On dörd Məsum (ə) ən yüksək insani və ruhani kamal dərəcələrində olmalarına baxmayaraq həzrət Rəsulullah (s) onların ən kamil və ən yüksək dərəcəyə malik olanıdır. O xüsusi imtiyaz və xüsusiyyətlərə malikdir ki, heç bir İmam buna sahib deyildir. Belə ki, bu hədis barəsində sualın cavabında İmam Sadiqdən (ə) buyurmuşdur: “İmamlar Rəsulullah kimidirlər. Onların fərqi yalnız Nəbi olmamalarındadır. Peyğəmbərə halal olanlar onlara halal deyil. (Dörddən çox həyat yoldaşına sahib olma haqqı) Amma digər işlərdə Peyğəmbər kimidirlər.”
On dörd Məsum, on dörd ulduz ən yüksək ruhani və insani dərəcəyə sahibdirlər. Bütün bu ulduzlar İlahi elm və kamal dərgahından bəhrələnmişlər. Onlar hər növ qüsur və günahdan pakdırlar. “ Ey əhli- beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”[1] Deməli Məsumların hamısı ən son bəşəri və səadət kamalı üçün aləmin iftixarlarıdır.
Bütün bunlarla yanaşı Peyğəmbər (s) bütün bunların ən kamal və ən üstünü olmaqla yanaşı xüsusi imtiyazlara da sahibdir ki, heç bir İmam buna malik deyildir. Bu barədə İmam Sadiqdən (ə) soruşmuşlar. O cavabında belə buyurmuşdur: “İmamlar Rəsulullah kimidirlər. Yalnız bir fərlə ki, Onlar Nəbi deyirlər. Peyğəmbərə halal olan şeylər onlar üçün halal edilməmişdir. ( Dörd nəfərdən artıq həyat yoldaşına sahib olma) Amma digər işlərdə Peyğəmbər kimidirlər. [2]
Beləliklə son yüksək dərəcəyə malik, Nəbilərin və rəsulların rəhbəri Məhəmməd Mustafa (s) Allah yanında ən yüksək məqama sahib ulduzların işərisində hamıdan üstün olanıdır. İmam Sadiqin (ə) buyurduğuna əsasən [3] Allahın çağrışına (Zər dünyasında) ilk Rəsulullah ləbbeyk söyləmişdir. O Allah təalaya ən yaxın şəxs olmuşdur. O heç bir Mələk və peyğəmbərin qalxmadığı ən yüksək kamal zirvəsinə qalxmışdır. Allah təala yaxınlaşmanın şiddəti barəsində belə buyurur: “ Yalnız O bir gecədə bütün mənəvi məqamları qalxaraq, mümkün olan ən son dərəcəyə çatmışdır.”[4] On dörd məsumun içərisində yalnız O Allah təala ilə birbaşa vəhylə əlaqə qurmuşdur. Quran ona nazil olmuşdur. Ən kamil din və ilahi nemət onun vasitəsilə insanlara hədiyyə edilmişdir. Yalnız o alicənablıq əxlaqını ən son kamala çatdırır.[5] Allah təala bütün Özünün, mələklər və möminlərin salam və salavatını yalnız ona məxsus etmişdir.[6]
Bütün bu xüsusiyyətlər tək- tək Rəsulullahın (s) məqam və dərəcəsini təyin edə bilər. İmam Baqir (ə) öz hədisində çox gözəl şəkildə hər bir Məsumun yer və dərəcəsini bəyan etmişdir: “ Şəhre təbiyye [7] Allahın Rəsuludur... O ağacın budağı Əli (ə), gövdəsi Fatimə (s) və onun meyvələri Əli (ə) və Fatimənin (s) övladları olan Məsum imamlardır.”[8]
Bu nurani bəyanla on dörd məsumun şən və məqamı çox gözəl və aydın şəkildə bəyan olunmuşdur. Sonda bu nöqtəni qeyd etmək istəyirəm ki, Məsumların (ə) məqam və əzəmətinin tanınması o mühüm məsələlərdəndir. Burada onların haqlarını qorumaq zəruridir. Çünki burada hər növ ifrat və təfrit səhv və yoldan azmağa səbəb olur. Belə ki, Əli (ə) nəhcül bəlağədə belə buyurmuşdur: “ Mənim barəmdə iki qrup həlak olacaq. Onlardan bir qrupu mənim məhəbbətimdən mənə ğolovv edəcəklər. ( Məni Allah hesan edəcəklər) Digər qrup isə mənim haqqımı ödəməyəcək. “[9]
Deməli Məsumların (ə) tanımasının sərhəd və qədərini bilməliyik və hər növ ifrat və ya hər növ onlara əhəmiyyət verməməkdən çəkinməliyik. Onlarla səadət və xoşbəxtlik yolunu tapa bilərik.
