Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir və onlara qarşı mehribandır. Allah kəlməsinin mənası, ən sadə və ümumi mənadan ibarətdir ki, bütün insanlar, Allahı inkar edən insanlar da onu dərk edirlər. baxmayaraq ki, Allahın əsl və həqiqətini insanların dərk etməsi mümkün deyildir, amma bir çox yollarla Allahın varlığını dərk etmək mümkündür. Allahı tanımağın yolları ümumi olaraq aşağıdakı qismlərə ayırmaq mümkündür:
1. Ağıl yolu (varlığı isbat edən dəlillər)
2. Təcrübə yolu (qanun dəlilləri).
3. Ürək yolu (fitrət dəlilləri).
Ən asan və rahat yol fitrət yoludur (qəlbdən Allaha iman gətirmək) ki, insan öz daxilinə müraciət etməklə öz rəbbini tanımaq üçün ağılın dərk etdiyi dəlillər və təcrübə ilə əldə edilən dəlillərə ehtiyac duyulmur. Qəlbin vasitəsiylə bu qülləni fəth edir.
Sualın cavabının daha yaxşı sualını bilmək üçün, bir neçə nöqtəyə diqqət yetirək:
1. Allah kəlməsinin mənası, hər bir insanı və Allahı inkar edən insanların fikirlərində təsvir olunan mənalardan biridir. Çünki bütün insanlar bilirlər, yəni varlıq ki, hər bir şeyi yaratmış, hər bir işə qadir, hər bir şeyə agah, görən, eşidən diri və sairdir. Baxmayaraq ki, Allahı qəbul etmirlər.
2. Baxmayaraq ki, Allah kəlməsinin mənası ən ümumi mənalardan biridir, amma Allahın əsli və həqiqəti insanlar üçün dərk edilməzdir, çünki Allahın zatı sonsuzdur. Elm yəni dərk edilən varlığı bilmək, insanın zatı və xüsusiyyəti məhdudiyyət daxilində olduğu üçün, Allahın zatı və həqiqətini dərk etməsi mümkün deyildir. " لا یحیطون به علما" [1]"Allahı (dərk etmək üçün) əhatə edən elmə yiyələnməzlər" mümkündür ki, Quranı- kərim Allahı müərrifi etdiyi zaman Fəni (ehtiyacsız), Əlim, Həkim, Səmi (eşidən), Bəsir (görən) li, Kəbir (böyük), Rəhman, Rəhim, Xaliq (yaradan, (Fatir və bunun kimi sifətlərlə vəsfləndirir.[2]
İnsan təbiətdə olan əşyalarla rabitə yaratmaqdan əlavə bunu dərk edir ki, Allah Taalanın zatı və həqiqəti, başqa varlıqlar kimi deyildir." لیس کمثله شی "[3]
3. Baxmayaraq ki, Allah Taalanın zatını və həqiqətini tamamiylə dərk etmək mümkün deyildir, amma bir çox yollarla Allah Taalanın varlığını dərk etmək mümkündür ki, ümumi bir çərçivədə:
A. Ağıl yolu, imkan və vacib olması dəlili.
B. Hiss və təcrübə və yaxud qayda- qanun dəlili.[4]
C. Ürək yolu və yaxud fitrət istidlalı; cismlərə bölmək olar.[5]
4. Allah- Taalanın vücudunu (varlığını) dərk etmək üçün ən rahat yol, fitrət və yaxud ürək yoludur. Yəni insan öz ruhunun dərinliklərində, Allaha mərifət, eşq və bağlılığı hiss edir. Həmişə insanın qəlbində nurlu və möhkəm cazibəli bir nöqtə vardır ki, təbiət aləmindən kənar varlıqla rabitə yolu və Allaha doğru ən yaxın yol hesab olunur.[6]
5. Baxmayaraq Allaha inam, bağlılıq və tövhid bütün insanların qəlbində vardır, amma xurafatdan qaynaqlanan əxlaq və ənənələr, səhv tərbiyələr, çirkin təlqinlər, qəflət və təkəbbür xüsusilədə sağlamlıq dövründə və nemətin çox olduğu zamanda onun üzərini pərdə alır, amma hadisələr bir tarix kimi hər tərəfdən öz əhatəsinə aldıqda və çətinliklərin burulqanlarında insanın gözü önündə aşkar olur.
