1- Əban ibn Təğləb imam Baqir (ə) dan sual edir: Əgər bir nəfər gözəl bir qadın görsə ki, müvəqqəti evliliyə də razıdır, amma ərinin olub- olmamasını bilmir, nə etməlidir? Həzrət buyurdu: Araşdırmaq lazım deyil. Ərim yoxdur deməsi sənə kifayət edir. (Şeyx Müfidin mütəə kitabı, hədis 37)
2- Peyğəmbər (s): bir dəfə mütəə edən şəxsin üçdə biri cəhənnəm odundan azad olur. iki dəfə mütə edənin. Üçdə ikisi cəhənnəm odundan azad olur. Üç dəfə mütəə edənin bütün bədəni cəhənəm odundan azad olur.
3- Zürarə ibn Əyon İmam Baqir (ə) dan rəvayət edir: Möminin baş qarışdırmağı üç işdədir: 1- Qadınlarla mütəə. 2- Dostlar və qardaşlarla zarafat. 3- Gecə namazı. (Müvəqqəti evlilik bu günün ehtiyacı, Müəllif: Abbaszadə)
4- Həmiri İmam Zaman həzrəti Məhdi (ə.c) –yə yazdı və O həzrətdən sual etdi: Şiə olub mütəəni halal bilən , rəcətə inanan və bütün işlərdə ona kömək edən yaxşı həyat yoldaşı olan kişi,onunla əhd edir ki, Onun üstünə başqa bir qadın almayıb və müvəqqəti evlənməyəcək. Xülasə o ola- ola başqa birisini istəməyəcək. O bu əhdinə on doqquz ildir sadiqdir və əhd və sözünə əməl edibdir. Çox vaxtlar səfərə gedib, uzun müddət evindən uzaq olubdur və verdiyisözəsadiq qalıbdır... Əlbəttə o mütəəni haram bilmir, əksinə dindar adamdır, Amma öz həyat yoldaşını istədiyi və onu sevdiyinə görə onu və özünü qorumaq üçün mütəə etmir. O mütəəni tərk etdiyinə görə günah edibdirmi? Həzrət tərəfdən cavab verildi: Allahın günahına and işdiyinə görə, allaha itaət etməsi laımdır və bir dəfə də olsa mütəə etməlidir. (Bihar, cild 100, səh 298: Kitabi mütəə, Şeyx müfid, səh 48)
5- Peyğəmbər: Dünyadan güdib və mütəə etməyən şəxs, görünüşü pis və bədheybət olacaq, burnu kəsilmiş şəxs kimi.
Müvəqqəti evlilik, Qurani məciddə caiz olması bildirilən İslam qanunlarından biridir. Bu gözəl sünnə Peyğəmbər (s), birinci Xəlifənin və ikinci xəlifənin zamanından müəyyən və vaxtda, İslam cəmiyyətində ikinci xəlifə onu qadağan edənəcən icra olubdur, Məsum imamlar (ə) camaatı həmişə bu evliliyə həvəsləndirirdilər. Çünki o vaxtki, cəmiyyətdə, bu ilahi sünnə bidətli formada haram olmuşdu. Amma bu barədə olan rəvayətlər, digər rəvayətlər kimi, sənəd və dəlalət baxımından araşdırmağa ehtiyaclıdır ki, ətraflı cavabda işarə edəcəyik. Bundan əlavə onları dəqiq anlamaq üçün , o zamana hakim olan mədəniyyət və rəvayətlərin harda deyilməsi nəzərə alınmalıdır.
Müvəqqəti evlilik, Qurani məciddə caiz olması bildirilən İslam qanunlarından biridirdir. Bu gözəl sünnə Peyğəmbər, birinci xəlifə və ikinci xəlifənin zamanından müəyyən bir vaxtda, İslam cəmiyyətində , ikinci xəlifə onu qadağan edənəcən icra olubdur. Məsum imamlar (ə) camaatı həmişə bu evliliyə həvəsləndirirdilər. Çünki, o vaxtkı cəmiyyətdə , bu İlahi sünnə bidətli formada haram olmuş və möminlərin bu işi görməsi , bir növ bu bidətlə qarşılaşma olubdur. Buna əsasən, bu evliliyin şiə tərəfdən müstəhəbb olması , bu səbəbdən olubdur. Bu məsələ rəvayətlərdə də xırdalanıbdır.
Amma rəvayət məsələləri çox dəqiq mövzulardır. Rəvayətlərdən istofadə , həm təxəssüs həm də sənəd araşdırmaları tələb edir ki, bu rəvayətlər doğrudur ya yox? Həm də dəlalət yəni fərz edək rəvayətin özü doğrudur, mənası və istifadə oluna bilən məzmunu nədir? Məsələn rəvayətləri anlamaqda mühüm məsələlərdən biri şəni sudurdur. Ayənin şəni nüzuluna oxşar bir şeydir ki, rəvayət hansı zamanda, hansı mövzuda və hansı məsələyə cavabda deyilibdir. Biz də bir növü sizinlə razıyıq. Yəni hədislərin mütəxəssizsiz olmayan və kifayət qədər mütaliəsi olmayan insanlar tərəfindən açıqlanan doğru deyil. Ona görə də imamların zamanından rəvayət icazəli olan şəxslər , hədis nəqli və deməsi haqları varidi. İşarə etdiyiniz rəvayətlərin aydın olması üçün, onların sənəd və mətni diqqətlə araşdırılmalıdır:
Birinci rəvayət:
Bu rəvayət Kafi kitabında bu sənəddə gəlibdir:
«عدة من أصحابنا ، عن أحمد بن محمد بن خالد ، عن محمد بن علی ، عن محمد بن أسلم ، عن إبراهیم بن الفضل ، عن أبان بن تغلب قال : قلت لأبی عبد الله ( علیه السلام ) : إنی أکون فی بعض الطرقات فأرى المرأة الحسناء و لا آمن أن تکون ذات بعل أو من العواهر؟ قال: لیس هذا علیک إنما علیک أن تصدقها فی نفسها»[1]
Bu rəvayətin sənədində, Məhəmməd ibn əli və Məhəmməd ibn Əsləm qalilərdən və hədisləri zəif olanlardandırlar. Və İbrahim ibn Fəzl əl Haşimi məchuldur.
