğın yoldan ayırsınlar. Çünki bizim xalqın məsləhət və səadəti öz mühitlərində də geridə qalmış və zavala uğramaqda olan belə ideologiyalardan uzaq olmaqdadır.
Belə insanlar islam mənbələrində öz şəxsi rəyləri əsasında olan təfsirdən çəkinməlidirlər, çünki islamın çox dərin və əsaslı maarifini təzadda olan dəlillərə diqqət yetirmədən və bütün fiqhi mənbələri dəqiq şəkildə araşdırmadan, məzhəkəçi dəlillərə və səthi yozumlara görə əldə etmək olmaz.
ğ) Seçilmiş alimlər öz islami rəylərini verməkdə qərbsayağı yazıçıların şantajlarından qorxmamalı və çalışmalıdırlar ki, Əsas Qanun elə yüksək məziyyətlərə və xüsusiyyətlərə malik olsun ki, onda bütün xalq kütlələrinin hüquq və məsləhətləri himayə olunsun, yersiz ayrı-seçkilikdən uzaqda təmin edilsin, gələcək nəsillərin hüquq və mənafeyi istiqamətində verilən proqnozlar nəzərə alınsın. Elə aşkar şəkildə deyilsin ki, yanlış və qərəzli yozumlardan amanda qalsın, İran islam inqilabından ilham alaraq öz ölkələrində islam quruluşu təşkil etmək məqsədi güdən bütün islami hərəkatlar üçün nümunə və örnək olsun.[1]
Doktor Şəhid Behiştinin idarəçiliyi və ayıqlığı ilə, habelə üç ay gecə-gündüz yorulmaz səy və fəaliyyəti nəticəsində İran islam respublikasının Əsas Qanunu 1358-ci il aban ayının 24-də on iki fəsildə, 175 maddədə, bir müqəddimə və bir yekun fəsildə sona çatdırıldı və bu qanun 12-9-1358 tarixdə İran xalqı tərəfindən qəbul edildi.
İmam Xomeyninin fərmanı ilə 1368-ci ildə bu Əsas Qanuna yenidən baxıldı və 177 maddəyə dəyişildi.[2]
Əsas Qanunun yazılması və qəbul edilməsi ilə əlaqədar əlavə məlumat almaq üçün bax:
“İran islam respublikasının əsas hüquqlarının tarixçəsi, siyasi fiqh”, 1-ci cild, Əmid Zəncani, Abbas Əli.
İnternetdə: http://www.hawzah.net/Hawzah/Articles/Articles.aspx?id=5153
[1] İmam Xomeyninin Xübrəqan məclisinə verdiyi bəyanatın xülasəsi
[2] “Əsas Qanun və onun icrasına zəmanətlər”, Qum elmiyyə hövzəsinin maarif-tədqiqat mərkəzi, tədqiqatçılardan bir qrupu, 1-ci çıxış, 1-ci çap, 1380-ci il, az acıq dəyişikliklə