İnsan bu zaman bütün gördüklərindən əlinin üzüldüyünü görüb hər bir yerdən ümüdünü kəsir, bu vaxtdır ki, bütün pərdələr kənara çəkilir ürəkdə olan o nurlu nöqtə aşkar olur və bütün şirklə dolu olan fikirləri qəlbindən çəkilir; və bu hadisələr kürtəsindən hər bir naqis insan kamil çıxır[7] və insan axtiyarsız olaraq təbiət aləmindən başqa bir aləmə üz çevirir.
Bunun üçün də Quranda bu mövzuda olan ayələri ki, Allahı tanımaq insan fitrətində olan nemətdir işarə edən ayələrə nəzər salırıq.[8]
İslamın böyük rəhbərləri də, Allahı tanımaqda çətinlik çəkən insanlara yol göstərmək üçün bu ayələrdən istifadə edirlər. nümunə üçün bu tarixi qismətə diqqət edin: Allahı tanımaqda çətinlik çəkən bir kişi ki, şübhə içində qərq olmuşdu İmam Adiq (ə)- ın yanına gəlib dedi:
"Ey Peyğəmbər övladı, mənə yol göstər ki, Allah kimdir? Vəsvəsə edənlər məni heyran etmişlər,
İmam buyurdu: Ey Allahın bəndəsi! İndiyə kimi gəmiyə minmisən?
Dedi bəli.
Buyurdu: Olubdur ki, üzməyi bacarmadığın zaman, və o gəminin nicat vermək üçün heç bir gəmi olmadıqda, gəmi sınsın?
Dedi bəli.
Buyurdu: O zaman ürəyindən keçdi ki, hansısa bir varlıq səni oradan qurtara bilər?
Dedi bəli.
İmam Sadiq (ə) buyurdu: O Allahdır ki, nicat verməyə qadirdir ki, heç bir köməkçi və nicat verən olmayan yerdə .
Nəticə alırıq ki, hər insan öz ürək və fitrət yoluyla Allahın qadir, alim, xaliq (yaradan) həyy (diri) və mehriban varlığını dərk etməyə malikdir. Beləliklə əgər Allahın varlığından qəflətdirsə, onu inkar edə bilməz. Həyatında bir hadisə baş verməmişdir ki, hər bir yerdən əlini üzsün və onu Allahın varlığını dərk etməyə məcbur etməsin.[9]
6. Bəzi vaxtlar insan, Allahın sifətlərinə diqqət edib fikirləşdikdə və Allahın vücudu və sifətləriylə rabitə yaradan varlıqlar insanı İlahi qüdrət hikmət və elmə doğru yol göstərir. Bu yol təbiət aləmin müşahidə və təcrübə mütaliəsiylə payidar olur, təcrübə yolu deyildir. Bu yolun bir çox üstün məqamları olduğu üçün Quran buna təcrübə yolu məxsus diqqət yetirib və bir çox ayələrdə, insanları özləri haqqında olan varlıqlarda düşünməyə və təbiətdə ilahi nişanələri dərk etməyə çağırır. Bir çox İslam tədqiqatçıları, təbiət aləminin bir xüsusiyyət və aləmdəki qayda- qanundan bəhrələnərək, Allahın varlığını isbat etmək üçün bir neçə dəlillər gətirmişlər ki, qayda- qanun dəlili olaraq adlandırılmışdır.
Buna əsasən, qayda- qanun dəlilini aydın bir nümunə olaraq, Allahı dərk etmək üçün təcrübə yolu adlandıraq.