Ümid edirəm ki, Allahın köməkliyi ilə düz yola qədəm qoyaq və ibadətlərimizdə hər növ süstlükdən uzaq olaq.
[1] - Əhzab surəsi, ayə 33.
[2] - Üsuli Kafi, cild 1, səh 270. Mərətul uqul, cild 3, səh 161.
«عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْحُسَیْنِ بْنِ سَعِیدٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ بَحْرٍ عَنِ ابْنِ مُسْکَانَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِی عَبْدِ اللَّهِ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ الْأَئِمَّةُ بِمَنْزِلَةِ رَسُولِ اللَّهِ ص إِلَّا أَنَّهُمْ لَیْسُوا بِأَنْبِیَاءَ وَ لَا یَحِلُّ لَهُمْ مِنَ النِّسَاءِ مَا یَحِلُّ لِلنَّبِیِّ ص فَأَمَّا مَا خَلَا ذَلِکَ فَهُمْ فِیهِ بِمَنْزِلَةِ رَسُولِ اللَّهِ ص»
[3] - Bahar, cild 5, səh 236.
[4] - İki yay uzunluqunda, bəlkə, ondan da yaxın oldu. Nəcm surəsi, ayə 9.
[5] - Bahar, cild 16, səh 310.
«انما بعثت لاتمم مکارم الاخلاق»
[6] - Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın! Əhzab surəsi, ayə 56.
«ان الله و ملائکته یصلون علی النبی یا ایها الذین آمنوا صلوا علیه وسلموا تسلیماً»
[7] - Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. İbrahim surəsi, ayə 24.
«کشجرة طبیه اصلها ثابت و فرعها فی السماء.»
[8] - Təfsiril Qumi, Baharul Ənvar, cild 9, səh 218.
«[تفسیر القمی] أَبِی عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ أَبِی جَعْفَرٍ الْأَحْوَلِ عَنْ سَلَّامِ بْنِ مُسْتَنِیرٍ عَنْ أَبِی جَعْفَرٍ ع قَالَ سَأَلْتُهُ عَنْ قَوْلِ اللَّهِ تَعَالَى مَثَلًا کَلِمَةً طَیِّبَةً الْآیَةَ قَالَالشَّجَرَةُ رَسُولُ اللَّهِ ص وَ نَسَبُهُ ثَابِتٌ فِی بَنِی هَاشِمٍ وَ فَرْعُ الشَّجَرَةِ عَلِیُّ بْنُ أَبِی طَالِبٍ ع وَ غُصْنُ الشَّجَرَةِ فَاطِمَةُ ع وَ ثَمَرَاتُهَا الْأَئِمَّةُ مِنْ وُلْدِ عَلِیٍّ وَ فَاطِمَةَ ع شجرة رسول الله نسبة ثابت فی بنی اثم و فرع الشجرة علی بن ابیطالب و غض الشجرة فاطمه (س) و ثمراتها الائمة من ولد علی و فاطمه (ع) و ...»
[9] - Nəhcül bəlağə, Qəsar kələmələri, 113 nömrəli.
«هلک فیّ رجلان محب غال و مبغض قال»