Əsir namazının ən fəzilətli vaxtı (ilk vaxtı) zöhr namazının xüsusi vaxtından sonra başlayır.
Gündəlik vacib namazların əsas üç vaxtı vardır:
1) Xüsusi vaxt. Bu vaxtda özünün xüsusi namazı qılınmalıdır. Yəni zöhr namazının vaxtıdırsa, daha bu vaxtda əsir və ya başqa namazlar qılmaq olmaz.
2) Müştərək vaxt. Bu vaxt iki namazın qılına biləcək vaxtına deyiliy. Bu vaxtda zöhr və əsir və ya işa namazları sıra ilə qılına bilər.
3) Fəzilətli vaxt. Bu elə bir vaxtdır ki, hər namaz vaxtının əvvəlində bir neçə dəqiqə olur. gər namaz bu dəqiqələrdə qılınarsa çoxlu savabı vardır.
Bu girişlə əsir namazının vaxtını təqdim edirik:
Ümumi çəkildə zöhr və əsir namazlarının vaxtı zöhr namazının azanından başlayaraq şam namazının azanına qədərdir. Azanın əvvəlində bir neçə dəqiqə (5- 10) zöhr namazının xüsusi vaxtıdır. Əgər bu vaxtda əsir namazı qılınarsa, namaz batildir.[1]
Günün axır vaxtında qalan 5 dəqiqə isə (şam namazına beş dəqiqə qalmış) əsir namazının xüsusi vaxtıdır.[2] Bunların arasında olan zaman fasiləsi isə müştərək vaxt adlanır. Bu vaxtda zöhr və əsir namazları sıra ilə qılınmalıdır.[3]
Amma əsir namazının əsas fəzilətli vaxtı isə zöhr namazının xüsusi vaxtından sonrakı bir neçə dəqiqədir.[4] O zaman ki, yerə sancılan düz çibuğun kölgəsi[5] iki dəfə uzununa artdısa əsir namazının fəzilətli vaxtıdır. Deməli əsir namazının ilk vaxtı deyəndə, onun fəzilətli vaxtı nəzərdə tutulur.
[1] - Əgər namaz qılarkən başa düşsə ki, səhv niyyət edib, namaz əsnasında niyyəti dəyişib zöhr namazı edə bilər. sonra isə əsir namazın qıla bilər; Tozihul- məsail, (əl- məhşa lil imamul Xumeyni), cild 1, səh 405.
[2] - Əgər bir şəxs namazın müştərək vaxtlarında da zöhrü və əsri qılmayıbsa, günün axzırına bir namaz qılmaqlıq vaxt qalıbsa, bu vaxt əsir namazının xüsusi vaxtıdır. Bu vaxtda yalnız əsir namazı qılmaq olar. Zöhr namazı qılınarsa batildir. Gərək əsri qılandan sonra zöhr namazını qəza etsin. (Tozihul- məsail, imam Xumeyni, məsələ 731).
[3] - Təhrirul- vəsilə kitabı, cild 1, salat (namaz) kitabı, salatın girişi, Əl- müqəddimətul- ula, 6- 7- 8- ci məsələlər, səh 112, Tozihul- məsail, imam Xumeyni, 731- ci məsələ.
[4] - İmam Xumeyni, Təhrirül- vəsilə kitabı, cild 1, səh 112, məsələ 6.
[5] - Yerə düz basdırılan hər hansı bir çubuğun (bir metrə) günortadan qabaqkı kölgəsi itib yeni kölgə əmələ gələrsə bu vaxt zöhr namazının fəzilətli vaxtı sayılır. Təhrirul- vəsilə, cild 1, namaz kitabı, kitabın müqəddiməsi, əl müqəddimətül- ula, 6- cı məsələ. Ürvətül- vüsqa, imam Xumeyni, səh 272- 273, fiqh təlimi, Məhəmməd Hüseyn, Fəllah- zadə, səh 125- 126.