Quran və rəvayətlərdə nişanələri tanımaq
Qurani- kərimdə bir çox ayələrə işarə etmək olar ki, təbiətdəki müxtəlif varlıqlara işarə edir və o nişanələri, Allahın olmasını isbat edən dəlillər kimi bildirir. İnsanları isə bu nişanələrdə düşünməyə çağırır. Allahı təbiətdəki nişanələr vasitəsiylə tanımaq ki, ən açıq nümunələrdəndir, bəzi vaxtlar "nişanələri tanımaq" kimi adlandırılmışdır.[10]
Bir çox ayələr, insanı təbiətdəki naşanələr barəsində fikirləşməyə dəvət edir, varlığın hər bir qayda- qanunu və insan vücudundakı nizam- intizam hər biri bir dəlildir ki, insanı məbdə olan Allaha doğru yönəldir:
"Həqiqətən yerin və göylərin yaranmasında və gecəylə gündüzün bir- birinin arxasınca gəlməsi ağıl sahibləri üçün (kifayət edici) nişanələrdir."[11] "Hər üzü iman sahibləri üçün nişanələrdir, hətta siz özünüz; bəs bunları görmürsünüzmü:[12]
Qurani- kərimdə bir çox ayələrdə bu nişanələrə işarə edərək onu Allahın varlığını isbat edən nişanə kimi tanıtdırmışdır. Bu cür ayələr o qədər çoxdur ki, onları qeyd etmək üçün daha çox macal istəyir.[13]
Din rəhbərləri də Quranın yolunu seçərək, "İlahi nişanələri) tanımağa təkid etmişlər. Nümunə üçün İmam Sadiq (ə) öz əshablarından olan bir şəxsə buyurduğu hədisdə oxuyuruq:
Ey Mufəzzəl! Allahın varlığını isbat edən birinci dəlil, bu aləmin yaranması və yaradılışın hər bir kiçik hissələrində qayda- qanunun olmasıdır. Bunun üçün də əgər təbiətdə baş verən işlərdə, dərindən və gözəl fikirləşsən, hər an onu bir saray kimi görərsən ki, Allah bəndələrinin bütün ehtiyacı olan hər bir şey onda toplanmışdır. Göy ev damı kimi ucalmış, yer isə xalça kimi açılmışdır; ulduzlar çıraq kimi düzülmüş, gövhərlər xəzinələr kimi gizlədilmiş və hər bir şey öz layiqincə öz yerində qərar tutmuşdur. İnsan da o şəxs kimidir ki, bu evi ona vermişdirlər və onda olan hər bir şeyi də onun ixtiyarına vermişlər. hər növ bitki onun ehtiyaclarını aradan qaldırmaq üçün hazırlanmışdır. Bütün bunlar buna dəlalət edir ki, bu dünya dəqiq ölçüdə, hikmət, nəzm və bir- biriylə münasib olaraq yaradılmışdır. Onu yaradan birdir, o varlıq bağışlayan və ondakı hər bir şeyi nizamlayandır.[14]
7. Ağıl yolu.
Bu yolda, Allahın varlığın dərk etmək, tamamiylə ağılın sabit etdiyi yollar və qanunların əvvəldən kömək etməsiylə əldə olur.[15]
Allahın varlığını isbat edən fəlsəfi dəlillər, insan ağlında Allahı isbat edən aydın nümunələrdən biridir. Bu yol, yuxarıda işarə olunan iki yolla müqayisə etdikdə, bir çox xüsusiyyətlərə malikdir ki, aşağıda onlara işarə edirik.
1. Ağılın dərk edəcəyi bir çox dəlillər vardır ki, həmişə fəlsəfənin qarışıq dəlilləriylə bağlılığı vardır ki, Allahın varlığını isbat etsin. Amma bu bəhslər fəlsəfə bəhslərindən anlayışı olmayan insanlar üçün o qədər də faydalı deyildir.[16]
2. Ağıl yolunun üstün dəyərlərindən biri də bundan ibarətdir ki, elmin rol oynadığı məqamlarda ondan bəhrələnir və dialoq, münazirə olduğu yerlərdə isə Allahın varlığını öz zəif dəlilləriylə inkar edən şəxslər susdurulur. Bu yolla o şəxslər ki, yalnız öz ağıllarından bəhrələnib Allahı inkar edirlər, kifayət edici cavab verilir.