Əlbəttə həmin babda (babi ənnəha musəddiqə əla nəfsiha) bu rəvayətdən sonrakı rəvayət sənəd baxımından doğrudur. Yəni ravilərin hamısı düz danışan və imamidirlər. Sənəd imamacan müttəsil və rəvayətin mətni də elə budur. Amma diqqət edək ki, Bizim rəvayətdə amm və xass, mütləq və müqəyyid və bəzən ziddiyyətli cümlələr var bu bizi rəvayəti anlamaqda çətinə salır. Ona görə də, rəy təfsirinə və ya səhv anlamağa düçar olmamaq üçün, onu dəqiq anlamaq üçün hədisdə mütəxəssis olanlara (müctəhidlərə) müraciət etmək lazımdır. Hər halda bu məsələ təxəssüsün araşdırmalarla isbat olubdur ki, əgər qadın ərinin olmamasını desə, yalan danışmaqdada ittiham olmaması şərhi ilə Onun sözü qəbul olunur.[2]
İkinci rəvayət:
Mövcud mənbələrdə tapılmadı. Ona görə də onun barəsində heç bir nəzər verə bilmərik.
Üçüncü rəvayət:
Rəvayətin öz əsli belədir:
«أبی عن سعد ، عن حماد بن یعلی ، عن أبیه، عن حماد بن عیسى عن زرارة ، عن أبی جعفر (ع) قال : لهو المؤمن فی ثلاثة أشیاء: التمتع بالنساء و مفاکهة الاخوان و الصلاة باللیل»[3]
Bu rəvayətin sənədində də Həmmad ibn yəli və atası yəli ibn həmmad var ki, onların hər ikisi məchuldurlar. Ona görə də rəvayət sənəd cəhətdən zəifdir. Amma məna cəhətdən ona heç bir irad yoxdur. Çünki müvəqqəti evlilik hətta ləzzət almaq üçün də olsa, düzgün və caizdir. Bundan əlavə rəvayətdə ki, təmətu kəlməsini daimi evlilik mənasına vermək olar. Belə olduqdarəvayət bizim mövzuya aid olmayacaq.
Dördüncü rəvayət:
Cətirdiyiniz dördüncü rəvayətin,
Birincisi: iki sənədi var ki, onların hər ikisi zəifdirlər, Amma bu barədə digər bir hədis var ki, sənəd cəhətdən doğrudur. Yəni onun ravilərinin hamısı düz danışan və imamidirlər. Sənəd də imama qədər müttəsildir. Buna əsasən, fiqhi cəhətdən hədisin məzmununa inanmaq olar.
İkincisi: Onun doğru mənası belədir: Onun üçün müstəhəbdir (nəinki lazım) ki, Allaha mütəəni yerinə yetirməklə itaət etsin və and içdiyi də günah olan andın aradan getməsi üçün, bir dəfə də olsa, mütəə etməlidir.[4]
Beşinci hədis:
Beşinci hədisdə rəvayət kitablarının heç birində görmədim. Buna əsasən ümumiyyətlə mütəənin halal olmasını şiənin bütün alimləri qəbul edir. Hətta yalnız ləzzət və cinsi faydalanmaq üçün olsa da. Bu məsələ qeyd olunan rəvayətlərdən başqa digər rəvayətlərdən ki, sayı da az deyil və kifayət qədər mötəbər də sayılırlar, açıqca əldə olunur.
Daha çox məlumat əldə etmək üçün baxın:
Göstərici: Müvəqqəti evlilik və rahatlıq, say: 2925 (sayt: 3130)
Göstərici: Müvəqqəti evlilik Quranda və məsumların həyatında, say: 2965 (sayt: 3467)
Göstərici: Müvəqqəti evliliyin cayiz olması, Say: 844 (sayt: 915)
Göstərici: Cəmiyyətdə müvəqqəti evliliyi icra etmək üçün olan problemlər. Say: 347 (sayt: 353)
[1] - Siqətul İslam Koleyni, Kafi, cild 5, səh 462, darul kütubul İslamiyyə, Tehran, 1365 hicri şəmsi tarixi ilə
[2] - Tövzihul məsail, İmam Xumeyninin haşiyələri, cild 2, səh 499, məsələ 2456, Fazil Lənkərani, Sistani və Məkarim Şirazi kimi mərcəyi təqlidlərin traktatları ilə birgə.
[3] - Şeyx Səduq, Əl- Xisal, cild 1, səh 161, Camieye müdərrisin nəşriyyatı, Qum, 1403 hicri qəməri tarixi ilə
[4] - Ameli, Şeyx Hürr, Vəsailuş- Şiə cild 21, səh 17, Mütənin müstəhəbb olma babı, baxmayaraq ki, onun tərkinə əhdya nəzir edib, bölməsi, Alul beyt müəssiəsi, Qum , 1409 Hicri qəməri tarixi ilə.
«.... یستحب له أن یطیع الله تعالى بالمتعة لیزول عنه الحلف فی المعصیة و لو مرة واحدة»