3. Allahı tanımaq sorağında olan ağıl yolu, insan imanının inkişafında təsiri vardır" çünki hər zaman insan düşüncəsi həqiqəti qəbul edir, və insanın ürəyi də buna bağlılıqda daha möhkəmləşir. Bundan əlavə ağılın möhkəm dəlilləri əsasında imana zərbə vuran şübhələr susdurulur.[17]
Ağılın bu cür xüsusi rol oynamamasına diqqət yetirdikdə, bir baxışdan insan fikrinin fitri olaraq həmişə axtarışda olması və insanın ağıl vasitəsiylə ən böyük və fəlsəfə elmlərinə doğru yönəlməsi başqa bir tərəfdən, müsəlman alimlərinin Allahı tanımaq üçün tədqiqatlarında böyük bir məqama çatdırmışdır. Onlardan bir hissəsi keçmiş alimlərin, Allahın vücudunu isbat edən dəlillərini bir daha tamamlayır. Allahın varlığın tamamıyla isbat edən dəlillərdən biri, imkan və Allahın olmasının vacib olması qanundur. Bu qanun bir neçə hissəyə bölünmüşdür ki, onlardan birinə işarə etməklə kifayətlənirik. İmkan və vacib qanunun xülasəsini bu cür açıqlamaq olar: Məlum olduğu kimi dünyada bir çox varlıqlar vardır. Əgər bu varlıqların olması lazımdırsa bizim olmamızda (ki, Allahın vücudunun olmasına bağlıdır) sabit olur. Amma əgər, onun vücudu mümkündürsə (istər olsun və yaxud olmasın) onun illətə möhtac olmasına nəzər saldıqda və silsilə və dövrdən uzaq olduqda, bir varlığa ehtiyacı vardır ki, o varlıq başqa bir varlığa ehtiyacı yoxdur; və bu cür varlıq həmin Allahdır.
Diqqət: Sizin sual qaranlıq olduğu üçün, onu Allahın varlığından olan sual kimi qəbul etmək olardı və yaxud Allahın sifət və xüsusiyyətlərindən, bu cavabda isə daha çox Allahın varlığını isbat etmək üçün səy edilmişdir. Allahın sifətlərini daha açıq şəkildə öyrənmək istəyirsinizsə, bizə məktub yazın.
[1] - Taha surəsi, ayə 110.
[2] - Nümunə təfsiri, cild 14, səh 161.
[3] - Şura surəsi, ayə 11.
[4] - Bu yolu təcrübə yolu adlandırdıqda, hər növ ağıl dərk edən dəlillərdən kənar olması deyildir, bəklə bu həqiqəti bildirir ki, onun əsas müqəddimələrindən biri də təbiəti müşahidə etmək rtəcrübəsidir.
[5] - Məarife İslami, cild 1, səh 41.
[6] - Nümunə təfsiri, cild 16, səh 341- 342.
[7] - Həmin, səh 418- 422- 423.
[8] - Ənkəbut surəsi, ayə 65- 30, Rum surəsi, ayə 12- 22- və 23, Yunus surəsi, ayə 67, İsra surəsi, ayə 8- Zümər surəsi, ayə 49, kimi ayələr.
[9] - Biharul- ənvar, cild 3, səh 41.
[10] - Bunu qeyd etmək lazımdır ki, (nişanələrini tanımaq) Qurani kərimin ayələrindən götürülmüşdür, bu mövzuda bir çox nəzəriyyələr vardır: Bir çox tədqiqatçılar onu müqəddimə olaraq ağılın dərk etdiyi dəlillər kimi (qayda qanun dəlillərində deyildiyi kimi) Allahın varlığına, elm və hikmətini isbat etməsini qəbul edirlər; amma başqa bir tərəfdən təfsir əsasında, Quran ayələri ki, insanları təbiətdəki varlıqlar barəsində fikirləşib- düşünməyə təkid edir, bu ayələr bir başa insan fitrətində insanın öz rəbbini tanımasını bildirir. Üçüncü nəzəriyyə budur ki, bəhs edilən ayələr müşriklərlə cədəl olduğu zamana dəlalət edən ayələrdir; onlar ki, səhv olaraq öz yalançı büt və məbudlarını öz gündəlik işlərində kömək yeri bilirlər və Allahın tək olmağını düzgün şəkildə qəbul etmirdilər. (Bax: Əl- mizan, Əllamə Təba- təbai, cild 18, səh 154; Amuzeşe əqaid, Misbah Yəzdi, cild 2, səh 68 və Təbyine bərahine isbate xuda, Cavadi Amuli, səh 43)
[11] - Ali- imran, surəsi, ayə 190.
«ان فی خلق السماوات والارض و اختلاف اللیل والنهار لآیات لاولی الالباب»
[12] - (Ziyarət 20 və 21 və bax: Bəqərə surəsi, ayə 162, Casiyə surəsi, ayə 3- 6, Yunus surəsi ayə 100- 101. İbrahim surəsi, ayə 10)
«و فی الارض آیات للموقنین. و فی انفسکم، افلا تبصرون»
[13] - Varlıqların nişanə olmasını xüsusiylə bildirən ayələr, ümumi olaraq bir neçə dəstəyə bölünür. İnsan həyatına işarə edən ayələr ibarətdirlər;
1. İnsan yaradılışının ümumi qayda- qanunu: Casiyə surəsi, ayə 4- və Rum surəsi, ayə 20.
2. Ana bətnində spermanın həyata bağlanması: Ali- imran surəsi, ayə 6; İnfitar, surəsi, ayə 6- 7; Təğabun surəsi,ayə 3; Fatir surəsi, ayə 64; Həşr surəsi, ayə 24; Nuh surəsi, ayə 13- 14;
3. Anlamaq məqamı: Nəhl surəsi, ayə 78;
4. Rənglərin və dəlillərin fərqli olması qanunu: Rum surəsi, ayə 22; Fatir surəsi ayə 27- 28;
5. Ruzi qanunu: Ğafir surəsi, ayə 64; İsra surəsi, ayə 70; Casiyə surəsi ayə 5- 20; Fatir surəsi, ayə 3; Rum surəsi, ayə 4; Səba surəsi, ayə 24; Yunus surəsi, ayə 31; Nəml surəsi, ayə 64; Mülk surəsi, ayə 21; Ənfal surəsi, ayə 26; Bəqərə surəsi, ayə 22- 172; İbrahim surəsi, ayə 22 və Ziyarət surəsi ayə 58.
6. Yuxu qanunu: Rum surəsi, ayə 23; Nəml surəsi, ayə 86; Furqan surəsi, ayə 47; Nəbə surəsi, ayə 9 və Zümər surəsi, ayə 42.
7. Geyim qanunu: Əraf surəsi, ayə 26 və Nəml surəsi, ayə 14 və 81.
8. Məkan qanunu: Nəhl surəsi, ayə 80.
9. Nikah qanunu: Rum surəsi, ayə 21; Şura surəsi, ayə 11; Fatir surəsi, ayə 1; Nəcm surəsi, ayə 45; Qiyamət surəsi, ayə 39; Nəhl surəsi ayə 72; Ləyl surəsi, ayə 3; Nəbə surəsi, ayə 8 və Əraf surəsi, ayə 189.
[14] - Bax: Nəhcül- bəlağə, xütbə 186: Əl- tövhid, Şeyx Səduq, İkinci bab, hədis 2 və Biharul- ənvar, Əllamə Məclisi, cild 3, səh 61- 82, 130- 152.
[15] - Bunu ağıl yolu adlandırmaq bu mənaya deyildir ki, yalnız ağıldan istifadə olunur, bəlkə onun üçün deyilir ki, ağılın dərk etdiyi müqəddimələr kifayət edir.
[16] - Bu məna ağıl yolunu "ümumi" olmaqla üst- üstə düşmür; çünki burada ümumi mənadan məqsəd, nisbət olaraq nəzərdə tutulmuşdur və "məxsus" mənanın qarşılığındadır. Bu mənadakı ağıl yolu yalnız bir şəxsə məxsus deyildir, bəlkə bir çox insanlar bundan bəhrələnə bilərlər.
[17] - Ağıl yolu yalnız o şəxslər üçün faydalıdır ki, Allah Taalanın öz canları və ruhlarıyla dərk edə bilmirlər.
Mövləvinin şerindən istifadə olunduğu kimi:
Görən gözün varsa kor gəlmə
Yox əgər yuxudursa, mənə əsa ol.
O dəlil əsasını
kor olduğunda irəli uzat.